CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarix yazan kişini tarixdən silirlər

© Sputnik / ILHAM MUSTAFARəhimli türbələr kompleksi
Rəhimli türbələr kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Nizami Gəncəvinin məqbərəsini öz hesabına bərpa etdirən maarifçi-xeyriyyəçi, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəy və ailəsinə aid türbələr acınacaqlı vəziyyətə düşüb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini əks etdirən "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəy ömrünün son illərini şəxsi mülkü olan, Rəhimlidə (indiki Goranboy rayonunun ərazisi) yaşayıb. Onun və ailəsinin qəbri üzərində tikilmiş türbə abidələri isə hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir.

Gəncədəki Çaynikli ev - Sputnik Azərbaycan
FOTO
Azərbaycanın bu incisi təhlükə altında

Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy XVIII əsrin 80-ci illərində Şuşa şəhərində anadan olub. İbtidai təhsilini bu şəhərdə alıb. Yeniyetməlik dövründə, indiki Şuşa əhalisi kimi köçkünlük həyatı yaşamalı olub. XIX əsrin əvvəllərində Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumu səbəbilə ailəsi ilə birgə Tiflis şəhərinə köçüb və burada rus ordusunda xidmətə başlayaraq podporuçik, poruçik və kapitan rütbələrində xidmət göstərib.

1816-cı ildə Qarabağa qayıdaraq, formal olaraq mövcud olan Qarabağ xanı Mehdiqulu xan Cavanşirin yanında qulluğa başlayıb və xanlığın 22 mahalından biri olan İyirmidördlər mahalına naiblik edib. İkinci Rus-İran müharibəsi zamanı döyüşlərdə iştirak edən Mirzə Adıgözəl bəy, 1830-cu ildə istefaya çıxaraq əyalət məhkəməsində işə başlayıb. 1845-ci ildən isə "Qarabağnamə" əsərini yazmağa başlayıb.

Müəllifin gözləri zəiflədiyindən, əsəri diktə edib və Mirzə Hüseyn Salari tərəfindən qələmə alınıb. Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsəri Qarabağın 1736-cı ildən 1828-ci ilə kimi siyasi tarixini öyrənmək üçün çox qiymətli mənbədir. Əsərdə bu günümüzlə səsləşən ən vacib məsələlərdən biri — ermənilərin bu torpağa sonradan gəlmələri və burada məskunlaşmaları öz əksini tapıb.

Məsələn, Dizaq məliki Yeganın Qarabağa Loridən qaçıb gəlməsi, Vərəndə məliki Şahnəzərin Göyçədən, Çiləbörd məliki Allahqulunun Mağavizdən, Talış məliki Usubun Şirvandan qaçaraq Qarabağda özlərinə sığınacaq tapması və Nadir şaha qulluqlarına görə Qarabağda məliklik əldə etmələri barədə əsərdə qiymətli məlumatlar var. Bu əsərdən bir daha aydın olur ki, Qarabağ məliklərinin əsli-nəcabəti, xristianlığı əldən verməmək üçün erməni dilini qəbul etmiş albanlardır.

© Sputnik / ILHAM MUSTAFARəhimli türbələr kompleksi.
Rəhimli türbələr kompleksi - Sputnik Azərbaycan
1/10
Rəhimli türbələr kompleksi.
© Sputnik / ILHAM MUSTAFA1848-1873-cü illər aralığında tikilən 8 türbədən 3-ü nisbətən yaxşı vəziyyətdədir.
1848-1873-cü illər aralığında tikilən 8 türbədən 3-ü nisbətən yaxşı vəziyyətdədir - Sputnik Azərbaycan
2/10
1848-1873-cü illər aralığında tikilən 8 türbədən 3-ü nisbətən yaxşı vəziyyətdədir.
© Sputnik / ILHAM MUSTAFADigər türbələr dağılıb və ya dağılmaq üzrədir.
Digər türbələr dağılıb və ya dağılmaq üzrədir - Sputnik Azərbaycan
3/10
Digər türbələr dağılıb və ya dağılmaq üzrədir.
© Sputnik / ILHAM MUSTAFAÜzərinə "Dövlət tərəfindən qorunur" sözləri yazılsa da, türbələrin içərisinə baxdıqda bu qorunma hiss olunmur.
Üzərinə Dövlət tərəfindən qorunur sözləri yazılsa da, türbələrin içərisinə baxdıqda bu qorunma hiss olunmur - Sputnik Azərbaycan
4/10
Üzərinə "Dövlət tərəfindən qorunur" sözləri yazılsa da, türbələrin içərisinə baxdıqda bu qorunma hiss olunmur.
© Sputnik / ILHAM MUSTAFAƏksər türbələrin içərisində dağıdılmış qəbir daşlarına rast gəlmək olur.
Əksər türbələrin içərisində dağıdılmış qəbir daşlarına rast gəlmək olur - Sputnik Azərbaycan
5/10
Əksər türbələrin içərisində dağıdılmış qəbir daşlarına rast gəlmək olur.
© Sputnik / ILHAM MUSTAFAHər türbənin bir girişi və iki tağvari pəncərəsi var.
Hər türbənin bir girişi və iki tağvari pəncərəsi var - Sputnik Azərbaycan
6/10
Hər türbənin bir girişi və iki tağvari pəncərəsi var.
© Sputnik / ILHAM MUSTAFAQəbirüstü tikililər birmərtəbəli və birxanəlidir.
Qəbirüstü tikililər birmərtəbəli və birxanəlidir - Sputnik Azərbaycan
7/10
Qəbirüstü tikililər birmərtəbəli və birxanəlidir.
© Sputnik / ILHAM MUSTAFATikintisində yerli qırmızı kərpic və gəcdən istifadə edilib.
Tikintisində yerli qırmızı kərpic və gəcdən istifadə edilib - Sputnik Azərbaycan
8/10
Tikintisində yerli qırmızı kərpic və gəcdən istifadə edilib.
© Sputnik / ILHAM MUSTAFAFormasına görə türbələr səkkizguşəli və konusvaridir.
Formasına görə türbələr səkkizguşəli və konusvaridir - Sputnik Azərbaycan
9/10
Formasına görə türbələr səkkizguşəli və konusvaridir.
© Sputnik / ILHAM MUSTAFA1992-93-cü illərdə qiymətli əşyalar axtarmaq məqsədilə məzarlarda qazıntı aparanlar məqbərələrin içərisini tala edib, altını-üstünə çeviriblər.
1992-93-cü illərdə qiymətli əşyalar axtarmaq məqsədilə məzarlarda qazıntı aparanlar məqbərələrin içərisini tala edib, altını-üstünə çeviriblər - Sputnik Azərbaycan
10/10
1992-93-cü illərdə qiymətli əşyalar axtarmaq məqsədilə məzarlarda qazıntı aparanlar məqbərələrin içərisini tala edib, altını-üstünə çeviriblər.
1/10
Rəhimli türbələr kompleksi.
2/10
1848-1873-cü illər aralığında tikilən 8 türbədən 3-ü nisbətən yaxşı vəziyyətdədir.
3/10
Digər türbələr dağılıb və ya dağılmaq üzrədir.
4/10
Üzərinə "Dövlət tərəfindən qorunur" sözləri yazılsa da, türbələrin içərisinə baxdıqda bu qorunma hiss olunmur.
5/10
Əksər türbələrin içərisində dağıdılmış qəbir daşlarına rast gəlmək olur.
6/10
Hər türbənin bir girişi və iki tağvari pəncərəsi var.
7/10
Qəbirüstü tikililər birmərtəbəli və birxanəlidir.
8/10
Tikintisində yerli qırmızı kərpic və gəcdən istifadə edilib.
9/10
Formasına görə türbələr səkkizguşəli və konusvaridir.
10/10
1992-93-cü illərdə qiymətli əşyalar axtarmaq məqsədilə məzarlarda qazıntı aparanlar məqbərələrin içərisini tala edib, altını-üstünə çeviriblər.

