BAKI, 24 iyun — Sputnik. Böyük Britaniyanın (BB) Avropa İttifaqından (Aİ) ayrılıb-ayrılmaması ilə bağlı keçirilən referendumun nəticələri dəqiqləşib. Sputnik milliyet-ə istinadla xəbər verir ki, 31.5 milyon seçicinin 16 milyonu Aİ-yə "xeyr" deyib.
Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb.
Ölkədə səs vermə haqqına sahib olan seçici sayının 46 milyon 499 min 537 olduğu və bu sayın da bir rekord olduğu açıqlanıb.