CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal sərhədlərimiz belə qorunurdu - 1500 il əvvəl...

© Sputnik / Shahperi AbbasovaBürc qalası
Bürc qalası - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin qalaların üzərinə bürclər qoyulardı. Bürclər üzərində isə nəzarət nöqtələri olurdu. Bu qala, bilavasitə həmin bölgəni müdafiə etmək üçün inşa edilib.

BAKI, 26 apr — Sputnik. Azərbaycanın Şimal — Qərb bölgəsi qədim və orta əsrlər tarixi dövründə özünün bir çox abidələri ilə, o cümlədən qalaları ilə tanınıb. Müxtəlif tarixi dövrlərdə inşa olunan bu qalalar həmin bölgənin tarixinin canlı şahidi kimi çıxış edir.

Ağstafa rayonu ərazisində yerləşən Balabəyin evi - Sputnik Azərbaycan
CƏMİYYƏT
200 illik tarixi abidə ətrafında müəmma

Burada bütün respublika miqyasında tanınan qalalarla yanaşı, yerli əhəmiyyət daşıyan, eyni zamanda hələ də tədqiqini gözləyən qalalar da mövcuddur. Təsadüfi deyil ki, şimal-qərb bölgəsinin, xüsusilə Zaqatala ərazisinin hər guşəsində zəngin mədəniyyət qalıqlarına rast gəlmək olur.

Həmin qalaların əksəriyyəti müdafiə xarakteri daşıyırdı. Bu qalalardan biri də Bürc qalasıdır. Tarixçi Məcid Mehraninin sözlərinə görə, orta əsrlər dövründə tikilmiş müdafiə qalaları "Bürc qalası" adlandırılırdı.

"Çünki həmin qalaların üzərinə bürclər qoyulardı. Bürclər üzərində isə nəzarət nöqtələri olurdu. Bu qala, bilavasitə həmin bölgəni müdafiə etmək üçün inşa edilib", —deyə tarixçi Sputnik-ə açıqlamasında bildirib.

Mehrani onu da qeyd edib ki, bəzi mənbələrdə sözügedən qalanın Sasanilər dövlətinin mövcud olduğu illərdə, yəni, təxminən IV-V əsrlərdə inşa olunduğu deyilir. Bu qalaların əksəriyyətinin, bəzən eni 1,5 metrə qədər, uzunluğu isə 3-4 metrə qədər olub.

© Sputnik / Shahperi AbbasovaBürc qalası
Bürc qalası - Sputnik Azərbaycan
1/3
Bürc qalası
© Sputnik / Shahperi AbbasovaBəzi mənbələrdə bu qalanın təxminən IV-V əsrlərdə inşa olunduğu deyilir.
Bəzi mənbələrdə bu qalanın təxminən IV-V əsrlərdə inşa olunduğu deyilir - Sputnik Azərbaycan
2/3
Bəzi mənbələrdə bu qalanın təxminən IV-V əsrlərdə inşa olunduğu deyilir.
© Sputnik / Shahperi AbbasovaBu qalanı bəzən "Zaqatala səddi" də adlandırırlar
Bu qalanı bəzən Zaqatala səddi də adlandırırlar - Sputnik Azərbaycan
3/3
Bu qalanı bəzən "Zaqatala səddi" də adlandırırlar
1/3
Bürc qalası
2/3
Bəzi mənbələrdə bu qalanın təxminən IV-V əsrlərdə inşa olunduğu deyilir.
3/3
Bu qalanı bəzən "Zaqatala səddi" də adlandırırlar

Bu qalanı bəzən "Zaqatala səddi" də adlandırırlar. Belə ki, Dərbənd səddi şimal hissədən Azərbaycanın bu ərazilərinin müdafiə qalası olduğu kimi, haqqında danışdığımız qala da bu ərazidə dağlıların hücumunun qarşısını almaq üçün tikilib.

Qeyd edək ki, Azərbaycanın Şimal — Qərb bölgəsində bu tipli qalaların sayı çoxdur. Buraya turistlərin cəlb edilməsi regionun iqtisadiyyatına, turizm sektorunun inkişafına təkan verə bilər. Bu səbəbdən, ilk növbədə ərazidə infrastrukturun yaradılmasına, arxeoloji tədqiqatların genişləndirilməsinə, qalada bərpa və konservasiya işlərinin aparılmasına böyük ehtiyac var.

Xəbər lenti
0