Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

90 yaşlı "Dinamo"nun idmançıları qızıl medallara layiq görüldülər

© Farida AzizovaFəridə Əzizova
Fəridə Əzizova - Sputnik Azərbaycan
Abunə olmaq
Fəridə Əzizova: "Dinamo cəmiyyətinin idmançısı olduğuma görə fəxr edirəm. Medal üçün hər kəsə təşəkkürümü bildirirəm. Məhz belə diqqətlər bizi daha da çox uğur qazanmağa ruhlandırır"

BAKI, 13 may-Sputnik. "Dinamo" bədən tərbiyəsi və idman cəmiyyətinin yaranmasının 90 illiyi münasibətilə Azərbaycanda fəaliyyət göstərən "Dinamo" klubunu təmsil edən peşəkar və nəticə göstərən idmançılar, idman ustaları mükafatlandırılıb.

Yeniyetmələr arasında kikboksinq döyüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Övladlarımızı fəlakətə sürükləyirik

Sputnik xəbər verir ki, Azərbaycanın gənc və peşəkar idmançıları "Dimamo hərəkətində misilsiz nailiyyətlər və xüsusi töhfəyə görə" gızıl medallarla təltif olunublar. Mükafatçılar arasında Dünya və Avropa çempionları — taekvandoçular Fəridə Əzizova və Məhəmməd Məhəmmədov da var.

Gənc və peşəkar idmançılarımız belə mükafat almalarına sevindiklərini dilə gətiriblər. Fəridə Əzizova Sputnik-ə bildirib ki, aldığı mükafat onu daha da uğur qazanmağa ruhlandırır: "Dinamo cəmiyyətinin idmançısı olduğuma görə fəxr edirəm. Medal üçün hər kəsə təşəkkürümü bildirirəm. Məhz belə diqqətlər bizi daha da çox uğur qazanmağa ruhlandırır".

© SputnikTaekvandoçu Fəridə Əzizovanın aldığı mükafat
Taekvandoçu Fəridə Əzizovanın aldığı mükafat  - Sputnik Azərbaycan
Taekvandoçu Fəridə Əzizovanın aldığı mükafat

Xəbər lenti
0