BAKI, 16 iyun-Sputnik. Abşeronda 92 yaşlı qadının intihar hadisəsi qeydə alınıb.
Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Rayon Prokurorluğundan verilən məlumata görə, şəhər sakini, 1924-cü il təvəllüdlü Əminə Mahmud qızı Kərimova özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb.
Xəstəxanaya çatdırılan Ə.Kərimova orada dünyasını dəyişib.
İntiharın səbəbləri açıqlanmayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.