Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Bu günün teatrı zamanın insanından çox geridə qalıb"

© Photo : V.Əsədovun şəxsi arxivindənVaqif Əsədov, xalq artisti
Vaqif Əsədov, xalq artisti - Sputnik Azərbaycan
Abunə olmaq
Vaqif Əsədov: "Film incəsənətin elə növüdür ki, burada qeyri-peşəkarlardan istifadə etmək olar. Amma teatrda küçədən keçəni oynada bilməzsən"

BAKI, 31 may — Sputnik. Müasir Azərbaycan teatrının çox problemləri var: Sanballı tamaşa qıtlığı, tamaşaçı zövqünə uyuşmamaq, zamanı nəbzini tuta bilməmək və sair. Bunları da biz demirik, tamaşaçı və mütəxəsssislər deyirlər.

Biz də Sputnik olaraq, müasir teatrımızın problemlərini, Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Vaqif Əsədovla müzakirə etdik.

Əməkdar artist Vidadi Həsənov (sağda) - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Teatrı sevən insanlar biletə pul tapıb gedir"

- Vaqif müəllim, bu gün teatr aktyorları teatrdan çox filmdə çəkilməyə üstünlük verirlər. Səbəb?

— Aktyorluq istər kinoda, istərsə də teatrda eyni peşədir. Doğrudur, cüzi fərqlər olur, amma eyni peşədir. Keçən əsrin əvvəllərində bu sənətdə, qısa müddət ərzində müxtəlif yollar ayrıldı və peşə şaxələndi. O gündən bu vaxta qədər insanlar daxilən şüur baxımından dəyişdikcə sənət də, onun ifadəsi də dəyişir. Stanislavskinin bir sözü var: "Teatr səs, səs, səs deməkdir, kino isə səmimiyyət, səmimiyyət, səmimiyyət deməkdir". 10 il keçəndən sonra Stanislavski öz ifadəsində dəyişiklik elədi, dedi ki, "aktyor cilddən-cildə düşməlidir". Sonra gördü ki, bu, mümkün deyil. Aktyora deyirlər, "sən obraza çevrilmə, əksinə o obrazın əvəzində olsaydın, nə edərdin? Bunu canlandır". Bu, sənətdə inqilab idi. Teatr da, kino da bir oyundur. Bu oyun o qədər ciddi və inandırıcı təqdim olunmalıdır ki, tamaşaçı inansın.

- Bu günkü tamaşaların keyfiyyəti sizi qane edir?

— İncəsənət bütün insan duyğularının, hisslərinin, varlığının ifadə vasitəsidir. Elə sükut var ki, böyük monoloqdan qüdrətlidir, böyük kitabın deyə bilmədiyini 15 saniyəlik sükut deyə bilir. Siz səmimi hissi görmək istəyirsiniz. Bugünkü filmin və teatrın tələbi budur.

- Hazırda film və seriallarda, bu sahədə ali təhsili olmayan qeyri-peşəkarlar da rol alırlar. Sizcə, belə də olmalıdır?

— Film incəsənətin elə növüdür ki, burada qeyri-peşəkarlardan istifadə etmək olar. Amma teatrda küçədən keçəni oynada bilməzsən. Çünki teatr çox çətin və qəliz sahədir. Teatrda kadrı kəsib növbəti dublu çəkmək olmur. Canlılıq və dublsuz iş tələb olunur. Çox təəssüf ki, bu günkü teatr zamanının insanlarından çox geridə qalıb.

Nicat Kazımov, Gənc Tamaşaçılar teatrının rejissoru və aktyoru - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Təki, o teatrların fəaliyyəti kağız üzərində qalmasın..."

- Teatr kursları yaradılır, sertifikat və ya diplom verilir. Beləliklə "aktyor" adı qazananlar film və teatrlarda çıxış etməyə başlayırlar. Bu, nə dərəcədə düzgündür?

— Bizim hamımızın içində bir oyun var. O kursları açanların da məqsədlərində maddi maraq dayanır. Ora gedənlər də həmin maddiyyat dərdindən gedirlər ki, filmlərə çəkilib pul qazansınlar. Burada heç bir sənətdən söhbət gedə bilməz. Bu sahədə də təhsil problemləri var. Onları həll etməyə çalışmaq lazımdır. Yaradıcı şəxs mütləq özünü tapmalıdır. Özünü tapmayan sənətkar yüzlərdən, minlərdən biri olacaq.

- Vaqif Əsədov bu gün teatrlarda işləyən aktyorlardan razıdır?

— Yox. Hamısından razı deyiləm. Amma elə uşaqlar var ki, onların istedadını görüb teatra gəlmələrinə kömək etməyə çalışıram. Tural Əhməd, Qorqud kimi gənc aktyorları misal göstərə bilərəm.

Xəbər lenti
0