BAKI, 12 may — Sputnik. Braziliya prezidenti Dilma Rousseff senatda etimadsızlıqla bağlı səsvermənin yekununu gözləmədən, Prezident Sarayındakı şəxsi əşyalarının daşınması barədə göstəriş verib.
Sputnik RİA-ya istinadən xəbər verir ki, ölkə parlamentinin yuxarı palatasında söz alan 35 senatordan 28-i artıq Prezidentin, 180 gün tutduğu vəzifədən uzaqlaşdırılmasını istəyib. Bu təklifin qəbul edilməsi üçün 41 senatorun lehinə səs verməsi lazımdır.
Braziliya prezidentinin "Planalto" sarayında "Palacio de la Alvorrada" iqamətgahındakı müxtəlif rəsm əsərləri, bəzək əşyaları Rousseffə məxsusudur. Bu gün senat Prezidentin impicmentinin lehinə səs verərsə, o zaman Rousseff azı yarım ilə sarayı tərk edə bilər.