Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman dünyasında böyük qalmaqal: Avropa Oyunlarına görə Azərbaycandan intiqam aldılar

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidÜmumdünya Antidopinq Agentliyi tərəfindən qadağan edilən meldonium maddəsi
Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan edilən meldonium maddəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Çempion Dünya Ağır Atletika Federasiyasının prezidenti Tamaş Ayanı dopinq saxtakarlığında ittiham etdi.

BAKI, 14 iyun-Sputnik. Ağır Atletika üzrə milli komandamız haqqında yeni xəbər var. Belə ki, A seriyalı dopinq testindən çıxa bilməyən idmançılarımız, bir neçə gün öncə aparılan B dopinq testindən də üzüağ çıxa bilməyiblər. Və beləliklə, millimizin idmançıları Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam Ağır Atletika Federasiyası tərəfindən cəzalandırılıblar. Onlar 8 il müddətində yarışlara qatılmaq qadağası ilə üzləşiblər. Yalnız Dadaşbəyli Dadaş ilk dəfə dopinqə düşdüyü üçün 4 illik cəza alıb. 

Gənclər və İdman Nazirliyi məsələ ilə bağlı narahatlığını ifadə edib:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi - Sputnik Azərbaycan
İDMAN
Nazirlik dopinqə düşən idmançılarla bağlı açıqlama yaydı
 "Biz, nazirlik olaraq öz növbəmizdə bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. Bütün lazimi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək."

Ayan vəzifədən gedəcək deyə, idmançılara zərbə vurur

Dopinq qurbanı olmuş idmançı Valentin Xristov sözügedən qərarla razılaşmır. Sputnik-ə açıqlama verən idmançı günahı Dünya Ağır Atletika Federasiyasının prezidentində görür: "2015-ci ilin sonlarında A testi təmiz çıxmamışdı, biz gözləyirdik ki, B testindən təmiz çıxaq. Bu zaman bizə 2-3 il cəza kəsilə bilərdi. Amma B testi də təmiz çıxmadığı üçün və mən ikinci dəfədir dopinqə düşdüyüm üçün 8 illik cəza aldım. Mənim nandralon dərmanı qəbul etdiyimi yazıblar. Halbuki mən bu dərmanı heç vaxt qəbul etməmişəm. Bu, sadəcə Dünya Ağır Atletika Federasiyasının prezidenti erməni əsilli Tamaş Ayanın idmançılar üçün qurduğu oyundur. O, 2016-cı il Rio-de-Janeyro Olimpiya oyunlarından sonra vəzifədən gedəcək deyə idmançılara belə zərbə vurur. Tək Azərbaycan idmançılarını yox, dünyada olan bütün güclü idmançıları idmandan uzaqlaşdırır."

İdmançı artıq qərarın çıxdığını və bunun əksini heç cür sübut etməyin mümkün olmadığını qeyd edib. Xristov deyib:

"Biz 2015-ci ildə Amerikada keçirilən Dünya çempionatına gedəndə yarışa 10 gün qalmış Gənclər və İdman Nazirliyi tərəfindən dopinq testindən keçdik və nəticələr qənaətbəxş oldu. Yarışda Firudin Quliyev 5-ci oldu, mən bürünc medal qazandım və digər komanda yoldaşlarım uğurlu nəticə göstərdi. Azərbaycana geri döndükdən 10 gün keçəndən sonra xəbər çıxdı ki, biz dopinqə düşmüşük."

Xristov dünyadakı digər həmkarlarının da analoji halla rastlaşdıqlarını qeyd edib: "Qazaxıstanın ən güclü idmançısı İlya İlyin 2008-ci ildə Pekində olimpiya oyunlarında birinci yerə çıxıb. Sonra Londonda 2012-ci ildə çempion olub. Oyundan 8 il keçəndən sonra qərar veriblər ki, İlya İlyin dopinqə düşdüyü üçün göstərdiyi nəticə ləğv olunur. Sadəcə təsəvvür edin, yarışdan 8 il keçəndən sonra yarışın nəticəsi necə ləğv oluna bilər?!"

Azər Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti - Sputnik Azərbaycan
Mərhum prezident Heydər Əliyevin nəvəsi vəzifəyə təyin olundu
Xristov ədalətsiz qərarala üzləşməsinə baxmayaraq, idmanı atmayacağını bildirib: "Baxmayaraq ki, mənə 8 illik cəza veriblər, mən o vaxtı gözləyəcəm və mütləq yarışlara qatılacam. Çünki mənim idmandan başqa işim yoxdur."

"Tamaş Ayan Avropa Oyunlarına görə Azərbaycandan intiqam alır"

İdman eksperti Natiq Muxtarlı Sputnik-ə verdiyi açıqlamada deyib ki, məsələnin kökündə Azərbaycanda keçirilən Avropa Oyunlarına ağır atletikanın daxil edilməməsi durur:

"Bu problem Tamaş Ayanın erməni əsilli olmasına görə deyil, ağır atletikanın Avropa Oyunlarına daxil edilməməsinə görə yaranıb. Azərbaycan Avropa oyunlarına ev sahibliyi etdiyindən ağır atletikanı oyunlara salmaq istəməyib. O zaman bəziləri deyirdilər ki, buna səbəb erməni idmançılarının bu idman növündə çox güclü olması idi. Düşünürəm ki, Azərbaycan tərəfi istəmirdi Azərbaycanda Ermənistanın himni səslənsin. Buna baxmayaraq, Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tamaş Ayan Azərbaycana gəldi və idman naziri Azad Rəhimovla görüşdü. Amma danışıqlar heç bir nəticə vermədiyindən Tamaş Ayanın bizim idmançılara qarşı belə təxribatı başladı."

Ekspert çıxış yolunu Azərbaycan Ağır Atletika Federasiyasının prezidentinin dəyişilməsində görür.

"Hazırkı prezident Cahangir Əsgərov bu problemi aradan qaldıra bilmir. Artıq vitse-prezident postunda dəyişik olub, Sevil Əliyevanın oğlu Azər Əliyev bu posta gətirilib. Tez bir zamanda federasiya prezidentinin də dəyişilməsi gözlənilə bilər. Bəlkə o zaman Tamaş Ayan ilə münasibətləri bərpa edərək, bu halların qarşısını almaq olar." — deyə Muxtarlı əlavə edib.

Xəbər lenti
0