CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarix bu sirri hələ kimsəyə açmayıb

Abunə olmaq
Başı göylərə çatmasa da, "göylərə baş çəkən" bu dağın adını bütün Azərbaycan eşidib. Onu fəth etməyə çalışanlar çox olub, yüksəkliyini ölçməyə çalışanlar da...

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 29 apr — Sputnik. Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ olan Göyəzən Qazaxın ən hündür dağı deyil, amma rayonun rəmzidir. Əvvəlcə nənə və babalarımızdan eşitdiyimiz, sonra Səməd Vurğunun uşaqdan tutmuş böyüyə qədər hamının dilinin əzbəri olan "Yadıma düşdü" qoşmasından oxuduğumuz kimi, "göylərə baş çəkmir", amma əzəmətli görünür.

Bürc qalası - Sputnik Azərbaycan
Şimal sərhədlərimiz belə qorunurdu - 1500 il əvvəl...

Haqqında müxtəlif rəvayətlər gəzən dağın sirri açılmasa da, şairlər görkəmini tərif edib, rəssamlar tablosunu işləyib, səyyahlar adını tutub, el basa-basa tamaşasına gəliblər. Bu nadir geoloji təbiət abidəsi təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlib. Yer səthindən hündürlüyü 250 metrdir, diametri isə 130 metrdən çoxdur.

Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir, görənləri heyrətə salır. Mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə, Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Yerli sakinlər buranı "dünyanın mərkəzi" hesab edirlər. Ətəyindəki dağdağan ağacı ziyarətgaha çevrilib.

İkinci "Göyəzən" də var

Zirvəsi nisbətən düzənlik olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilib. Dibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar, yağış suyunu yığmaq üçün anbarlar var.

Üstündə quyu olduğu deyilir, onun vasitəsilə altındakı yeraltı yola enə biliblər. Həmin yolla Coğaz çayının kənarına çıxırmışlar. Ölkənin əksər bölgələrində olduğu kimi, Göyəzən dağının başında da "Koroğlu" qalası var. Hətta, tarixçilər ehtimal edirlər ki, monqollar Azərbaycana ikinci yürüşləri zamanı dağın ətəyində məskən salıblar.

Zirvəsi nisbətən yastıdır. Qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Dağın orta hissəsindəki "Aydınlıq" deyilən yerdən Tovuza qədər ərazini müşahidə etmək mümkün olub. Yeri gəlmişkən, Tovuz rayonunun Bala Şamlıq kəndində də, şiş qayalardan biri "Göyəzən" adlanır.

Göyü fəth edən

Tədqiqatçı alim Sədnik Paşayevin topladığı əfsanələr kitabında yer alan məşhur əfsanələrdən birində deyilənə görə, dağın arxa hissəsində, sıldırım qayanın ortasında içi qızıl dolu mağara var. 1980-ci illərdə bir erməni alpinist iki dəfə gəlib, mağaraya düşüb, amma əfsanədə sözü keçən qızılları tapmayıb, qayıdıb.

Göyəzən dağının adı IX əsrə aid gürcü mənbələrində "Kavazin" deyə qeyd olunub. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki "kava" (qaya, sıldırım) və "sın, sin" (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Dildən-dilə gəzən söhbətlərdə dağın adını "göz əzən", yəni "göyü fəth edən" kimi yozurlar. Mütəxəsislər hədsiz poetik olduğu üçün bu adın sonradan yerli sakinlər, ya şairlər tərəfindən uydurulduğunu ehtimal edirlər; çünki dağlarımızın heç birinin adı şairanə deyil.

Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər, yozmalar var. Misal üçün, kənd sakinlərinin danışdığı saysız rəvayətlərdən biri belədir ki, guya dağın döşündə düşmənləri bir qadını öldürüblər, ondan sonra adı "kuhi zənan" qalıb. İnsanlar fars dilindən tərcümədə "qadın dağı" mənasını verən söz birləşməsinin sonradan təhrif olunduğunu iddia edirlər.

Adın mənası nədir?

