Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mənfilik aşıladığı üçün qara rəngdən imtina edən rəssam

© Sputnik/ Pəri Abbaslıİstedadlı rəssam Rövşən Şirinov iş başında
İstedadlı rəssam Rövşən Şirinov iş başında - Sputnik Azərbaycan
Abunə olmaq
Qax rayonunda fəaliyyət göstərən rəssam Rövşən Şirinov geniş ictimaiyyətin tanımadığı fitri istedadlarımızdan biridir.

BAKI, 30 apr – Sputnik. Yaradıcılığın bütün növləri istedad tələb edir və bu istedad doğuluşdan insanlara ilahi varlıq tərəfindən bəxş edilir. Sadəcə insanlar o istedadını tədricən inkişaf etdirməli və peşəkara çevrilməlidirlər. 

Hərdən yaradıcılıqla məşğul olan bəzi adamlara həvəskar da deyirik, amma onun ortaya çıxardığı əsərləri gördükdə heç də onları hansısa qeyri-peşəkarın əl işi hesab etçək olmaz.

Rövşən Şirinov da belələrindəndir. 

O, Qax rayonun Ləkit kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan bu sənətə marağı olsa da, valideyinləri ona bu sənətlə məşğul olmağa icazə verməyiblər.

“Hər hansı bir rəssamın əl işəlini görəndə çox heyranlıqla baxardım. Məşhur rəssamların əl işlərini yatdığım yastığın altına qoyardım, baxmaqla doymazdım. Əlimə fürsət düşən kimi karandaşlarımı götürüb şəkil çəkərdim. Atam məni həmişə buna görə danlayardı. Həmişə deyərdi ki, get özünə sənət tap”, deyə rəssam bildirir.

© Sputnik/ Pəri Abbaslıİstedadlı rəssam Rövşən Şirinov iş başında
İstedadlı rəssam Rövşən Şirinov iş başında - Sputnik Azərbaycan
1/6
İstedadlı rəssam Rövşən Şirinov iş başında
© Sputnik/Pəri AbbaslıRövşən Şirinovun bu əsərində görünən o dağlar Şəki istiqaməti olar yəqin ki...
Rövşən Şirinovun bu əsərində görünən o dağlar Şəki istiqaməti olar yəqin ki... - Sputnik Azərbaycan
2/6
Rövşən Şirinovun bu əsərində görünən o dağlar Şəki istiqaməti olar yəqin ki...
© Sputnik/ Pəri AbbaslıBu rəsmi "Ana və qızı tarlada" adlandırmaq da olar
Bu rəsmi Ana və qızı tarlada adlandırmaq da olar - Sputnik Azərbaycan
3/6
Bu rəsmi "Ana və qızı tarlada" adlandırmaq da olar
© Sputnik/ Pəri AbbaslıBir müddətdən sonra bu fırçanın yaratdığı gözəlliklə tanış olacağıq
Bir müddətdən sonra bu fırçanın yaratdığı gözəlliklə tanış olacağıq - Sputnik Azərbaycan
4/6
Bir müddətdən sonra bu fırçanın yaratdığı gözəlliklə tanış olacağıq
© Sputnik/ Pəri AbbaslıRövşən Şirinovun əsərlərinin bir qismi
Rövşən Şirinovun əsərlərinin bir qismi - Sputnik Azərbaycan
5/6
Rövşən Şirinovun əsərlərinin bir qismi
© Sputnik/ Pəri AbbaslıRəssam Rövşən Şirinovun emalatxanası
Rəssam Rövşən Şirinovun emalatxanası - Sputnik Azərbaycan
6/6
Rəssam Rövşən Şirinovun emalatxanası
1/6
İstedadlı rəssam Rövşən Şirinov iş başında
2/6
Rövşən Şirinovun bu əsərində görünən o dağlar Şəki istiqaməti olar yəqin ki...
3/6
Bu rəsmi "Ana və qızı tarlada" adlandırmaq da olar
4/6
Bir müddətdən sonra bu fırçanın yaratdığı gözəlliklə tanış olacağıq
5/6
Rövşən Şirinovun əsərlərinin bir qismi
6/6
Rəssam Rövşən Şirinovun emalatxanası

Adətən əyalət insanı Bakıya ayaq çatan kimi getdiyi yer bulvar olar. Lakin onun hələ kiçik yaşlarından paytaxtda ilk getdiyi yer İncəsənət muzeyi olub: “Qapının ağzında saatlarla gözləyərdim ki, muzeyin qapıları açılsın. Axşam qayıdanda da muzeyə baş çəkib sonra qayıdardım rayonumuza. Ən çox Ayvazovski və  İvan Şişkindən qidalanmışam. Onlardan öyrənmişəm.

Allah insanları yaradanda min nəfər insanın sevən ürəyini və yaradıcı beynini rəssamlara verir. Təbii ki, bu təkcə rəssamlara yox, həm də bütün incəsənətlə məşğul olan insanlara şamil olunur”.

Rəssam onu da qeyd etdi ki, onun üçün qara rəng yoxdur: “Qara rəngdən istifadə edirəmsə, bu tam qara rəng olmur. Qırmızı, yaşıl və göy rəngi qarışdırıb ondan qara rəng alıram.

Həyatımızda elə insanlar var ki, yüz faizlik pozitivin içində bir faiz neqativ varsa, istəyirlər ki, həmin neqativi qabartsınlar. Onsuzda həyatımızda problemlər, gündəlik qayğılar çoxdur. Mən həmişə çalışıram ki, mənim əsərimə baxan tamaşaçı qismən də olsa problemlərdən uzaqlaşsın. Qara rəngə münasibətim buradan qaynaqlanır”.  

Deyirlər insan istədiyi bütün məqamlara çata bilmək qabiliyyətinə malik bir varlıqdır. Elə qəhrəmanımız da bütün qadağalara baxmayaraq  əlinə fırça almaq, şəkillər çəkmək, fantaziyasını kətan üzərinə köçürmək  arzusuna nail  olub.

Xəbər lenti
0