Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Bürünc ili”nin qızıl oğlanları: İlahidən fitri istedad olan hücumçu

© Photo : Официальный сайт клуба ветеранов ДинамоЮрий Кузнецов, ветеран азербайджанского футбола
Юрий Кузнецов, ветеран азербайджанского футбола - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan futbolunun inkişafında Yuri Kuznetsovun xidmətləri çox yüksəkdir. Kuznetsov SSRİ-nin ən yaxşı mərkəz hücumçusu adlandırıldı və “Neftyanik”ə qayıtdıqdan sonra doğma komandasının gələcək yüksəlişi üçün çox şey etdi, o cümlədən məşqçi olaraq.

BAKI, 29 apr — Sputnik. 1964-cü ildə yüksək liqanın heyətində artıq 17 klub daxil idi. Gördüyümüz kimi onların sayı azalmışdı. Bununla yanaşı daha bir yenilik tətbiq olundu: orta təhsili olmayan oyunçular çempionatda iştirak edə bilməzdilər.

Adamas Qolodets oyunlarını başa vurdu və dərhal Ələkbər Məmmədovun köməkçisi oldu. Məmmədov isə mövsümü dəyişikliklərlə açmağa qərar verdi: o radikal surətdə heyəti gəncləşdirmək qərarına gəldi, baxmayaraq ki, Kuznetsov və Qolodets bu təşəbbüsün vaxtından əvvəl irəli sürüldüyünü hesab edirdilər. Buna baxmayaraq, komandanın heyətində Kramarenko, Abdullayev, Boqdanov, Bruxti, Zabrodin, Banişevski peyda oldu. Ümumiyyətlə bu mövsümü komanda pis keçirmədi. 

1965-ci il mövsümünü "Neftyanik" Moskva "Torpedo"su (yeri gəlmişkən, həmin il ölkə çempionu oldu) üzərində parlaq qələbə ilə başladı — 3:0. Lakin sonradan ayrı-ayrı qələbələrlə növbələnən acınacaqlı məğlubiyyətlər zolağı başladı. Komandanın məşqçisi Ələkbər Əmiroviç Məmmədovun komandanın formalaşması prosesinə müdaxilə edən və növbəti oyunların heyətinin təyin olunmasını nəzarət altına alan idmanın "böyük" rəhbərləri ilə münasibətləri alınmırdı. Komandanın ikinci dövrədə uğursuzluqları davam edəndə, oyunçuların narazılığına baxmayaraq, "Neftyanik"də rəhbərlik dəyişikliyi baş verdi. Bakılılar Moskvaya "Spartak"la oyuna gəldikdən sonra elan olundu ki, baş məşqçi əməkdar idman ustası Vasili Sokolov təyin edilib. Bundan sonra “Neftyanik” daha 14 xal topladı və nəticədə 11-ci yeri tutdu. Turnir cədvəlində bu mövqeni tutmasına baxmayaraq, mətbuat Bakı klubunu perspektivli komandalardan biri hesab edirdi. 

Заслуженный мастер спорта Алекпер Мамедов - Sputnik Azərbaycan
İDMAN
"Bürünc" ilinin qızıl oğlanları: San-Siro onu ayaq üstdə alqışlayırdı

Bu mövsümün sonunda “Neftyanik” klubunun inkişafında xidmətləri danılmaz olan Qolodets və Kuznetsov Moskvaya getdilər. Birinci “Lokomotiv”in ikinci məşqçisi olan Qolodets getdi. Yuri Kuznetsova gəlincə, o, birinci dövrənin sonunda çıxışlarını dayandırdı. Azərbaycan KP MK-nın katibi Əmirovun müdaxiləsindən sonra Kuznetsova Respublika İdman komitəsinin futbol üzrə baş məşqçisi postu təklif edildi və perspektivdə şöbə açılması söz verildi. İlin sonunda o Moskvaya məzuniyyətə getdi və orada paytaxt “Dinamo”sunun məşqçisi olmağa razılıq verdi. “Neftyanik”in ikinci məşqçisi postuna Qolodetsin əvəzinə Əhməd Ələsgərov təyin edildi. 

Yuri Kuznetsov

Yuri Kuznetsovun Azərbaycan futbolunun inkişafındakı rolu çox yüksəkdir. 2 avqust 1931-ci ildə Bakıda anadan olan bu adlı-sanlı futbolçunun bütün həyatı doğma şəhərinə sevgi ilə keçib. 

Kuznetsov böyük futbola "Ehtiyat əmək qüvvələri"nin yeniyetmələr komandasında Bakı çempionatında çıxış etməklə başlayıb. Daha sonra Kirovabadda (Gəncə) Bədən Tərbiyəsi texnikumunda oxuyub və yerli “Dinamo”da oynayıb. 1952-1955-ci illərdə Bakı “Neftyanik”inin “B” sinif komandasında oynayıb. 1954-cü ilin sonlarında Kuznetsov Hindistana təlim-məşqə və oyunlara yola düşən yığma komandanın tərkibinə daxil edildi. Əlavə edək ki, Kuznetsov “B” sinfində oynayaraq yığmaya götürülən ilk futbolçu idi. 

1955-ci ilin əvvəllərində o, Moskva “Torpedo”sunda oynamaq təklifi alır, lakin burada oynamaqdan imtina edir və doğma Bakıya qayıdır. Amma avqustda Moskvadakı yüksək dairələrin təzyiqi ilə paytaxt “Dinamo”suna gedir. Azərbaycan futbolunun yetirmələri Yuri Kuznetsov və Ələkbər Məmmədov bu adlı-sanlı Moskva klubunun hücum duetini təşkil edirdilər.

