SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Status-kvonun dəyişməsi zərurətə çevirilib

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAzərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Ermənistan prezidentlərinin iyun görüşündə Dağlıq Qaradağ münaqişəsinin həllində status-kvonun dəyişilməsi ilə bağlı ümidli bəyanatlar səslənir

Status-kvonun dəyişməsi zərurətə çevirilib
BAKI, 1 iyun — Sputnik. "İyun görüşündən, status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş gözləyirik". Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasındakı çıxışında belə deyib.
Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
QARABAĞ
"Top Ermənistanın meydançasındadır"

Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı danışan nazir, işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqda davam etdiyini nəzərə çatdırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız və qəbuledilməz saydığını deyən E. Məmmədyarov bəyan edib ki, status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

"16 may tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. İyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik", — E. Məmmədyarov vurğulayıb.

Bir müddət öncə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer son bəyanatında qoşunların təmas xəttində atəşkəsin pozulma hallarının qarşısını almaq üçün daha intensiv nəzarət mexanizmlərinin yaradılmasına işarə vurmuşdu. O bildirib ki, apreldə təmas xəttində baş vermiş döyüş əməliyyatları, münaqişənin dalandan çıxması üçün səylərin artırılmasının vacib olduğunu bir daha xatırlatdı.

"Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir", — deyə Frank-Valter Ştaynmayer vurğulayıb.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, nə qədər ki, həmsədr dövlətlər arasında məsələyə ümumi yanaşma yoxdur, bu kimi görüşlərdən heç bir şey gözləməyə dəyməz. "Hansısa pozitiv irəliləyişdən söhbət gedə bilməz. Ona görə ki, hələlik həmsədr dövlətlər arasında ümumi yanaşma yoxdur. Bu həm Rusiyanın, həm də ABŞ-ın Minsk qrupundakı həmsədrlərinin açıqlamalarından aydın görünür", — politoloq Sputnik-ə açıqlamasında bildirib.

Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
QARABAĞ
"Biz erməniləri təbrik edəcəyik, amma..."

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bu gün jurnalitistlərə açıqlamasında deyib ki, prezidentlərin bu dəfəki görüşü "mahiyyət ortaya qoyacaq". Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparılır.

"Xarici işlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər aparıb", — deyə N. Məmmədov bildirib.

Bir sıra KİV-lərdə yayılan, Ermənistan prezidenti Serj Sarkisyanın, Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan sonra danışıqların bərpa olunacağı ilə bağlı fikirlərinə gəlincə, N. Məmmədov belə bir şərt haqqında söhbət getmədiyini və bunun qəbuledilməz olduğunu bildirib.

Xəbər lenti
0