Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Teatrı sevən insanlar biletə pul tapıb gedir"

© Photo : V.Həsənovun şəxsi arxiviƏməkdar artist Vidadi Həsənov (sağda)
Əməkdar artist Vidadi Həsənov (sağda) - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar artist Vidadi Həsənov yeni yaratdığı teatrdan və gələcək planları barədə Sputnik-ə danışıb.

Azərbaycanda da son zamanlar bir necə özəl teatrların fəaliyyətə başlaması mədəniyyətimiz üçün yaxşı hadisədir. Bu, teatr sənətinin inkişafına səbəb olacaq amillərdən biridir. Həmin teatrlardan biri də, M.Teatr production-dur. Sputnik-in əməkdaşı teatrın rəhbəri Əməkdar artist Vidadi Həsənov ilə teatrın yaradılmasından və gələcək planlarından danışıb. Müsahibəni təqdim edirik.

- Azad teatrınız var. Azad ədəbiyyata üstünlük verəcəksiniz?

— Ədəbiyyat və incəsənət azad olmalıdır. Çingiz Aytmatov hər çılpaqlığı ilə yazanda qəbul edirik. Bizdə kimsə yazanda deyirik olmaz. Amma  belə bir məsələ də var: sərhəddi kecməmək. Bir gün küçədə mənə bir kitab verdilər. Gənc yazarlardan birinin kitabı idi. 3 səhifə oxudum, sonra kitabı bağladım. Həmin yazarı tapıb  ona bir sual verdim. Dedim:“ Sən anana verərsən bu kitabı oxusun?”. Soruşdu ki, “nədir ki?” Dedim “o zaman apar anana ver kitabı oxusun, mən belə kitablar oxumuram”. Belə yazmaq da ədəbiyyat deyil axı.

- M. Teatr production-da 18+ səhnələrə yer veriləcək? Axı müasirlik 18+ tələb edir.

— Tamaşaya baxılır. Yazar necə yazırsa onu olduğu kimi səhnəyə qoymalıyıq. Müəllifin yazılarına xəyanət etmək olmaz. 18+ səhnə olmaması üçün müəllif onu elə yazmamalıdır. Amma bacardığımız qədər səhnədə söyüş səsləndirilməyəcək. 

- Bir neçə il öncə siz teatr yaratmışdınız. Amma maddi problemlərə görə teatrı bağladınız. İllər sonra yenidən teatr açmaq qərarına gəldiniz. Bu dəfə də eyni problemlə üzləşmə qorxunuz yoxdur ki?

— Siqaret çəkən adam bir dəfə çəkir, ziyan olduğunu bilsə də aludəçiyə çevrilir.  İstisna hallarda atanlar olur. Biz bir dəfə problemlə üzləşdik. İkinci dəfə yenə teatr yaratdıq. Biz də insanıq. Ola bilər ikinci dəfə də alınmasın. Fanatikcəsinə bu işin ardınca getmirik. Amma imkanımız, gücümüz çatana kimi davam edəcəyik. Heç nəyi əvvəlcədən bilmək olmur. Əsas işləməyə həvəsimiz və istəyimiz var.

- Teatrın gəlir mənbəyi hardandır?

— Yalnız satılan biletlərdən. Yaxşı və keyfiyyətli tamaşalar hazırlayıb biletləri sataraq tamaşalar nümayiş etdirmək və beləliklə teatrı yaşatmaq. Başqa gəlir mənbəyimiz yoxdur.

- Dəfələrlə vətəndaşlar teatr biletlərin baha olmasından şikayət edib. Məhz biletin baha olmasını bəhanə gətirərək tamaşalara getmədiklərini söyləyirlər. Sizdə bilet qiymətləri necə olacaq?

— İnsanlar həmişə pulsuzluqdan, bahalıqdan şikayət edir. Amma şəhər və axşamlar bütün kafe və restoranlar dolu olur. Deməli pul bəhanədir. Sadəcə biz yemək-içməyə daha çox pul xərcləməyi xoşlayırıq, nəinki teatra. O teatrın biletləri bahadır deyənlər bilirsiz kimlərdir? Teatra getmək istəməyənlər. Sadəcə teatr biletini bəhanə edirlər. Teatrın bileti əslində ucuz olmalı deyil. İlk tamaşamızda biletlər 5, 10, 15 və 20 manat oldu. Açığını deyim 20 manatlıq bileti daha çox istəyən var idi. Teatrı sevən insanlar biletə pul tapıb gedir. 

- İlk tamaşanızı nümayiş etdirdiniz. Təəssüratlarınız necədir?

— Kimi dəvət etmişdik gəldilər. Satılacaq biletlərin hamısı satıldı. Hətta yer olmayanlara ayaq üstə dayanıb sona kimi tamaşaya baxdılar. İlk tamaşamızı bəyəndilər və bizi alqışladılar. Axı alqışla tamaşaçı fikrini bildirir. İnsanlar alqışladılarsa demək məqsədimizə çatmışdıq. Narazı qalanlar da oldu. 300-ə yaxın insandan 5 nəfər insan tamaşadan yarımçıq çıxıb getdi. Hər kəsin bir zövqü var. Əsas yerdə qalan sona kimi bizi izləyənlər bizi alqışladı. 

- Tamaşalar nə zamanlar oynanılacaq və harda?

— Bizim teatr göstərmək üçün binamız yoxdur. Ona görə tamaşanı hazırlayıb biletləri satışa buraxacağıq. Biletlər satılarsa icarə haqqı, aktyorların əmək haqqızını bilet satışı ilə çıxarandan sonra tamaşanı oynayacağımız günü təyin edəcəyik. 

- Deməli sizə yaxşı produsser də lazım olacaq?

— Əlbəttə. Hal-hazırda Media Compani-nin tərkibində teatrı yaratdığımız üçün PR işlərini həyata keçirəcək pr menecerlərimiz də var. Bu bizim daha sürətli işləməyimizə və uğur qazanmağımıza səbəb olacaq. 

Xəbər lenti
0