1960-cı ildə Alik və Yura (əməkdar idman ustalarınını hər ikisini belə çağırırdılar) Moskvadan doğma Bakıya, “Neftyanik”ə qayıtdılar. Burada onlara daha bir "texnikalı oyunçu", Adamas Qolodets də qoşuldu. O Moskva “Dinamo”sundan sonra iki mövsümü Kiyev “Dinamo”sunda keçirmişdi və 58-59-cu illərdə bu komandada ən yaxşı bombardir idi. Budur, “Neftyanik” Moskvaya gəlir, Lujnikdə “Spartak”la oynayır və elə oynayır ki, uduzan spartakçıların azarkeşləri qonaqları alqışlarla müşayiət edirlər. SSRİ-nin idman ictimaiyyəti bakılıların, xüsusilə də Kuznetsov-Məmmədov cütlüyünün oyununa heyran olur. 

Ön sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxti, Sergey Kramarenko və komandanın rəhbəri Şövkət Orduxanov - Sputnik Azərbaycan
İDMAN
Bürünc ilin qızıl oğlanları: Stalin bu məğlubiyyəti ona bağışlamadı

Yuri Konstantinoviçi şəxsən tanımaq mənə nəsib olmayıb, amma Ələkbər Əmiroviç həmişə xüsusi hərarətlə öz tərəf müqabilini xatırlayırdı və onu böyük futbolçu kimi qeyd edirdi. Məmmədov “Spartak”la olan məşhur matçı xatırlayaraq deyirdi ki, bakılılar 2:1 hesabı ilə qalib gəlmişdilər, amma oyun “Neftyanik”in böyük üstünlüyü ilə keçmişdi. "Oyundan sonra Sergey Salnikov (o, onda “Spartak”da oynayırdı) yanımıza gəldi, bizi təbrik etdi və dedi ki, biz sanki tele və ya radio proqramları üçün yazılmış incəsənət ustalarının konsertini göstərmişik. Bu Salnikovun sözləri idi, o, futbolun gözəlliyinin nə olduğunu bilirdi!" – deyə Ələkbər Əmiroviç bildirdi.

Hər iki futbol sehrbazının idman tərcümeyi-halında məşhur faktlar var idi. Alik Məmmədov 55-ci ildə unudulmaz matçını İtaliya “Milan”ına qarşı (4:1) keçirmişdi (biz bu barədə artıq sizə danışmışıq), o ikinci hissədə italyanlar 1:0 irəlidə olanda onların qapısına 4 qol vurmuşdu. 

Yuri Konstantinoviçin 59-cu mövsümünü xüsusilə qeyd etmək lazımdır. Təəssüf ki, Kuznetsov aldığı travma səbəbindən öz oyununu tam göstərə bilmirdi. Bu mövsümdə o, çempionatın cəmi altı oyununda oynaya bildi. Amma elə oynadı ki, bu oyunlarda 5 qol vuraraq təkcə qızıl medal almadı (baxmayaraq ki, vacib oyunların heç yarısında oynamamışdı), həm də 1 nömrəli mərkəz hücumçusu kimi “33 ən yaxşı” futbolçu siyahısına düşdü. Təsəvvür edin ki, cəmi altı matçda oynayan Kuznetsov SSRİ-nin ən yaxşı mərkəz hücumçusu adına layiq görüldü!. Bu onu göstərir ki, Azərbaycanın dəri top ustası necə yüksək səviyyəli futbolçu olub. Zədələr bütün karyerası ərzində Kuznetsovu rahat buraxmırdılar. Lakin, buna baxmayaraq, “Neftyanik”ə qayıtdıqdan sonra doğma komandasının gələcək yüksəlişi üçün çox şey etdi, o cümlədən məşqçi olaraq. 

© Photo : Официальный сайт клуба ветеранов ДинамоЮрий Константинович Кузнецов
Юрий Константинович Кузнецов - Sputnik Azərbaycan
Юрий Константинович Кузнецов

Kuznetsovu “Dinamo”ya məşqçiliyə dəvət edəndən sonra o, Moskvaya daimi yaşamağa köçdü, amma heç vaxt öz doğma şəhəri ilə əlaqəni üzmədi. O, tez-tez küləklər şəhərinə gələrək gənc futbolçularla görüşürdü. Onun Ələkbər Məmmədovla münasibətləri isə ayrıca söhbət mövzusudur. Bu iki böyük Azərbaycan futbolçusu həmişə ölkənin özlərindən sonrakı dəri top ustaları nəsilləri üçün nümunə olublar. 2014-cü il Ələkbər Məmmədova düşmədi – o, 84 yaşında bizi tərk etdi. Belə alındı ki, onun birlikdə möcüzəvi oyunları ilə minlərlə futbol azarkeşini öz alqışları ilə stadionu silkələməyə vadar etmiş yaxın dostu da bu dünyanı 84 yaşında tərk etdi. 

4 mart 2016-cı ildə bütün postsovet məkanının idman ictimaiyyəti arasında belə bir kədərli məlumat yayıldı – 85 yaşına bir neçə ay qalmış böyük Yuri Kuznetsov həyatdan getdi. Biz unudulmaz “bürünc il”in daha bir qızıl oğlanını itirdik.

Müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti
0