BAKI, 5 iyun-Sputnik. Qazaxıstanın Aktoba şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.
Sputnik-in məlumatına görə, bunu Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev xəbər verib.
"Aktoba şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir", — deyə Sadubayev bildirib.
Dəqiqləşdirilmiş məlumata görə, bu gün Aktoba şəhərindəki "Pallada" silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi bir qrup şəxsin hücumuna məruz qalıb.
Qazaxıstan DİN-in verdiyi məlumata görə, quldurlar "Pantera" mağazasına da hücum ediblər. Hərbi hissəyə hücum zamanı isə marşrut avtobusunu ələ keçirərək sürücünü və sərnişinləri düşürüblər.