Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Zənn edirdilər ki, Avropa İttifaqı cənnətdir..."

© REUTERS / Neil HallBaşının üstünə üzərində "Avropa İttifaqından çıxmağa səs ver" yazılmış Böyük Britaniya bayrağı qaldırmış London sakini
Başının üstünə üzərində Avropa İttifaqından çıxmağa səs ver yazılmış Böyük Britaniya bayrağı qaldırmış London sakini - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "Vaşinqtonun heç bir təzyiqi Böyük Britaniyanı Avropa İttifaqında saxlaya bilməyəcək"

BAKI, 24 iyun — Sputnik. Böyük Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmamasını təyin etmək üçün adada keçirilən referendumun nəticələri açıqlanıb. Bu səhər saat 6-da açıqlanan nəticələrə görə, 13 milyon 886 min nəfər Avropa İttifaqında qalmağa, 14 milyon 890 min nəfər isə İttifaqdan ayrılmağa səs verib.

Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları - Sputnik Azərbaycan
Böyük Britaniya Avropa İttifaqından ayrıldı

Sputnik BBC-yə istinadən xəbər verir ki, Aİ-dən ayrılmaq istəyənlər 52 % səs çoxluğu ilə qalib gəlib. Birlikdə qalmaq istəyənlərin topladığı səs faizi isə 48 olub.

Səslər açıqlandıqca bəzi maraqlı məqamlar da üzə çıxıb. Adanın tərkibində yer alan 4 dövlətdən ikisi — İngiltərə və Uels ayrılığa, Şotlandiya və Şimali İrlandiya isə Avropa İttifaqında qalmağa səs verib.

Referendumun nəticələri Britaniya iqtisadiyyatına anında təsir göstərib. Belə ki, yerli valyuta sterlinq dollar qarşısında 4 sent geriləyib.

Bununla belə, sandıqdan çıxan qərarın hələlik heç bir hüquqi qüvvəsi yoxdur. Yəni referendumun nəticələri Aİ-dən ayrılmağa işarə etsə də, hər şey hökumətin atacağı addımlardan asılıdır.

Belə ki, Baş nazir Devid Kameronun rəhbərliyi etdiyi mühafizəkar hökumət referendumdan çıxan nəticələri, Lissabon sazişinin 50-ci maddəsinə uyğun olaraq Avropa İttifaqı Şurasına təqdim etməlidir. Daha sonrakı mərhələdə Aİ və BB rəhbərliyi ayrılma ilə bağlı danışıqlar aparmalı, iki il ərzində də Avropa İttifaqının tətbiq etdiyi bütün konvensiyalar, hüquqi sənədlər hüquqi qüvvəsini itirməlidir. Yəni 2 ildən sonraki dövrdə Aİ-nin tətbiq elədiyi istənilən qanunlar, qərarlar Birləşmiş Krallıq üçün keçərsiz olacaq.

Donald Tusk - Sputnik Azərbaycan
Avropa İttifaqının sədri: "Hər cür mənfi ssenariyə hazırıq"

Britaniyadakı referendumun nəticələrinə dünya liderlərinin reaksiyası da gecikməyib. Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel şəxsi "Twitter" səhifəsində "Avropa üçün qara gün" başlığını paylaşıb.

Həmçinin Yaponiyanın xarici işlər naziri Shinsuke Sugiyama yerli mətbuata açıqlamasında "əgər eşitdiyimiz xəbər doğrudursa, buna çox təəssüf edirəm" deyib.

Bundan başqa, Ağ evdən verilən məlumata görə, ABŞ prezidenti Barak Obama, referendumun nəticələri açıqlanar-açıqlanmaz İngiltərə Baş naziri Devid Kamerondan görüş istəyib. Liderlərin yaxın günlərdə bir araya gələcəyi gözlənilir.

© Photo : STRZərdüşt Əlizadə, politoloq
Zərdüşt Əlizadə, politoloq - Sputnik Azərbaycan
Zərdüşt Əlizadə, politoloq

Referendumdan sonra gözlənilən ssenariləri Sputnik-ə şərh edən politoloq Zərdüşt Əlizadə britaniyalıların qərarından təəccüblənmədiyini deyib: "Demokratik ölkə olan Britaniya üçün əhalinin əksəriyyətinin rəyi qanundur. Və sözsüz ki, Britaniya Avropa İttifaqını tərk edəcək. Amma bu, Avropa üçün dünyanın sonu deyil. Çünki İttifaq Britaniyanın üzərində qurulmayıb. Əksinə Birləşmiş Krallıq illər sonra, 1973-cü ildə ora daxil olub. Yəni ingilislərdən əvvəl də Avropa İttifaqı var idi, sonra da olacaq".

Politoloqun sözlərinə görə, Böyük Britaniya Avropa İttifaqının tərkibində olsa da, bəzi ayrı imtiyazlara sahib idi: "Misal üçün avro layihəsinə daxil deyildi. Əmək bazarı, miqrantların gəlişi məsələsində xüsusi imtiyazlar alınmışdı. Amma hər halda bu imtiyazlar əhalinin çoxunu qane etmədi və ayrılmağa səs verdi".

Z. Əlizadəyə görə referendumun Britaniya üçün iki əsas nəticəsi olacaq: "Birinci nəticəsi o olacaq ki, bundan sonra Birləşmiş Krallıq öz xarici ticarətini əvvəlki kimi rahat şəraitdə həyata keçirəcək. Bunun üçün ada rəhbərliyi dünya ölkələri ilə xeyli sayda danışıqlar aparmalıdır".

"İkinci bir nəticə isə budur ki, Şotlandiya Krallıqdan ayrılmaq üçün ikinci dəfə referenduma gedə bilər. Çünki şotlandlar ingilislərdən fərqli olaraq Avropa İttifaqından çıxmaq istəmirdilər", — siyasi şərhçi vurğulayıb.

O, referendumun nəticələrini Avropa üçün böyük uğursuzluq adlandırıb: "Avropa İttifaqı çox cazibədar siyasi ideya idi. Bir çox ölkələr ittifaqa üzv olmağa can atırdı. Xüsusilə podsovet ölkələrində belə əhval-ruhiyyə var idi ki, Avropa Birliyi cənnətdir. Ora girən avtomatik olaraq varlanır".

ABŞ prezidenti Barak Obamanın İngiltərə baş naziri David Kamerondan təcili görüş tələb etməsini də şərh edən Zərdüşt Əlizadə, "Vaşinqtonun heç bir təzyiqi Britaniyanı İttifaqda saxlaya bilməyəcək" deyib.

Xəbər lenti
0