BAKI, 7 iyun — Sputnik. Mərhum prezident Heydər Əliyevin nəvəsi Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin olunub. Sputnik "Futbol+"a istinadən xəbər verir ki, Azər Əliyev federasiyada olan dopinq qalmaqalından sonra bu vəzifəyə gətirilib.
Məhz onun gəlişindən sonra atletikada ciddi islahatların olacağı deyilir. Qeyd edək ki, Azər Əliyev Heydər Əliyevin qızı Sevil Əliyevanın oğludur.