CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir ananın duası bu qədərmi keçərliymiş?!

© Sputnik / Ayaz YashilyarpaqSədaqət və Uşarət bacıları
Sədaqət və Uşarət bacıları - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın tez-tez pirlərə, ziyarətgahlara gedərək, dua edirmiş ki, kar, kor, ya lal qız da olsa, övladı olsun. Evliliyin 8-ci ilində ailədə uşaq dünyaya gəlir. İki il sonra biri də doğulur. Hər ikisi qız və hər ikisi lal-kar...

Ayaz YAŞILYARPAQ, Sputnik Azərbaycan

BAKI, 29 apr — Sputnik. Onlar güllə yağışı altında dədə-baba torpaqlarından baş götürüb qaçırdılar. Qəlblərdə viran olan yurd yerinin sızıltısı, gözlərdə müharibənin dəhşətləri, kürəklərə sarınmış körpə uşaqlar, bir evin bir əl çantasına sığacaq qədər yükü, ayaqlar yalın, başlar açıq… Gecənin qaranlığında el Həkəri çayını keçirdi.

Mahrızlı kənd qəbiristanlığındakı dağılmış qəbirlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onları doğulan gündən müharibə təqib edir...

"Ayaq saxla, dövrənə bax, ötəri belə,
Yüz illərdi Araz belə, Həkəri belə,
Axşamların, səhərlərin təkəri belə…"

Arxada göy üzünü qara tüstü bürümüşdü. Suları keçənlər ürəklərində heç vaxt boşalmayacaq dərd aparırdılar…

8 ilin duası ilə doğulan uşaqlar

İmişli şəhərinin Əzizbəyov küçəsindəki "Neftçilər beşmərtəbəsi"ndə məskunlaşan bacılar o müdhiş gecəni xatırlayanda həyəcanlarını boğa bilmirlər. Son vaxtlar cəbhədəki gərginliklə bağlı televiziyadan izlədikləri də onları qorxuya salıb.

Lal və kar olduqlarından, Uşarət və Sədaqətlə loqoped vasitəsilə söhbət edirik. Bəzi hallarda əl işarələrinin izahına ehtiyac qalmır, hər şey, necə deyərlər, üzlərindən oxunur. Yer, şəxs adları və tarixlərlə bağlı suallara Uşarət yazılı cavab verir. O, hələ də kiril əlifbasından istifadə edir. Sədaqət isə yazıb-oxumağı bacarmır.

Onlar Qubadlı rayonunun Muğanlı kəndində doğulublar. Palıd meşəli, vələs, fındıq, əzgil, zoğal, yemişan bağlı, əlik, kəklik, qırqovul, turac quşlu, çay, meşə, bulaq təbiətli bir yerdə. Köçkünlük illərində bu kəndin adamları Bakı, Gəncə, Sumqayıt şəhərləri də daxil, ölkənin onlarla yaşayış məntəqəsinə səpələniblər. "Müvəqqəti" adlandırılan bu məskunlaşma, beləcə 23 ildir, davam edir.

© Sputnik / Ayaz YashilyarpaqSədaqət və Uşarət bacıları.
Sədaqət və Uşarət bacıları - Sputnik Azərbaycan
1/7
Sədaqət və Uşarət bacıları.
© Sputnik / Ayaz YashilyarpaqSədaqət Behbudova.
Sədaqət Behbudova - Sputnik Azərbaycan
2/7
Sədaqət Behbudova.
© Sputnik / Ayaz YashilyarpaqBehbudova Sədaqət Surxay qızının adına verilmiş 9№-li formada arayış.
Behbudova Sədaqət Surxay qızının adına verilmiş 9№-li formada arayış - Sputnik Azərbaycan
3/7
Behbudova Sədaqət Surxay qızının adına verilmiş 9№-li formada arayış.
© Sputnik / Ayaz YashilyarpaqUşarət Behbudova.
Uşarət Behbudova - Sputnik Azərbaycan
4/7
Uşarət Behbudova.
© Sputnik / Ayaz Yashilyarpaqa
Behbudova Uşarət Surxay qızının adına verilmiş 9№-li formada arayış - Sputnik Azərbaycan
5/7
a
© Sputnik / Ayaz YashilyarpaqFiziki məhdudiyyətli qızların qaldıqları ev şəraitsizdir.
Fiziki məhdudiyyətli qızların qaldıqları ev şəraitsizdir - Sputnik Azərbaycan
6/7
Fiziki məhdudiyyətli qızların qaldıqları ev şəraitsizdir.
© Sputnik / Ayaz YashilyarpaqBacıların yaşadığı evin giriş qapısı.
Bacıların yaşadığı evin giriş qapısı - Sputnik Azərbaycan
7/7
Bacıların yaşadığı evin giriş qapısı.
1/7
Sədaqət və Uşarət bacıları.
2/7
Sədaqət Behbudova.
3/7
Behbudova Sədaqət Surxay qızının adına verilmiş 9№-li formada arayış.
4/7
Uşarət Behbudova.
5/7
a
6/7
Fiziki məhdudiyyətli qızların qaldıqları ev şəraitsizdir.
7/7
Bacıların yaşadığı evin giriş qapısı.

