Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dərman zavodu tikməyimiz nə vaxta qaldı?

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR-ın neft-kimya kompleksi layihəsindən imtinası dərman zavodunu tikmək ideyasını sual altına salır. Ekspertlərin qənaətinə görə, ölkəmiz dərman istehsalı sahəsində çox gecikib.

Dərman zavodu tikməyimiz nə vaxta qaldı?
BAKI, 22 fev — Sputnik. Son dövrlər hökumətin dərmanların qiymətində apardığı tənzimlənmə prosesi də göstərdi ki, dərmanların əksəiryyəti idxal edildiyindən, qiyməti aşağı salmaq mümkün olmur. Belə olan halda təbii ki, vətəndaşın qaldırdığı məsələ aktuallıq kəsb edir. Amma hələ ki, xammaldan asılı olmayan dərman istehsalını təşkil etmək mümkün olmur.
Dərmanlar - Sputnik Azərbaycan
SƏHİYYƏ
Apteklərdə hələ də qadağan olunmuş dərmanlar satılır

Digər tərəfdən, dərman istehsalı üçün lazımi baza rolunu kimya sənayesinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi təşkil edir. Lakin, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "Reuters" agentliyinə müsahibəsində bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən ölkədə neft-kimya kompleksinin tikintisi layihəsinin icrasını dayandırılıb.

Bəs görəsən bu layihəninin dayandırılması Sumqayıtda müasir dərman zavodunun tikilməsinə və dərman istehsalına necə təsir edəcək?

Azad İstehlakçılar Birliyinin sədri EyyubHüseynov Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycanda dərman istehsalına başlanması ehtimalı hələlik çox aşağıdır: "Əgər nəzərdə tutulubsa, o zaman yeni istehsal strukturları yaradacaqlar və prosses normal həll olunacaq. SOCAR-ın layihəsinin dayanmasının isə dərman istehsalına elə də ciddi təsiri olmayacaq".

"Ölkədə müəyyən dərman seqmentini istehsal etmək üçün potensial var. Lakin, bunun üçün çox ciddi infrastruktur qurulmalıdır. Dərman bitkisinin yığılması, toplanması, emalı və s. xeyli iş görülməlidir. Çox təəssüf ki, Azərbaycan bu sahədə çox gecikib", —deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bir faizdən də az tibbə lazım olan preparatlar hazırlanır: "Bunlar isə əsasən sarğıda istifadə olunan pambıq, yod kimi vasitələridir. Bu kimi mallar var. Lakin, bunun üçün çox iş görülməlidir. Düşünürəm ki, Azərbaycan bu sahədə xeyli gecikib".

Tibb elmləri doktoru, professor Adil Qeybulla dərman istehsalının çox mürəkkəb bir proses olduğunu deyir. Professorun sözlərinə görə, Azərbaycanda dərman istehsal etmək üçün baza var: "Azərbaycanda dərman sitehsalı sovet dövründə də olub. Düzdür, bizdə mürəkkəb tərkibli dərmanlar istehsal olunmasa da, hər halda bəzi preparatlar, miksturalar, cövhərlər, məlhəmlər və s. şəkildə dərmanlar hazırlanır. Sadəcə olaraq təcrübə var. Pis-yaxşı mütəxəssislər də var".

"Amma, bu məsələ xeyli müddətdir, səngiyib. Ona görə də Azərbaycanda dərman sənayesini dünya standartları səviyyəsində qurmaq sadə bir məsələ deyil. Bu, ən azından hansısa bir firmayla müştərək şəkilkdə qurulmalıdır. Çinin təcrübəsindən istifadə etmək yaxşı olardı", —deyə mütəxəssis bildirib.

A. Qeybullaya görə, dərman sənayesinin inkişafı olduqca vacib bir məsələdir: "Dərman sənayesini dünyanın tanınmış şirkətləri ilə birlikdə qurmaq lazımdır. Təbii ki, qurulan yeni sistem həm mütəxəssis hazırlığı baxımından, həm də Azərbaycanda istehsal olunan dünya standartlarına uyğunluğu baxımından çox önəmli olardı. Sumqayıt bir sənaye şəhəridir, orada zavod üçün lazımi yer ayrılmalıdır. Ayrılan yer isə müvafiq standartlara cavab verməlidir. Ətraf mühitin təmizliyi və digər məsələlər yoxlanılır. Çünki, hazırda dərman istehsal olunan yerlərdə həmin dərman tullantılarının, yəni zavod tullantılarının tam zərərsizləşdirilməsi həyata keçirilir ki, ekologiya və ətraf mühit korlanmasın. Düşünürəm ki, bu, sadə bir məsələ deyil. Amma, hər halda buna qərar veribsə, bu məsələyə daha ciddi yanaşılmalıdır".

Xəbər lenti
0