İlk qadın prezidentin kədərli portreti

© REUTERS / Ueslei MarcelinoBraziliya prezidenti Dilma Rousseff
Braziliya prezidenti Dilma Rousseff - Sputnik Azərbaycan
Abunə olmaq
İmpiçment olunaraq vəzifədən kənarlaşdırılan Dilma Russeff mübarizəsini davam etdirəcəyini desə də, ekspertlər onun şanslarının qalmadığını iddia edirlər

İlk qadın prezidentin kədərli portreti
BAKI, 13 may — Sputnik. Braziliya Federativ Respublikasının prezidenti, solçu İşçilər Partiyasının üzvü Dilma Russeff, onun impiçmentinə aid senatorların yekun səsverməsini gözləmədən öz əşyalarını prezident sarayından şəxsi iqamətgahına köçürməyi tapşırıb. Senatorlar ölkə prezidentinin vəzifədən 180 günlük kənarlaşdırılmasını 20 saat müzakirə ediblər. Nəticədə, 50 senator impiçmentin lehinə, 20-si isə əleyhinə səs verib. Bir senator isə səs verməyə çətinlik çəkib.
Braziliya prezidenti Dilma Rousseff - Sputnik Azərbaycan
Prezident saraydan qaçmağa hazırlaşır

İndi parlament rəsmi səsvermə keçirməlidir. Parlamentin yuxarı palatasında əyləşən 81 senatordan əksəriyyəti, yəni 41-i lehinə səs verdikdə impicment qüvvəyə minir. Bu, baş verərsə, Russeff yarım il müddətinə vəzifədən uzaqlaşdırılacaq, onun səlahiyyətlərinin müvəqqəti icrası ilə ölkənin vitse-prezidenti Mişel Temer məşğul olacaq.

Sonra isə Senat Prezidentin istefa məsələsinə yenidən baxacaq. Millət vəkillərinin üçdə ikisi (54 nəfər) lehinə səs verərlərsə, o zaman dövlət başçısı vəzifədən birdəfəlik getməli olacaq.

Dilma Vana Rousseff 1947-ci ildə bolqar mühacir Petr Rusevin ailəsində anadan olub. 1964-cü ilin hərbi çevrilişindən sonra siyasətlə yaxından maraqlanmağa başlayıb. O, öncə 1967-ci ildə Braziliya Sosialist Partiyasının gənclər təşkilatına, sonra isə onun radikal fraksiyası olan "Milli Azadlıq Komandasına" qoşulub.

Fraksiya Braziliyada 1964-1985-ci illərdə hakimiyyətdə olan, hərbi diktatura əleyhinə partizan müharibəsi vasitəsi ilə silahlı mübarizə ideyasını dəstəkliyirdi. Bir neçə il Dilma gizli silahlı təşkilatların tərkibində olmuşdu, lakin döyüş əməliyyatlarında bilavasitə iştirak etmirdi.

1970-ci ildə Dilma Rousseff həbs altına salınıb, 1972-ci ilin sonunda isə arıqlamış və xəstə halında azadlığa buraxılıb. Daha sonra Rousseff sol təşkilatlarla əlaqələri bərpa etdi, ancaq bu dəfə Demokrat Fəhlə Partiyasının sədrinin müşaviri təyin olunaraq, leqal fəaliyyət göstərməyə başladı.

1980-ci illərin sonunda Porto Alegre şəhərinin meriyasında xəzinədar işləyirdi. 1990-ci illərdə qeyri-dövlət sektoru olan, İqtisadiyyat və Statistika Fonduna rəhbərlik edirdi və Rio Grande do Sul ştatının energetika nazirliyində işləyirdi.

Braziliya prezidenti Dilma Rousseff - Sputnik Azərbaycan
Braziliya prezidenti vəzifəsindən uzaqlaşdırıldı

Dilma Demokratik Fəhlə Partiyasının uzun müddət üzvü idi, 1990-ci illərin sonunda isə daha radikal olan İşçilər Partiyasına keçdi. 2003-cü ilin yanvar ayında Da Silva prezident seçiləndən sonra, Rousseff energetika naziri təyin edildi. 2005-ci il iyunun 21-də Braziliya Prezidentinin Administrasiyasının başçısı vəzifəsinə gətirildi. 2010-cu ildə isə Dilma Braziliyanın yeni prezidenti oldu və ölkədə bu postu alan ilk qadın kimi tarixə düşdü.

Amma Russeffə hələ də dayaq göstərən şəxslər var. Baş prokuror impiçmenti dayandırmağı tələb edir. Ona aşağı palatanın spikeri Maranyau da dəstək olur.

Qeyd edək ki, Braziliya müxalifəti prezidenti vergi pozuntuları və dövlət vəsaitlərindən təkrar seçilmək üçün istifadədə ittiham edir. Russeff isə bütün iddiaları rədd edir. Lakin bir müddət əvvəl o, mövqeyi üçün mübarizəyə hazır olduğunu və bunun üçün bütün mövcud imkanlardan istifadə edəcəyini bəyan etmişdi. Lakin onun siyasi perspektivləri artıq bəll olub — bu məsələdə onun heç bir perspektivi yoxdur.

Xəbər lenti
0