Uzun müddət övladı olmadığından anaları Səbirə xanım bacısı oğlu Abışı yanında saxlayıb, böyüdüb. Qadın tez-tez pirlərə, ziyarətgahlara gedərək, dua edirmiş ki, kar, kor, ya lal qız olsa da, övladı olsun. Evliliyin 8-ci ilində behbudovlar ailəsində uşaq dünyaya gəlir. İki il sonra biri də doğulur. Hər ikisi qız, özü də eyni şəkildə fiziki qüsurlu. Sədaqət 1965, Uşarət 1967-ci il təvəllüdlüdür.

Ataları Surxay tikinti idarəsində fəhlə, anaları Səbirə isə şirniyyatçı olub. Onlar həmkəndliləri tərəfindən çalışqan, halal insan kimi xatırlanır. Bağ salıb, ikimərtəbəli ev tikiblərmiş. 1993-cü ildə Qubadlının işğalından sonra ailə isti yuvasından zorən ayrı düşür.

"Atamız ağır yük, anamız isə dərd çəkməkdən öldü"

Köçkünlər bir müddət İmişli şəhərində yerli sakinlərdən birinin evində qalıb. Sonra onları dəmiryolu klubunda yerləşdiriblər. Uşarət xatırlayır ki, quru çörəyə möhtac olduqları o günlərdə ailələrini dolandırmaq üçün atası bazarda araba ilə yük daşıyıb.

Qız kövrəlir: "Atam o qədər zülm-zillət çəkdi ki, axırda tab gətirməyib öldü".

Bu, 1997-ci ildə olub. Anaları illərlə qaraciyər serrozundan əziyyət çəkib və 2004-cü ildə vəfat edib. Hər ikisi İmişlinin Rəsullu kəndindəki el qəbiristanlığında dəfn edilib. Qızlar deyirlər ki, hər bayramda gedib valideynlərinin qəbrini ziyarət edirlər.

Analarının şəklini böyüdüb çərçivəyə salıblar. Hər gün onunla baxışır, xəstələnib yatağa düşəndə portreti sinələrinə sıxır, ümidsiz vaxtlarda ondan kömək istəyirlər. Qızlara elə gəlir ki, analarının ruhu bu evdə dolaşır, hər addımlarına göz qoyur, onlardan muğayat olur. Buna görə "Qaçqınkom" xəttilə dövlət hesabına tikilən evə köçməkdən imtina ediblər.

Bacılara elə gəlir ki, Abış onların qardaşıdır. Köçkünlük bu doğma insanı da onlardan ayrı salıb — hazırda o, ailəsi ilə Sumqayıtda yaşayır. Əvvəllər tez-tez gəlib yoxlayırmış onları. Axır vaxtlar İmişliyə yalnız toy və yas məclislərində iştirak üçün gəlir. Bacılar onun telefon nömrəsi yazılan kağız parçasını üstlərində saxlayır, xəstələnəndə, çətinlikləri olanda qonşulara zəng etdirirlər.

Ucuz başa gəlsin deyə çörəyi özləri bişirirlər

Fiziki məhdudiyyətli qızların qaldıqları ev şəraitsizdir. İçmək və məişətdə istifadə etmək üçün suyu həyətdən 3-cü mərtəbəyə daşıyırlar. Kanalizasiya xətti də çəkilməyib deyə, işlənmiş suyu həm də əllə daşımaq əziyyəti var. Hamam, ayaqyolu da həyətdə, həm də bina sakinlərinin ümumi istifadəsindədir. Bununla belə, evi, üst-başlarını təmiz saxlayırlar. Otaqlardan ikisinin döşəməsi betondur, yalnız birinə taxta vurulub.

Zinaida nənə - Sputnik Azərbaycan
CƏMİYYƏT
İki dinə qulluq edən qadın – gözəgörünməzlə qəribə rabitə

Onlar müstəqil olaraq özləri bazarlıq edir, çay, yemək hazırlayırlar. Ucuz başa gəlsin deyə, çörəyi elektrik sobasında bişirirlər. Məişət əşyalarının çoxu, üzərinə "USA", "USAID" yazılan karton qutular içərisinə yığılıb. Humanitar təşkilatlarla yanaşı, ayrı-ayrı xeyirxah insanlar da xəstə qızlara vaxtaşırı yardım göstərirlər.

Çoxları onlara sadəcə xəstə insan kimi yanaşır. Daha bilmirlər ki, iç dünyalarında nə qədər böyük sevgi və yanğı var. Bəlkə bu amnsız müharibənin ən günahsız qurbanları da onlar hesab olunmalıdır — niyə bu vəziyyətə düşməliydilər, kimə nə pislik ediblər axı?…

Başları üstündə quş yuva qurub

Giriş qapılarının başı üstündə bir quş yuva qurub. Bunu sevinclə bizə göstərib deyirlər ki, o, hürkməsin deyə, qapını yavaşca açıb-örtürlər. Bala çıxaranda blokun açıq pəncərəsi önünə çörək qırıntıları tökürlər ki, ana balalarını yedirdə bilsin.

Bu, onlara doğuluduqları, boya-başa çatdıqları evi, uşaqlıqda gördüklərini xatırladır. Bacılara elə gəlir ki, evləri hələ də qoyub gəldikləri vəziyyətdə qalıb: "Yəqin indi orada daha çox quş yuva qurar. Axı biz çıxandan sonra ev boş qaldı. Görəsən o quşlar nə tapıb yeyir?".

Xəbər lenti
0