Mirzə Adıgözəl bəy eyni zamanda xeyriyyəçilik əməlləri ilə də məşğul olub. O öz mahalına, Yelizavetpol qəzasından (Gəncə) və digər bölgələrdən çar inzibati idarəsinin təzyiqi altında yurd-yuvalarını tərk edən qaçqınları qəbul edib. Məhkəmədə çalışarkən yerli əhalinin və torpaqsızlaşmış bəylərin hüquqlarının müdafiəsi ilə məşğul olub. Bu faktlar general Paskeviçin göstərişi ilə əyalətlərdə yoxlama aparan müfəttiş Zubaryevin qeydlərində öz əksini tapır.

Mirzə Adıgözəl bəy eyni zamanda poeziyanı sevən və zamanın ən ziyalı şəxslərindən biri olub. Şəxsi vəsaiti hesabına II Rus-İran müharibəsi zamanı dağılmış dahi Azərbaycan şairi Nizaminin məqbərəsinin yerində yeni məqbərə inşa etdirir. Mirzə Adıgözəl bəyin tikdirdiyi türbə bu əsrin əvvəllərində dağılsa da, onun qalıqları tam düzgünlüklə Nizaminin dəfn edildiyi köhnə türbənin yerini təyin etməkdə mühüm rol oynayır. Bu barədə o dövrün digər bir Azərbaycan maarifçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində, "Qarabağda yaşayan qazaxlı Adıgözəl bəy hazırda türbəni təmir etdirir" deyə məlumat verir.

Təəssüf ki, belə bir xeyriyyəçi-maarifçi insanın məqbərələri hazırda ürəkaçan vəziyyətdə deyil. Üzərinə "Dövlət tərəfindən qorunur" sözləri yazılsa da, türbələrin içərisinə baxdıqda bu qorunma hiss olunmur.

1992-93-cü illərdə qiymətli əşyalar axtarmaq məqsədilə məzarlarda qazıntı aparanlar məqbərələrin içərisini tala edib, altını-üstünə çeviriblər. 1848-1873-cü illər aralığında tikilən 8 türbədən 3-ü nisbətən yaxşı vəziyyətdədir. Digərləri isə dağılıb və ya dağılmaq üzrədir.

Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev - Sputnik Azərbaycan
Görənləri heyrətə salan ev - bura Azərbaycandır

Məlumat üçün bildirək ki, qəbirüstü tikililər birmərtəbəli və birxanəlidir. Səkkizguşəli və konusvaridir. Tikintisində yerli qırmızı kərpic və gəcdən istifadə edilib. Hər birinin bir girişi və iki tağvari pəncərəsi var. Türbələrin giriş qapısı kiçikdir və bunun ziyarətə gələn adamın türbə sahibinin qarşısında baş əyərək keçməsi üçün nəzərdə tutulduğu güman edilir.

Türbələrin vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Goranboy rayon şöbəsi ilə əlaqə saxladıq. Şöbənin baş məsləhətçisi Kəmalə Axundova türbələrinin təmirinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı il proqramına salındığını bildirdi. Onu da bildirək ki, hələki abidələr üzərində heç bir təmir-bərpa işlərinə başlanmayıb.

Xəbər lenti
0