CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görənləri heyrətə salan ev - bura Azərbaycandır

© Sputnik / Ilham MustafayevGəncə şəhərində adı dillərə dastan olan Butulka ev
Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev - Sputnik Azərbaycan
Abunə olmaq
Müharibədə itkin düşmüş qardaşının bəlkə geri dönməsi ümidi ilə, gecəsini gündüzünə qatan Gəncə sakini, 48 min butulkadan istifadə edərək, ikimərtəbəli ev tikdirib

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Böyük Vətən Müharibəsindən qayıtmayan qardaşının, bəlkə nə vaxtsa tikdiyi bu evin sorağını alaraq gələcəyini düşünür. 1966-67-ci illərdə tikdiyi evə isə o vaxtkı Kirovabad yox, unutdurulmağa çalışılan Gəncə adını həkk edib divarlara. Və həmin zamandan bəri Gəncə adını dünyanın bir çox yerlərindən gələn turistlərə tanıtmağa nail olub.

Bu tip təmtəraqlı qəbirlər bir növ dəbə çevrilib və böyük məbləğdə xərc tələb edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qeyri-adi qəbiristanlıq: burada ölülər dəfn edilmir

Gəncə şəhərində adı dillərə dastan olan bir ev var. Bu evi məşhur edən onun tikinti matrealları əvəzinə butılkadan istifadə edilməsidir. "Butılka ev" adı ilə şəhərdə tanınan tikili, hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideyasının məhsuludur. O bu evin tikintisində, şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butılkadan istifadə edib.

İşləməyən adamın cinayətkar hesab edildiyi sovet dönəmində gecəsini gündüzünə qataraq, min zəhmətlə həm ustalığını, həm fəhləliyini edərək bir il əmək sərf edib buna İbrahim kişi. Hətta binanın üzünə naxış vurmaq üçün Soçidən çemodanlarla xırda dəniz daşları da daşıyıb.

Evin tikintisində məqsəd isə "tikdim ki, izim qala" deyil, "tikdim ki, qardaşım gələ" arzusu olub. Birgə cəbhəyə yollandığı, lakin itkin düşdüyü xəbəri gələn Yusif adlı qardaşının, nə vaxtsa doğma şəhərində qardaşının onun şərəfinə tikdiyi bu evin sədasını eşidib geri dönəcəyi ümidi ilə başlayıb işə.

Evin bütün naxışlarını və mozaikalarını öz əli ilə yaradıb. Evin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib. Həmçinin burda evin tikilib başa çatma tarixi olaraq 1967-ci il yazısı həkk olunub.

Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə, evin bir neçə yerinə "Gəncə" adını yazmasıdır. Evin arxa tərəfinə isə "Vətənin nəməlum əsgərinə" sözləri yazılıb.

Tikilən bir gündən Gəncəyə gələn qonaqların ən sevdiyi, önündə ən çox şəkil çəkdirdiyi məkanlardan olub bu ev. Sağlığında evin qarşısında şəkil çəkdirən turistlərdən şəkil albomu düzəldib.

© Sputnik / Ilham MustafayevGəncə şəhərində adı dillərə dastan olan Butulka ev.
Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev - Sputnik Azərbaycan
1/5
Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev.
© Sputnik / Ilham MustafayevBu evi məşhur edən onun tikinti materialları əvəzinə butulkadan istifadə edilməsidir.
Bu evi məşhur edən onun  tikinti materialları əvəzinə butulkadan istifadə edilməsidir - Sputnik Azərbaycan
2/5
Bu evi məşhur edən onun tikinti materialları əvəzinə butulkadan istifadə edilməsidir.
© Sputnik / Ilham MustafayevButulka ev adı ilə şəhərdə tanınan tikili hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideya məhsuludur.
Butulka ev adı ilə şəhərdə tanınan tikili hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideya məhsuludur - Sputnik Azərbaycan
3/5
Butulka ev adı ilə şəhərdə tanınan tikili hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideya məhsuludur.
© Sputnik / Ilham Mustafayevİbrahim Cəfərov еvin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib.
İbrahim Cəfərov еvin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib - Sputnik Azərbaycan
4/5
İbrahim Cəfərov еvin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib.
© Sputnik / Ilham MustafayevDiqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə evin bir neçə yerinə Gəncə adını yazmasıdır.
Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə evin bir neçə yerinə Gəncə adını yazmasıdır - Sputnik Azərbaycan
5/5
Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə evin bir neçə yerinə Gəncə adını yazmasıdır.
1/5
Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev.
2/5
Bu evi məşhur edən onun tikinti materialları əvəzinə butulkadan istifadə edilməsidir.
3/5
Butulka ev adı ilə şəhərdə tanınan tikili hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideya məhsuludur.
4/5
İbrahim Cəfərov еvin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib.
5/5
Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə evin bir neçə yerinə Gəncə adını yazmasıdır.

