Qazaxıstanda dövlət çevrilişinə cəhd olub

© Photo : STRAktoba şəhərində antiterror əməliyyatı
Aktoba şəhərində antiterror əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Aktoba şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Hücumun məsuliyyətini "Qazaxıstan Azadlıq Ordusu" öz üzərinə götürüb.

BAKI, 6 iyun — Sputnik. Qazaxıstanın Aktoba şəhərində ötən gün baş verən atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Sputnik-in məlumatına görə, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Перестрелка в городе Актобе, Казахстан - Sputnik Azərbaycan
Qazaxıstanda qanlı olaylar baş verib

Sputnik "Azadlıq" radiosunun rus xidmətinin ("Radio Svaboda") məlumatına istinadən xəbər verir ki, ölənlərdən 11-nin cinayətdə şübhəli bilinən şəxslər, 3-nün hərbçi, 1-nin silah dükanının satıcısı, 1-nin dükandakı müştəri, 1-nin isə mühafizə xidmətinin əməkdaşı olduğu bildirilir.

Hadisə nəticəsində 22 nəfər yaralanıb. Hücumun məsuliyyətini "Qazaxıstan Azadlıq Ordusu" öz üzərinə götürüb. Qazaxıstan Daxili İşlər Nazirliyi cinayətdə şübhəli bilinənlərin hamısının şəxsiyyətini müəyyənləşdirsə də, adlarını açıqlamayıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, dövlət çevirilişində adı hallanan iş adamı, "Şımkendpivo" şirkətinin direktoru Toxtar Tuleşov Rusiya Dövlət Dumasının keçmiş müşaviridir. Qurum təmsilçisi Rüstəm Karasayevin sözlərinə görə, ölkənin Atırau, Alma-ate, Ural, Qıqız Orda bölgələrində torpaq islahatına qarşı keçirilən etiraz aksiyaların təşəbbüsçüsü Toxtar Yuleşovdir. O, həmin aksiyaların keçmiş müşavir tərəfindən maliyyələşdirildiyini də vurğulayıb.

Перестрелка в городе Актобе, Казахстан - Sputnik Azərbaycan
Qazaxıstanda terrorçular zərərsizləşdirilib

Qeyd edək ki, ötən gün Aktoba şəhərindəki "Pallada" silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi bir qrup şəxsin hücumuna məruz qalıb. Qazaxıstan DİN-in verdiyi məlumata görə, quldurlar həmçinin "Pantera" mağazasına da hücum ediblər. Hərbi hissəyə hücum zamanı isə marşrut avtobusunu ələ keçirərək sürücünü və sərnişinləri düşürüblər.

Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev dünən bildirmişdi ki, Aktoba şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı bir neçə silahlı şəxs məhv edilib, bir neçəsi isə saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0