Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanlı həkimlər dərmanların içlik vərəqində yazılanları başa düşmürlər

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi dərman şirkətlərinə xəbərdarlıq etdi.

BAKI, 17 iyun-Sputnik. Son 10 gün ərzində 110 addan çox dərman vasitəsinin Azərbaycana idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqlar aşkarlanıb. Nöqsanlar bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil, başqa dillərdə olması ilə əlaqədar olub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov içlik vərəqəsinin nümunəsinin hazırlandığını və iyunun 13-dən etibarən istifadəyə verildiyini, həmçinin məsələ ilə bağlı şirkətlərə xəbərdarlıq məktubunun göndəriləcəyini deyib.

Dərmanlar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dərman zavodu tikməyimiz nə vaxta qaldı?
Məsələ ilə əlaqədar Sputnik-ə açıqlama verən tibb elmləri doktoru, həkim Adil Qeybulla bildirib ki, Azərbaycana idxal olunan hər bir dərman maddələrinin üzərində ana dilində təlimatı olmalıdır: "Bu, mütləq şərtdir ki, vətəndaş onu oxuya bilsin və məlumatı olsun. Hələlik dərman qutularının ana dilində yazılmasını təmin etmək çətindirsə, heç olmazsa, etiket şəklində onun üzərində ana dilində müəyyən şeylər yazıla bilər. Məsələn, dərman maddəsinin qutusu ölçüsündə etiketlər çap olunur və həmin etiketlərdə dərman maddəsinin adı, qramı, dozası, tərkibi və s. ana dilində yazıla bilər. Bunu etmək mümkündür". 

Ekspertin fikrincə, Azərbaycana idxal olunan dərman maddələri elə sifariş verilə bilər ki, istehsal edən firma, zavod birbaşa onun üzərində ana dilində yazıları qeyd etsin.

Dərmanlar - Sputnik Azərbaycan
Dərman bazarını silkələyəcək qərar: ekspertlər "həyacan siqnalı" çalır
A.Qeybulla bildirib ki, bu gün Türkiyədə müəyyən yerlərdə dərmanların qablaşdırılması həyata keçirilir. Preparatlar məhlul və yaxud toz halında alınır, dozalanır və qablaşdırılaraq satışa buraxılır. Bunun üçün xüsusi sexlər, zavodlar, lazımi avadanlıqlarla təmin olunmuş yerlər tələb olunur. 

Həkim, tibbi ekspert Rasif Bağırov isə Sputnik-ə açıqlamasında deyib ki, içlik vərəqəsi Azərbaycan dilində olmayanda, vətəndaşlar, bəzən hətta həkimlərin özləri onunla tanış ola bilmirlər.
Ekspert onu da əlavə edib ki, bəzən içlik vərəqi Azərbaycan dilində olanda, vətəndaşlar onun yerli istehsal olmasından şübhələnirlər:

"Bəzi vətəndaşlar içlik vərəqəsini Azərbaycan dilində görəndə, şübhələnib, elə bilirlər ki, bunlar xaricdən gəlməyib. Yəni, bunun müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də var."

Xəbər lenti
0