CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qocalar niyə intihar edir?!

Abunə olmaq
Bəxtiyar Məmmədov: "O isterika içində idi və deyirdi ki, əgər ona çarə tapmasaq, özünü öldürəcək, ya da ayaq barmaqlarını öz əlləri ilə kəsəcək."

BAKI, 16 iyun-Sputnik. Dünyanın böyük bəlalarından biri də intiharlardır. Adətən zəif insanların seçim üsulu olan bu yol müxtəlif yaş təbəqələrini əhatə edir. Son günlərdə Azərbaycanda ahıl yaşında olan insanların intiharları tez-tez baş verir. Bunun səbəblərinə aydınlıq gətirmək üçün Sputnik-in əməkdaşı mütəxəssislərin rəyini öyrənib.

Sosioloq Cavid İmamoğlu bildirib ki, intiharın kökündə duran ən vacib səbəblər uzun illər psixoloji faktorlarla əlaqələndirilib. Lakin son araşdırmalar sübut edib ki, intiharlar heç də psixoloji pozuntulara görə baş vermir.

Один из широко распространенных способов самоубийства – прыжок с высоты - Sputnik Azərbaycan
92 yaşlı qadın özünə qəsd edib
"İntiharın səbəbi ailədaxili münaqişələr və ahıllara fərqli münasibətdir. Azərbaycan cəmiyyətində ahıllara sosial və psixoloji dəstəyin olmaması, eyni zamanda qocaların xəstəlikləri və ağrıları, uzun müddət işləyəndən sonra işsiz qalmaları qoca yaşda olan insanların həyatda yaşamağa marağını öldürür. Onlar bu səbəblərdən ağır depressiyaya düşürlər və ölməyi tərcih edirlər. Bəzi yaşlı insanlar intihara əl atmağı uyğun hesab edirlər."

Sosioloqun sözlərinə görə dövlətin təqaüd proqramının yaradılması, eyni zamanda ailədə yaşlılara diqqətin artırılması ilə bu yaşda baş verən intiharların sayını azaltmaq olar.
Psixoloq Dəyanət Rzayev isə ahıllar arasında intiharların artması fikri ilə razılaşmır. O hesab edir ki, gənc nəsillə müqayisədə Azərbaycanda yaşlı nəslin intiharı az baş verir:

"Bu gün Azərbaycanda intiharların statistikasında üstünlük gənclərin payına düşür. Avropa ölkələrində qocaların intiharına daha çox rast gəlinir."

Psixoloq ölkəmizdə yaşlı insanların intiharını onların əsəb sistemində pozuntuların olması və psixoloji problemləri ilə əlaqələndirib.

D.Rzayev hesab edir ki, yaşlı insanların özlərini öldürməmələri üçün onların ailə üzvlərinin maarifləndirilməsinə ehtiyac var:

"Yaşlı insanların ailə üzvləri diqqətli olmalı və qocalara vaxt ayırmalıdırlar. Bir çox hallarda qocalar özlərini cəmiyyətdən təcrid edirlər. Əgər cavan nəsil onların qayğısına qalsa, onlara dəyər versə, yaşlılar da intihar fikrinə düşməzlər."

Xarici ekspertlər isə hesab edirlər ki, yaşlı nəsillərdə həyat eşqi aşağı olur. Onlar özlərini cəmiyyət və yaxınları üçün faydasız, lazımsız hiss edirlər. Biz çox hallarda isə onlara elə gəlir ki, öz mövcudluqları ilə başqalarına, xüsusilə ailədəki cavan nəslə mane olurlar. Onlar getdikcə özlərinə qapılırlar, özlərini tənha hiss etməyə başlayırlar. Bu lazımsızlıq və tənhalıq hissi son nəticədə intiharla başa çatır.

Ekspertlər həyəcan təbili çalırlar: Azərbaycanda intihar gəncləşir - Sputnik Azərbaycan
VİDEO
Ekspertlər həyəcan təbili çalırlar: Azərbaycanda intihar "gəncləşir"
Tibb mütəxəssisləri isə qocaların ağrılara davam gətirmədiyi, sadə bir problemi şişirdərək özlərinə dərd etdiyi qənaətindədirlər. Həkim-terapevt Bəxtiyar Məmmədov hesab edir ki, qocaların fiziki ağrılara davam gətirmək qabiliyyəti zəif olur. Onlar cüzi fiziki problemləri belə ağır dərd olaraq qarşılayırlar. 

"Bu yaxınlarda mənim yanıma 90 yaşlı bir kişini gətirmişdilər. Yaşlanması səbəbindən ayaq barmaqlarının qığırdaqlarında qabarmalar, şişkinliklər vardı. O özü iddia edirdi ki, xərçəng xəstəliyinə tutulub. Ona problemi izah etsək də, başa düşmək istəmirdi. Ailə üzvləri də deyirdilər ki, ağsaqqal televiziyada bu barədə verilişə baxandan sonra evə gələn qonaqlara, həyətdə rastlaşdığı insanlara özünün xərçəng xəstəsi olduğunu deyir. Hamıya da şikayət edir ki, uşaqlar onu həkimə aparmırlar." — deyə həkim bildirib.

"O qoca isterika içində idi və deyirdi ki, əgər ona çarə tapmasaq, özünü öldürəcək, ya da ayaq barmaqlarını öz əlləri ilə kəsəcək. Başa düşürük ki, bu yaşda adamlar çox həssas olur. Onları mümkün qədərə sakitləşdirmək və sağalacaqlarına inandırmaq lazım gəlir. Bəzən bizdə gənc nəsil qocaların kaprizlərinə səbrsiz yanaşır, onları acılayırlar, ya da lağa qoyurlar. Bu isə qocaları bezdirir və intihara sövq etdirir." — deyə B.Məmmədov əlavə edib.

Xəbər lenti
0