Dərman bazarını silkələyəcək qərar: ekspertlər "həyacan siqnalı" çalır

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyinin Azərbaycanda 800-dən çox dərmanın dövriyyəsini qadağan etməsi narazılıqlara yol açıb

Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq. Bunu Trend-ə müsahibəsində Baş nazirinin müavini Əli Əhmədov deyib.

O, qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.

aptek - Sputnik Azərbaycan
Dərman bazarını necə sabitləşdirmək olar?
Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Ə.Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq. 

Tibbi ekspert Adil Qeybullanın fikrincə, bu günə kimi dövriyyədə olan dərmanları səbəbi açıqlanmadan yığışdırmaq düzgün deyil:

“Bunların içərisində xeyli vərandaş hüququ qazanmış dərmanlar var. İnsanların tanıdığı bu dərmanlar Ümumdünya Səhiyyə Təşkilatının reystrinə daxildirlər. Məsələ ondadır ki, bu dərmanların qadağan olunmasının səbəbləri qətiyyən izah olunmur. Bu dərmanlar keyfiyyətsizdir, ya başqa bir problem var. Bu məsələ araşdırılmalıdır. Bu gün dünyada tanınmış, qəbul olunmuş dərmanların istehlakına qadağa qoymaq qətiyyən düzgün deyil. Yaxşı olardı ki, bununla bağlı Səhiyyə Nazirliyi açıqlama verərdi, onda bilinərdi ki, nəyə görə bu qadağaya imkan veriblər. Dərman istehsalına başlamaq isə bir neçə günə başa gələn məsələ deyil. Onsuz da bu sahədə devalvasiya ilə əlaqədar xeyli problemlər yaranmışdır. Nazirliyin bu qərarı isə dərman bazarında problemləri daha da artıracaq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qadağan olunan dərmanlar geri çağırılmalıdır:

Витрина с лекарствами - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tarif Şurası 3540 dərmanın qiymətini təzələdi
“Bu hallar gərək ardıcıl olsun. Çox təssüf ki, ardıcıl deyil. Başlanğıc üçün çox yaxşıdır. Lakin, ölkədə təhlükəli malların, o cümlədən də dərmanların geri çağırılma mexanizmi yoxdur. Gərək elə bir mexanizm olsun ki, o dərman kimlərdə var geri çağırılsın. Səhiyyə Nazirliyi bir elanla özünü sığortalayır ki, guya problem həll olundu. Əslində isə belə deyil”.

Əli Əhmədov əlavə edib ki, dərmanların xaricdən gətirilməsi bir tərəfdən Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyət göstərməsinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır. 

İqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə, Azərbaycan çalışmalıdır ki,  2016-cı ildə qısa müddətdə istehsalın təşkili ilə bağlı ciddi addımlar atsın:

Аптека в Баку - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dərmanlar haqda nə bilirik?
“Dərman preparatlarının istehsalı ciddi investisiya tələb etmir. Əvvəla xammal var, ikincisi lazım olan texnologiya o qədər də baha deyil. Praktik olaraq Azərbaycan həmin texnologiyanı ala bilər. Dərman preparatlarının istehsalının təşkil edilməsi Azərbaycana imkan verəcək ki, valyutaya qənaət etsin. Xaricdən dərman vasitələrinin gətirilməsnin azalda bilsin. Bu həm də ona görə vacibdir ki, belə olan halda dərman preparatlarının qiymətini tənzimləmək mümkün olacaq. Çünki, burada əsas məqamlardan biri ondan ibarətdir ki, dərman preparatları xaricdən idxal olunduğu üçün qiymətlər artır. İstər Rusiya, istərsə də digər dərman istehsalçıları ilə danışıqların davam etdirilməsinə ehtiyac var. Bəzi hallarda xüsusən Rusiya tərəfi dollarla deyil rublla əməliyyatların aparılmasında maraqlı olduğunu deyir,amma, reallıqda bu istiqamətdə addımlar atılmır. Ona görə dərman preparatlarının istehsalının təşkil edilməsi indiki məqamda ən doğru yol ola bilər”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin yanvarın 4-də verilən qərarına əsasən Azərbaycanda 800-dən çox dərmanın dövriyyəsi qadağan edilib.

Xəbər lenti
0