Azərbaycanda "intihar" sözü artıq adiləşib və xüsusən gənclər arasında intiharların sayı azalmır. Bu gün əsas təhlükə ölkədə intiharın "gəncləşməsi"dir. Bu barədə Sputnik-ə müsahibəsində psixoloq Azad İsazadə bildirib.
"İstənilən xırda şey intihara səbəb ola bilər. Həmin səbəb mənim üçün xırda görünə bilər. Lakin gənc oğlan və qız üçün istənilən həll olunmamış problem bütün həyatın mənası kimi görünür", — deyə psixoloq vurğulayıb.
Psixoloqun sözlərinə görə, xəstəliyi müalicə etmək üçün səbəbi tapmaq lazımdır. "İlk növbədə ailənin rolu vacibdir. Uşaqlarla ünsiyyət qurmaq və ya onlara valideynləri üçün faydalı ola biləcəklərini göstərmək lazımdır.
Valideynlər isə öz növbələrində depressiyanın ilk simptomlarında uşaqlara nəzarəti gücləndirməli və həkimə müraciət etməlidirlər ", — deyə İsazadə yekunlaşdırıb.
İntiharın səbəbi çoxdur, lakin əgər məsələyə diqqətlə baxsaq, artıq tendensiyaya bənzəyən bəzi faciəvi təsadüfləri görmək mümkündür.