Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Onun rekordunu kimsə təzələyə bilmədi

© Alexander Vilf / Mediabanka keçidLionel Messi
Lionel Messi - Sputnik Azərbaycan
Abunə olmaq
289 qolla La Liqa tarixində ən çox qol vuran, 50 qolla bir La Liqa mövsümündə ən çox qol vuran, 91 qolla bir təqvim ilində ən çox qol vuran futbolçu - bu gün Messinin günüdür

BAKI, 24 iyun — Sputnik. 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində dünyaya gələn Lionel Andres Messi hələ 21 yaşında olarkən "Qızıl top" və "FİFA Dünyada İlin Oyunçusu" mükafatlarına namizəd olub. 2009-cu ildə özünün ilk "Qızıl top" və "FİFA Dünyada İlin Oyunçusu" mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012 və 2015-ci illərdə də Messi FİFA "Qızıl top" mükafatını qazanıb. Messi həmçinin 2010-11-ci illərdə "UEFA Avropada Ən Yaxşı Oyunçu" mükafatını əldə edib.

Belçika - İsveç oyununu izləyən azərkeş - Sputnik Azərbaycan
YAZARLAR
Düşüncə ilə yoluxan virus

24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu adına sahib çıxıb. 25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub.

Messi "Qızıl top" mükafatını beş dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada "Qızıl buts" mükafatını üç dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində yeddi dəfə İspaniya La Liqasının, üç dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.

Messi UEFA Çempionlar Liqası yarışlarında ardıcıl dörd dəfə bombardir olan ilk və yeganə oyunçudur, həmçinin Messi yarış tarixində ən çox het-trik müəllifi olma rekordunu da özündə saxlayır. 2012-ci ilin martında Messi Çempionlar Liqasında ilk dəfə bir oyuna 5 qol vurmaqla tarixə düşdü. O, həmçinin Joze Altafininin Çempionlar Liqasında bir mövsümdə 14 qol vurma rekorduna da şərik çıxdı.

Messi 2011-2012-ci illər mövsümündə 72 qol vuraraq Avropada yeni rekord müəyyənləşdirdi. Həmin mövsüm bir mövsümdə altı müxtəlif yarışda həm qol vurub, həm də məhsuldar ötürmə etməklə futbol tarixində ilkə imza atdı. 16 fevral 2013-cü ildə Messi "Barselona" karyerasında 300-cü qolu vurdu. 30 mart 2013-cü ildə Messi ardıcıl 19 La Liqa oyununda fərqləndi. Bununla o peşəkar futbol yarışında bütün rəqib komandalara qol vurmaqla tarixi düşdü.

O ardıcıl 21 liqa oyununda qol vurmaqla öz rekordunu yenilədi və yalnız zədə bunun davamını gətirməyə mane oldu. 23 mart 2014-cü ildə Real Madridə qarşı oyunda het-trik edərək El-Klassikolarda ən çox het-trik edən futbolçu adına yiyələndi.

Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Məşhur futbolçudan inanılmaz davranış

Messi bir çox göstəricilərdə Dünya rekordunu əldə edib: 289 qolla La Liqa tarixində ən çox qol vuran, 50 qolla bir La Liqa mövsümündə ən çox qol vuran, 91 qolla bir təqvim ilində ən çox qol vuran, Çempionlar Liqasında bir oyunda ən çox (5 qol) vuran və çempionlar liqasında ən çox (5 dəfə) bombardir olan oyunçudur.

Messi 2005-ci ildə FİFA 20 yaşadək futbolçular arasında Dünya Kuboku yarışında Argentina millisinin heyətində çıxış etdi, turniri ən yaxşı oyunçu və bombardir kimi tamamladı. 2006-cı ildə o, FİFA Dünya Kubokunda oynayan ən gənc argentinalı oyunçu kimi tarixə düşdü və həmçinin 2007-ci ildə Kopa Amerikada finalçı oldu, bu yarışda da Messi ən yaxşı gənc oyunçu seçildi.

2008-ci ildə Argentina Olimpiya milli futbol komandası ilə Olimpiya çempionu olaraq ilk uğurunu qazandı. SportsPro qəzeti Messini dünyada ən dəyərli ikinci oyunçu kimi qiymətləndirib. İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona Messini öz xələfi kimi göstərib.

Hazırda İspaniyanın "Barselona" klubunun və Argentina milli futbol komandasının heyətində çıxış edir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır.

Xəbər lenti
0