Gözütox, təvəzökar insan olub, heç kəsdən kömək istəyən, yardım uman olmayıb İbrahim kişi. Həsən Həsənov Kirovabad şəhərində birinci katib işləyən vaxt ona əlavə ev təklif etsə də, istəməyib. Qardaşının o odlu-alovlu müharibədən sağ gələcəyini gözləyə-gözləyə köçüb bu dünyadan.

Əsas arzusuna çatmasa da, İbrahim Cəfərov yaratdığı əsərlə tarixdə iz sala bilib. Oğlu da vaxtsız vəfat edib. Hazırda isə evdə gəlini və iki oğlu yaşayır. Bu məlumatları da bizə gəlini Məhəbbət xanım söylədi.

Artıq ev barəsində danışmağın yorğunluğu hiss olunur Məhəbbət xanımda. İllərdir, yerli və xarici telekanallara, xəbər saytlarına ev barədə müsahibə verdiyini, lakin bundan zərrəcə xeyir gəlmədiyini deyir.

"Gəlirlər, yazırlar-pozurlar, çəkirlər və gedirlər. Heç bir şey də dəyişmir. İllərdir qoruqçuluq edirəm burada, nəzarətsiz qoysam, bir günün içində qırıq-qırıq edərlər uşaqlar bütün butulkaları", —deyir Məhəbbət xanım.

Hətta evin arxasında bir neçə butılkanın sındırıldığını da göstərir. Özünün bu evə gəlin gəldiyini, sonra özünün gəlin gətirdiyini, hazırda hər oğlunun bir mərətbədə yaşadığını deyir. Hətta yoldaşı rəhmətə getdikdən sonra evin damının uçduğunu və təmirə ehtiyacı olan zaman satmaq istədiyini bildirir.

Uşaqlar da kiçik olublar həmin vaxt. Lakin Gəncə şəhərinin o dövrkü icra başçısı Eldar Əzizovun evi təmir etdirməsi xanımı bu fikrindən daşındırır. Oğlanları böyüyəndən sonra isə "babamızın mülkünü satmarıq" deyiblər.

Mir Əhməd xanın ailəsi. Ortada Mir Əhməd xan, arvadı Tuğra xanım - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sonuncu xanın Zaqafqaziya gözəlinə son hədiyyəsi - bənzəri yoxdur

Hazırki icra başçısından da razılıq edir Məhəbbət xanım. Eyvanın altının hörülərək bərkidildiyini, çöl tərəfdən tavanın lambirinləndiyini, divarlara işıq çəkildiyini deyir. Bu yaxınlarda isə külək yenə evin qabağında lambirinlərdən birini uçurub. Kiçik oğlu çıxıb düzəltmək istəyərkən, yıxılıb və ayağı sınıb. Əməliyyat olunaraq ayağına 6 mil qoyulub. Bununla bağlı ailənin nümayəndələri neçə dəfə icra başçısının müavinin qəbulunda olsalar da, həmin yeri təmir edən olmayıb.

Sonda Gəncə şəhər mədəniyyət və turizm şöbəsi ilə əlaqə saxladıq. Telefonumuza cavab verən Bəxtiyar Muradov "Butılka ev"in şöbənin balansında olmadığını, şəxsi ev olduğunu söylədi. Lakin buna baxmayaraq həmin evin daim nəzarətdə saxlandığını dedi.

Uçan yer barədə isə məlumatlarının olmadığını bildirdi. Binanın turizm obyekti kimi fəaliyyət göstərməsinin isə yalnız ev sahiblərindən asılı olduğu qeyd etdi Bəxtiyar müəllim.

Xəbər lenti
0