BAKI, 3 iyun-Sputnik. "Almaniya Bundestaqında Türk adı altında ermənilərə dəstək verən, saxta soyqırımın lehinə səs verən bu ləyaqətsizləri hansı beynəlxalq tədbirdə görsəm, bunlara yaxınlaşıb "satqın və şərəfsiz" demək haqqını özümdə saxlayıram!"
Sputnik-in məlumatına görə, bu fikri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa öz facebook hesabında yayımlayıb.
"Almaniya Bundestaqında Türk adı altında ermənilərə dəstək verən, saxta soyqırımın lehinə səs verən bu ləyaqətsizləri tanıyın:
1. Cem Özdemir
2. Cemile Yusuf
3. Mahmut Özdemir
4. Aydan Özoğuz
5. Metin Hakverdi
6. Cansel Kızıltepe
7. Gülistan Yüksel
8. Ekin Deligöz
9. Özcan Mutlu
10. Sevim Dağdelen
11. Azize Tank
Hər hansı beynəlxalq tədbirdə görsəm, bunlara yaxınlaşıb "satqın və şərəfsiz" demək haqqını özümdə saxlayıram!!!"
Xatırladaq ki, Almaniya Bundestaqının deputatları dünən "1915-1916-cı illərdə Osmanlı imperiyasında ermənilərin və digər xristian azlıqların soyqırımının anılması" adlı qətnamə qəbul ediblər. Qətnamədə 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr "ermənilərə qarşı cinayət" kimi qiymətləndirilib.
Qətnamə deputatların əksəriyyətinin səsini qazanıb. Alman deputatlardan sadəcə biri qətnamənin "əleyhinə" səs verib, bir nəfər isə səsvermədən imtina edib. Bundestaqın türk deputatlarının hamısı qətnamənin lehinə səs veriblər.
Sözügedən sənəd "Yaşıllar" partiyasının təşəbbüsü ilə hazırlanıb və Bundestaqın hakim çoxluğu tərəfindən müzakirəyə çıxarılaraq birmənalı şəkildə dəstəklənib.