BAKI, 12 may — Sputnik. Braziliya prezidenti Dilma Rousseff, Konqresin yuxarı palatası Senatda keçirilən səsvermə nəticəsində müvəqqəti olaraq vəzifədən alınıb. Sputnik Anadolu agentliyinə istinadən xəbər verir ki, Rousseff-in 180 gün müddətinə tutduğu vəzifədən azad edilməsi ilə bağlı səsverməni 81 senatordan 55-i dəstəkləyib.
Prezident büdcə kəsirini saxlamaq üçün maliyyə qaydalarını pozmaqda təqsirləndirilir. Sessiya, 70-dən çox senatorun söz almaq istəməsi səbəbilə təxminən 20 saat davam edib. Prezident Rousseff, mühakimə olunacağı 180 gün müddətinə öz yerini müavini Michel Temer-ə verib.