CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?

© Sputnik / Ilham MustafaDaşkəsən şəhərinin girişi
Daşkəsən şəhərinin girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Daşkəsəndə qəbiristanlıq yoxdur. Burada dünyasını dəyişənlərin böyük əksəriyyəti, 40 km məsafə qət edilərək, Gəncə şəhərində dəfn edilir. Səbəbi isə ilgincdir...

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 25 apr — Sputnik. İlk dəfə bu məlumatı eşidəndə açığı çox təəccübləndim. Necə ola bilər ki, onminlərlə əhalisi olan bir şəhərdə qəbiristanlıq olmaya? Bu xəbərin ardınca getdiyim yerə çatanda isə, artıq heç bir təəccübüm qalmadı. Hətta bura hansı səbəbdən gəlməyim belə, yaddan çıxdı.

Buna səbəb isə, qarşımda açılan əsrarəngiz mənzərə və buranın gördüyüm yerlər içində ən qeyri-adisi olması idi. Qısası, bura Daşkəsəndir. Azərbaycanda ən yüksəkdə ərazidə yerləşən rayon məkəzlərindən biri.

Stalinin Qax rayonunun Əlibəyli kəndindəki heykəli - Sputnik Azərbaycan
Stalinin hələ də "yaşadığı" yeganə kənd - bura Azərbaycandır

Şəhər insanda dünyanın ən yüksək yeri olması təsəvvürü yaradır. Hündür dağlar üzərində göyə ucalan rəngarəng binalar isə Daşkəsənə xüsusi bir əzəmət verir. Şəhərin girişində, külüngünü göyə qaldıraraq dayanan Fərhad heykəli, sanki Daşkəsəni bəd niyyətlərdən qoruyur.

Doğrusu, məkanın təsirindən çıxıb özümə gələndə isə, ilk ağlıma gələn — "bəlkə də burada ölən olmur deyə, qəbirsanlıq da yoxdur" fikri oldu. Lakin şəhərin girişi də qarşıma çıxan Şəhidlər Xiyabanı bu firki yarıda qoydu. Demək, Əzrayıl nə qədər unutmuş yer olsa da, ermənilərin təcavüzü nəticəsində, vətənimizin istənilən bölgəsi şəhadətdən öz "payına düşəni" alıb.

Daşkəsəndə yas mərasimində olarkən şahidi olduğu bir hadisə yadıma düşdü. Mərasimdə, kişili-qadınlı, cavanlı-qocalı hər kəs mollaya yaxınlaşıb pul verərək, şəhidlərimizin, xüsusilə rayon şəhidlərinin ruhuna "Yasin" oxutduğu barədə danışmışdı bir qohumum. Bu hadisə daşkəsənliərin şəhidlərə hörmətinin digər bölgələrə də örnək olası bir təcəssümüdür, zənnimcə.

© Sputnik / Ilham MustafaDaşkəsən şəhərinin girişi.
Daşkəsən şəhərinin girişi - Sputnik Azərbaycan
1/6
Daşkəsən şəhərinin girişi.
© Sputnik / Ilham MustafaQoşqar dağı
Qoşqar dağı - Sputnik Azərbaycan
2/6
Qoşqar dağı
© Sputnik / Ilham MustafaŞəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir.
Şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir - Sputnik Azərbaycan
3/6
Şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir.
© Sputnik / Ilham MustafaDaşkəsən şəhərinin mərkəzi meydanı.
Daşkəsən şəhərinin mərkəzi meydanı - Sputnik Azərbaycan
4/6
Daşkəsən şəhərinin mərkəzi meydanı.
© Sputnik / Ilham MustafaDaşkəsəndən bir mənzərə
Daşkəsəndən bir mənzərə - Sputnik Azərbaycan
5/6
Daşkəsəndən bir mənzərə
© Sputnik / Ilham MustafaŞəhidlər xıyabanı
Şəhidlər xıyabanı - Sputnik Azərbaycan
6/6
Şəhidlər xıyabanı
1/6
Daşkəsən şəhərinin girişi.
2/6
Qoşqar dağı
3/6
Şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir.
4/6
Daşkəsən şəhərinin mərkəzi meydanı.
5/6
Daşkəsəndən bir mənzərə
6/6
Şəhidlər xıyabanı

Şəhərə hələ girməmiş yol üzərində polis şöbəsinin yerləşməsi də təəccübümə səbəb oldu. Lakin sakinlərlə söhbətdən məlum oldu ki, şəhərin bir girişi olduğu kimi çıxışı da birdir. Yəni şəhərə girən hara gedirsə getsin, yenə qayıdıb bu yoldan çıxmalıdır. Yerlilərin isə bir-birinə pislik etmək kimi bir fikri yoxdur, deyir daşkəsənlilər. Mərkəzi Heydər Əliyev prospekti ilə irəlilədikcə, növbə ilə avtovağzal, bazar, sonra isə, xəritədə ana yolun ətrafında salxım söyüdü xatırladan şəhər gəlir.

Qayıdaq əsas məsələyə. Söhbətləşdiyim sadə daşkəsənlilər gəlişimin səbəbilə bağlı müxtəlif fikirlər söylədilər. Məlum oldu ki, nəinki Daşkəsən, həmçinin ətraf bir neçə qəsəbədə də qəbiristanlıq yoxdur. "Bəs ölüləri harda dəfn edirsiniz?" sualına belə cavab aldım ki, burada dünyasını dəyişənlərin böyük əksəriyyəti, 40 km məsafə qət edilərək, Gəncə şəhərində dəfn edilir, digər qismi də ətraf kəndlərdə.

Daşkəsənlilərin bəziləri məsələnin heç fərqinə varmayıblar, bunun sanki, bir yazılmamış qanun olduğunu düşünürlər. Ümumilikdə, sakinlərlə söhbətdə məlum oldu ki, daşkəsənlilər Gəncəyə ikinci doğma şəhərləri kimi baxırlar. Hətta buradakı insanların bir qisminin Gəncədə evləri də var.

Gəncə şəhərində adı dillərə dastan olan Butulka ev - Sputnik Azərbaycan
Görənləri heyrətə salan ev - bura Azərbaycandır

Məsələ ilə bağlı rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevlə əlaqə saxladıq. Məlum oldu ki ərazi yüksək dağlıq və torpağın alt qatının qayalıq  olması səbəbindən  qəbir yerlərinin qazıntısı çətinlik törədir. Bu səbəbdən də əhali ölülərini dəfn etmək üçün   ya yaxın kəndlərə yaxud da Gəncəyə aparır.

Şəhərdə olarkən diqqətimi çəkən başqa bir məqam da oldu. Belə ki, nə qədər çətin relyefinin olmasına baxmayaraq, şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir. Bu da təbii ki, sakinlər qədər məni də sevindirdi…

Xəbər lenti
0