CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Boya almağa pul tapmayan rəssam bir ilkə imza atdı

© Sputnik / Hikmet OrhunRəssam Nəcməddin Hüseynov
Rəssam Nəcməddin Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq boya almağa ehtiyacı da yoxdur. Çıraq, şam hisinin köməkliyi ilə hislərini kağıza tökür. Dediyinə görə, onun hislə çəkdiyi rəsmlər Azərbaycanda bir ilkdir, heç bir rəssamın yaradıcılığında bu üsulla çəkilmiş əsərə rast gəlməyib.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. O, buxarının qabağında mütəkkəyə dirsəklənib, nənəsinin danışdığı nağılları dinləyə-dinləyə böyüyüb. Uşaq vaxtı nənəsinin toxuduğu xalçalara vurduğu naxışlara, atdığı ilmələrə heyranlığını gizlədə bilməyib və bu heyranlıq bir ömür boyu onu tərk etməyib.

Hələ də fikri, xəyalı o nağıllarda, xalçalarda, ilmələrdədir. Nağıldan-nağıla, hekayədən-hekayəyə, xalçadan-xalçaya, ilmədən-ilməyə böyüyüb. Böyüyüb, böyüdüb insanlara olan sevgisini. Təbiəti sevib, həyata iki əlli sarılıb.

İstedadlı rəssam Rövşən Şirinov iş başında - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Mənfilik aşıladığı üçün qara rəngdən imtina edən rəssam

Elə ona görə də, dünya malında gözü-könül yoxdur, insanların mal-mülk uğrunda davaları ona əzab verir. Yeganə umacağı kətan, fırça, rəngdir. Bu üçünə sahib olanda elə bil, ona dünyanı bağışlayırlar. O, rənglərin diliylə uşaqlığından bu yana içində gəzdirdiyi müşahidələrini, uşaqlığının insanlarını, pişiklərini, sərçələrini danışdırır, nənəsinin nağıl qəhrəmanlarını canlandırır.

Bəli, düz tapdınız, qəhrəmanım rəssamdır. Rəssam qəhrəmanım Nəcməddin Hüseynov Qazax rayonunun Çaylı kəndində yaşayır. Öz kasıb komasına sığınıb, ordan hər şeyə rənglərin gözündən boylanır.

Boya almağa pul da yoxdur, ehtiyac da

Evinin suvağı yoxdur, külək bu üzündən üfürəndə o üzündən çıxır. Əsərlərini çərçivəyə salmağa pul tapmır, amma heç nədən narazı deyil.

"Xoşbəxt sənətkaram, əlimə fırça götürəndən bu günə qədər bir dəqiqə də həvəsdən düşməmişəm, amma yaxşı olardı ki, dövlətimiz o bahalı binalara ayırdığı pullardan bir az da mənim üçün fırça, kətan pulu ayıraydı, özgə təmənnam yoxdur", — deyir.

Son dövrlər boya almağa da ehtiyacı olmur. Çıraq, şam hisinin köməkliyi ilə hislərini kağız üzərinə tökür. Dediyinə görə, onun hislə çəkdiyi rəsmlər Azərbaycanda bir ilkdir, heç bir rəssamın yaradıcılığında bu üsulla çəkilmiş əsərə rast gəlməyib.

