CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzalı yataqxanaların sakinlərinə ayda 250 manat kirayə pulu ödəniləcək

© Sputnik / Fuad HasanovKaktus restoranının yanında yerləşən qəzalı yataqxana
Kaktus restoranının yanında yerləşən qəzalı yataqxana - Sputnik Azərbaycan
Abunə olmaq
Sakin Orxan Məsimov: 14-18 kvadratlıq evlərdə qalırdıq. Yeni binalar hazır olandan sonra bizi minimum 40 kvadratlıq evlərlə təmin edəcəklər.

BAKI, 27 apr — Sputnik. Şərifzadə küçəsi, Kaktus restoranının yanında yerləşən 4 mərtəbəli "xruşovka"lar və yataqxana tipli binaların söküntüsünə başlanılıb. Hazırda 1 binada söküntü işləri tam başa çatıb. Ərazidə hasara alma işləri gedir.

Sputnik-in əməkdaşı sözügedən ərazidə müşahidələr aparıb.

“Tağıyev kombinatının yataqxanasının” uçması. FH yerindən kadrlar - Sputnik Azərbaycan
VİDEO
“Tağıyev kombinatının yataqxanasının” uçması. Hadisə yerindən kadrlar
Sözügedən binalar qəzalı vəziyyətdə olduğu və yaşayış standartlarına cavab vermədiyi üçün sökülür. Keçirdiyimiz sorğudan aydın oldu ki, sökülən binaların yerində 16 mərtəbəli yeni binalar inşa ediləcək. 

Bəs evləri sökülən sakinlər harada qalacaqlar, onların aqibəti necə olacaq? Suala evləri sökülən vətəndaşların özləri cavab veriblər. Aspirant yataqxanası adlanan binada yaşadığını deyən Orxan Məsimov, yeni binalar hazır olanadək kirayə evə köçəcəklərini deyib:

"Dövlət sağ olsun, yardımını bizdən əsirgəmədi. 14-18 kvadratlıq evlərdə qalırdıq. Yeni binalar hazır olandan sonra bizi minimum 40 kvadratlıq evlərlə təmin edəcəklər. Ona qədər də müvəqqəti kirayə evlərdə qalacağıq. Bunun üçün bizə hər ay 250-300 manat pul da ayırıblar".

O.Məsimovun dediyinə görə, yaxın 10-15 gün ərzində yaşadığı yataqxananı da sökməyə başlayacaqlar.

© Sputnik / Fuad HasanovHazırda bir binada söküntü işləri tam başa çatıb.
Hazırda bir binada söküntü işləri tam başa çatıb - Sputnik Azərbaycan
1/5
Hazırda bir binada söküntü işləri tam başa çatıb.
© Sputnik / Fuad HasanovƏrazidə hasara alma işləri gedir.
Ərazidə hasara alma işləri gedir - Sputnik Azərbaycan
2/5
Ərazidə hasara alma işləri gedir.
© Sputnik / Fuad HasanovBinalar qəzalı vəziyyətdə olduğu və yaşayış standartlarına cavab vermədiyi üçün sökülür.
Binalar qəzalı vəziyyətdə olduğu və yaşayış standartlarına cavab vermədiyi üçün sökülür - Sputnik Azərbaycan
3/5
Binalar qəzalı vəziyyətdə olduğu və yaşayış standartlarına cavab vermədiyi üçün sökülür.
© Sputnik / Fuad HasanovSökülən binaların yerində 16 mərtəbəli yeni binalar inşa ediləcək.
Sökülən binaların yerində 16 mərtəbəli yeni binalar inşa ediləcək - Sputnik Azərbaycan
4/5
Sökülən binaların yerində 16 mərtəbəli yeni binalar inşa ediləcək.
© Sputnik / Fuad HasanovƏrazidə binalar və yataqxanalarla yanaşı həyət evləri də çoxdur.
Ərazidə binalar və yataqxanalarla yanaşı həyət evləri də çoxdur - Sputnik Azərbaycan
5/5
Ərazidə binalar və yataqxanalarla yanaşı həyət evləri də çoxdur.
1/5
Hazırda bir binada söküntü işləri tam başa çatıb.
2/5
Ərazidə hasara alma işləri gedir.
3/5
Binalar qəzalı vəziyyətdə olduğu və yaşayış standartlarına cavab vermədiyi üçün sökülür.
4/5
Sökülən binaların yerində 16 mərtəbəli yeni binalar inşa ediləcək.
5/5
Ərazidə binalar və yataqxanalarla yanaşı həyət evləri də çoxdur.

Söküntüsü başa çatan 4 mərtəbəli "xruşovka"da qaldığını söyləyən taksi sürücüsü Səlim Eyvazov da hökumətə minnətdarlığını bildirib:

"Bina hazır olana qədər aylıq 250 manat kirayə pulu verəcəklərini dedilər. Biz də razı olduq. Yetər ki, normal evimiz olsun. Müvəqqəti kirayədə qalmağa razıyıq".

Hazırda ərazidə işləyən fəhlələrdən tikinti işinin nə vaxt bitəcəyini soruşduq. Onlar müddət barədə dəqiq bir söz deyə bilməyəcəklərini söyləyiblər.

Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda 96 ailə ölüm təhlükəsi altındadır
Bakı Şəhər İcra hakimiyyətindən Sputnik-ə bildiriblər ki, yeni binaların inşasının nə vaxt başa çatacağı və sakinlərin yeni mənzillərə nə vaxt köçəcəyi barədə dəqiq müddəti açıqlamağa çətinlik çəkirlər. 

Həmin əraziyə yaxın, Kaktus restoranının sol tərəfində də qəzalı vəziyyətdə olan binalar, yataqxanalar var. Sakinlər Sputnik vasitəsilə dövlətə öz mesajlarını çatdırıblar:

"Əlbəttə eyni vaxtda bu qədər binanı sökmək, əvəzində yenisini tikib vətəndaşlara vermək çətindir. Lakin çox xahiş edirik, yolun o biri tərəfində iş başa çatandan sonra buranı da nəzərə alsınlar. Çünki bizim mənzillərdə də vəziyyət yaxşı deyil. Çoxu qəzalıdır" — deyə, Kamil Məmmədov bildirib.

Qeyd edək ki, yolun solunda yerləşən bu ərazidə binalar və yataqxanalarla yanaşı həyət evləri də çoxdur.

Xəbər lenti
0