Ağstafa rayonu ərazisində yerləşən Balabəyin evi - Sputnik Azərbaycan
CƏMİYYƏT
200 illik tarixi abidə ətrafında müəmma

Alpoud kənd sakini, şair Səhlədar Hidayətoğlu bu yozum ilə razı deyil. Deyir ki, türklərin yaşadığı ərazidə dağın adının fars dilində olması heç bir məntiqə sığmır: "Şəxsən mən "kuhi zənan"ı qəbul etmirəm. Türk yaşayan ərazidə dağın adı niyə farsca olmalıdır? Məncə, həqiqətə uyğun deyil. Belə bir versiya da var, deyirlər ki, burada yaşayan aşıqlardan birinin adı "Göy Ozan" olub".

"Dağın ətəyindəki Abbasbəyli kəndində yaşayan bir kişi yazmışdı ki, guya oradan göyə azan verilib, yəni minarə əvəzi istifadə olunub. Fikrimcə, bu da doğru deyil. Ona görə ki, dağın hündürlüyü iki yüz metrdən çoxdur və oradan veriləcək azan əlbəttə ki, eşidilməyəcəkdi. Bu, mümkün deyildi", —deyir Hidayətoğlu.

İxtisasca dilçi olan Səhlədar müəllim uzun zaman bu barədə fikirləşib: "Bir dilçi kimi mənim də bu barədə fikirləşməyə, söz söyləməyə hüququm var. Bizdə bir "özən" sözü var, örüş yerinə deyilir".

"Misal üçün deyirlər, malı ağ özəndə otarma, göy özəndə otar. Dağın şimal tərəfi ilin bütün fəsillərində göy olur, saralmır. Düşünürəm ki, bu variant uyğundur. Hər halda, ümumi qənaətim budur ki, sözün orijinalı təhrif olunub", — həmsöhbətimiz fikriniz yekunlaşdırıb.

© Sputnik / Hikmet OrhunKiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ olan Göyəzən.
Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ olan Göyəzən - Sputnik Azərbaycan
1/8
Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ olan Göyəzən.
© Sputnik / Hikmet OrhunGöyəzən Qazaxın ən hündür dağı olmasa da, rayonun rəmzi hesab olunur.
Göyəzən Qazaxın ən hündür dağı olmasa da, rayonun rəmzi hesab olunur - Sputnik Azərbaycan
2/8
Göyəzən Qazaxın ən hündür dağı olmasa da, rayonun rəmzi hesab olunur.
© Sputnik / Hikmet OrhunBurada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilib.
Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilib - Sputnik Azərbaycan
3/8
Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilib.
© Sputnik / Hikmet OrhunDibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür.
Dibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür - Sputnik Azərbaycan
4/8
Dibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür.
© Sputnik / Hikmet OrhunDağın orta hissəsindəki "Aydınlıq" deyilən yerdən Tovuza qədər ərazini müşahidə etmək olur.
Dağın orta hissəsindəki Aydınlıq deyilən yerdən Tovuza qədər ərazini müşahidə etmək olur - Sputnik Azərbaycan
5/8
Dağın orta hissəsindəki "Aydınlıq" deyilən yerdən Tovuza qədər ərazini müşahidə etmək olur.
© Sputnik / Hikmet OrhunGöyəzən dağının adı IX əsrə aid gürcü mənbələrində "Kavazin" deyə qeyd olunub.
Göyəzən dağının adı IX əsrə aid gürcü mənbələrində Kavazin deyə qeyd olunub - Sputnik Azərbaycan
6/8
Göyəzən dağının adı IX əsrə aid gürcü mənbələrində "Kavazin" deyə qeyd olunub.
© Sputnik / Hikmet Orhun"Avey" dövlət qoruğunun Göyəzən filialı.
Avey dövlət qoruğunun Göyəzən filialı - Sputnik Azərbaycan
7/8
"Avey" dövlət qoruğunun Göyəzən filialı.
© Sputnik / Hikmet OrhunDağın ətəyindəki tənha ağac.
Dağın ətəyindəki tənha ağac - Sputnik Azərbaycan
8/8
Dağın ətəyindəki tənha ağac.
Xəbər lenti
0