© Sputnik / Hikmet OrhunNəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır.
Nəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır - Sputnik Azərbaycan
1/8
Nəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır.
© Sputnik / Hikmet OrhunN.Hüseynov: “Xoşbəxt sənətkaram, əlimə fırça götürəndən bu günə qədər bir dəqiqə də həvəsdən düşməmişəm”.
N.Hüseynov: “Xoşbəxt sənətkaram, əlimə fırça götürəndən bu günə qədər bir dəqiqə də həvəsdən düşməmişəm” - Sputnik Azərbaycan
2/8
N.Hüseynov: “Xoşbəxt sənətkaram, əlimə fırça götürəndən bu günə qədər bir dəqiqə də həvəsdən düşməmişəm”.
© Sputnik / Hikmet OrhunÇıraq, şam hisinin köməkliyi ilə rəsmlər çəkən rəssam, bu sahədə Azərbaycanda bir ilkə imza atıb.
Çıraq, şam hisinin köməkliyi ilə rəsmlər çəkən rəssam, bu sahədə Azərbaycanda bir ilkə imza atıb - Sputnik Azərbaycan
3/8
Çıraq, şam hisinin köməkliyi ilə rəsmlər çəkən rəssam, bu sahədə Azərbaycanda bir ilkə imza atıb.
© Sputnik / Hikmet OrhunRəssam son vaxtlar kəşf edib ki, müxtəlif əşyaların hisindən fərqli rənglər alınır.
Rəssam son vaxtlar kəşf edib ki, müxtəlif əşyaların hisindən fərqli rənglər alınır - Sputnik Azərbaycan
4/8
Rəssam son vaxtlar kəşf edib ki, müxtəlif əşyaların hisindən fərqli rənglər alınır.
© Sputnik / Hikmet OrhunNəcməddin Hüseynovun hər əsərində özündən, yaşadıqlarından, uşaqlığından nəsə var.
Nəcməddin Hüseynovun hər əsərində özündən, yaşadıqlarından, uşaqlığından nəsə var - Sputnik Azərbaycan
5/8
Nəcməddin Hüseynovun hər əsərində özündən, yaşadıqlarından, uşaqlığından nəsə var.
© Sputnik / Hikmet OrhunƏsərlərə baxdıqca onların bənzərsizliyinə heyran olursan.
Əsərlərə baxdıqca onların bənzərsizliyinə heyran olursan - Sputnik Azərbaycan
6/8
Əsərlərə baxdıqca onların bənzərsizliyinə heyran olursan.
© Sputnik / Hikmet OrhunBu günə kimi iki mindən çox işi olub; bir xeyli əsərini də bəyənmədiyindən cırıb, atıb.
Bu günə kimi iki mindən çox işi olub; bir xeyli əsərini də bəyənmədiyindən cırıb, atıb - Sputnik Azərbaycan
7/8
Bu günə kimi iki mindən çox işi olub; bir xeyli əsərini də bəyənmədiyindən cırıb, atıb.
© Sputnik / Hikmet OrhunRəssam daim axtarışdadır, daha yeni kəşflər etmək arzusu ilə yaşayır hər gün.
Rəssam daim axtarışdadır, daha yeni kəşflər etmək arzusu ilə yaşayır hər gün - Sputnik Azərbaycan
8/8
Rəssam daim axtarışdadır, daha yeni kəşflər etmək arzusu ilə yaşayır hər gün.
1/8
Nəcməddin Hüseynov Qazaxın Çaylı kəndində yaşayır.
2/8
N.Hüseynov: “Xoşbəxt sənətkaram, əlimə fırça götürəndən bu günə qədər bir dəqiqə də həvəsdən düşməmişəm”.
3/8
Çıraq, şam hisinin köməkliyi ilə rəsmlər çəkən rəssam, bu sahədə Azərbaycanda bir ilkə imza atıb.
4/8
Rəssam son vaxtlar kəşf edib ki, müxtəlif əşyaların hisindən fərqli rənglər alınır.
5/8
Nəcməddin Hüseynovun hər əsərində özündən, yaşadıqlarından, uşaqlığından nəsə var.
6/8
Əsərlərə baxdıqca onların bənzərsizliyinə heyran olursan.
7/8
Bu günə kimi iki mindən çox işi olub; bir xeyli əsərini də bəyənmədiyindən cırıb, atıb.
8/8
Rəssam daim axtarışdadır, daha yeni kəşflər etmək arzusu ilə yaşayır hər gün.

Deyir ki, yandırma üsulu ilə işləyənlər çox olub: "Mən özüm də məşğul olmuşam, sonra davam eləmədim. Sənətkar həmişə axtarışda olmalıdır, axtarışım məni çıraq hisinə gətirib çıxardı. Rənglərin eyniliyindən bezmişdim, mənə elə gəlirdi ki, çəkdiyim hər şey biri-birinin təkrarıdır".

"Nə danım, boya da bahadır, mənim o qədər pulum da yoxdur. Çıraq hisiylə çoxdan nəsə çəkmək istəyirdim, ancaq necə çəkəcəyimi tapmamışdım. Bir gün təsadüf nəticəsində bir kağız götürdüm, yavaş-yavaş hislə qaraltdım, gördüm, alınır. O gündən bu günə xeyli şey çəkmişəm", — danışır rəssam.

Mövzusuzluqdan yana şikayəti olmur

İndi hisin də başqa rəngini axtarır Nəcməddin. Onları qarışıdırıb, rəngli əsərlər yaratmaq istəyir. Misal üçün, şam və çıraq hisi eyni rəngi verir, amma rezin yanığından alınan his bir az göyə çalır: "Bəzən baxıram ki, mövzular ayrı olsa belə, hislə çəkdiyim əsərlər də artıq biri-birinə oxşayır. Daha maraqlı şeylər tapmaq lazımdır. Müxtəlif şeyləri yandırıb, hislərini qarışdırıb, yeni rənglər ala biləcəyimə ümid edirəm".

Bu günə kimi iki mindən çox işi olub. Elə bir o qədərini də bəyənmədiyi üçün cırıb, atıb, yandırıb, kül eləyib. Bir azca başı çıxan adam Nəcməddinin əsərlərinə baxanda onun bənzərsizliyinə heyran olur. Hər əsərində özüdür, hər əsərində özündən, yaşadıqlarından, uşaqlığından nəsə var, rənglər biri-birini təkrar edə bilər, amma heç biri digərinin təkrarı deyil.

Mövzusuzluqdan yana şikayəti yoxdur. Sənətinə qarşı həddindən artıq diqqətlidir. Bir işi başa gətirənə qədər onu on cür çəkir, iş hasilə gələndə isə bir çay süzüb, onun toyunu, bayramını edir.

Şairliyə iddiası olmasa da, ara-sıra natamam qafiyələrlə aforizmlər də yazır. "Mən rəsimlərimdə sözün rəngini, şeirlərimdə rəngin sözünü tapmağa çalışıram", —deyir.

Hər rəsminin dünyaya deyəcək bir sözü var: birində barışı, sülhü anladır, birində müharibələrin bəşəriyyətə vurduğu yaraları, birində uşaqların şıltaqlığını, o birində adamların mənəvi kasıblığını. Amma heç bir əsərində mənfi enerji yoxdur, qarşısındakına bədbinlik aşılamır.

"Evdən çıxmaq pul israfıdır"

Çox zaman ətrafındakı insanlar onu anlamırlar. Anlamağa məcbur da deyillər, hər kəs rəssamlığı başa düşəcək deyə bir şey yoxdur. Onların sənəti, sənətkarı başa düşüməmələri rəssamı narahat eləmir, hətta, yeri gələndə bunu özünə mövzu eləyir.

Nəcməddini heç nə sənətdən küsdürə, yaradıcılıqla məşğul olmasına nəsə mane ola bilməz, amma buna rəğmən toplumdan mənfi enerji almasın, yaradıcılığa daha çox vaxt ayıra bilsin deyə, özünü cəmiyyətdən təcrid edib, bir növ inzivaya çəkilib.

"Evə qapanmağımın maddi tərəfləri də var, gəzib dolaşmağın, Bakıya getməyin, rayon mərkəzinə çıxmağın, insanların arasında olmağın özü də pul israfıdır. Söz oyunu eləsək, evə qapanmağımın özü maddi sıxıntılara gətirib çıxarır. Mən maddiyyatçı olmadığım üçün belə şeyləri fikirləşmirəm. Bəlkə şablon səslənəcək, amma sənət sənət üçündür".

Gənc rəssam Ceyhun Ənvərzadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Heyrətamiz gənc rəssam: sağlamlığına qovuşmaq istəmir

"Ögey münasibət məni narahat eləyir"

Nəcməddin Hüseynov 1955-ci ildə doğulub. Zamanında dolanışıq üzündən ali təhsil ala bilməsə də, rəssamlıq məktəbini bitirib. Rəssamlar İttifaqının üzvüdür. Özünü "gözə soxan" adam olmadığı üçün 2011-ci ildən üzvü olduğu birlik onu layiqincə qiymətləndirməyib, gözdən-könüldən iraq düşüb.

Özü şikayət eləmir, ancaq iki oğlu var. Qapıdan girər-girməz məni bir küncə qısnayıb utana-utana, çəkinə-çəkinə ailənin problemlərini danışan böyük oğlu Taleh Hüseynov deyir ki, Rəssamlar İttifaqı Nəcməddin Hüseynovun işini yüksək qiymətləndirdiyini desə də, təqaüd kəsmir, dolanışıqları çətindir.

"Atama qarşı ögey münasibət məni narahat eləyir. Adam ömrünü bu sənətin yolunda şam kimi əridib, amma qiymətini almayıb. Çox istəyərdim, Azərbaycan hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı onun fədakarlığını görsün, indən beləsə onun rahat yaşamını təmin eləsin. Heç olmasa aylıq təqaüd ayırsın ki, dolana bilsin", — deyir T. Hüseynov.

Xəbər lenti
0