Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dolları "məngənəyə salmaq" daha böyük fəlakətlərə səbəb ola bilər

© Sputnik / Murad OrujovABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bank valyuta hərraclarının sayını azaldaraq, həftədə bir dəfəyə salmaq istəyir. Bəzi ekspertlər xarici valyutaya olan tələbin inzibati yollarla aşağı salınmasını təhlükəli tendensiya hesab etsələr də, bunu əksini düşünənlər də var.

BAKI, 20 apr — Sputnik. Mərkəzi Bank (MB) daxili bazarda xarici valyutaya cari tələbatın kəskin azalması səbəbindən, müntəzəm keçirdiyi valyuta satışı hərraclarının həftəlik sayını bir dəfəyədək azalda bilər. Mərkəzi Bank bu həftədən etibarən valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. MB valyuta hərraclarına bu ilin yanvarın 13-dən başlayıb və bu, valyuta bazarının tənzimlənməsi məqsədi daşıyır.

Manat, dollar, rubl - Sputnik Azərbaycan
TƏHLİL
Manatı yenidən ağır günlər gözləyir

Qeyd edək ki, dünən Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və cəmi 19,9 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılıb.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, hərracların azalması bir daha sübut edir ki, iqtisadi kateqoriyalara görə məzənnə müəyyən olunmur. "Məzənnə inzibatidir və məzənnənin müəyyən olunması üçün əsas mexanizmlərdən biri hərraclardır. Hərraclar azaldırılırsa və yaxud formal xarakter daşıyırsa, deməli Mərkəzi Bank məzənnəni ancaq inzibati yolla tənzimləməyi düşünür. Əslində bu, gələcəkdə ciddi problemlər yarada bilər", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bankların əlində manatla vəsait yoxdur: "Çünki, Mərkəzi Bank manat dövriyyəsini kifayət qədər sıxıb, təqribən 2 dəfə aşağı salıb. Keçən ilin müvafiq dövründə təqribən 12 milyard manat dövriyyədə var idi isə, indi 6 milyard manata düşüb. Bunun da səbəbi onunla bağlıdır ki, Mərkəzi Bank manata olan təzyiqləri müəyyən qədər azaltmağı düşünürdü".

"Amma buna müəyyən dərəcədə nail olsa da, iqtisadi aktivliyə ciddi zərbə vurdu. İqtisadi aktivlik getdikcə daha çox zəyifləyib. Əgər Mərkəzi Bank bu siyasəti davam etdirməyi düşünürsə, müəyyən mənada məzənnəni stabil saxlamağa nail ola bilər", — iqtisadçı vurğulayıb.

O, əlavə edib ki, hərracların azalması da buna xidmət edə bilər: "Amma bu, ümumiyyətlə, iqtisadiyyatımıza və ölkədəki iqtisadi aktivliyə, insanların gəlirlərinin azalmasına, ticarət dövriyyəsinin azalmasına səbəb olacaq. Bu, daha böyük fəsadlar törədəcək. Təəssüf ki, ancaq məzənnə ilə bağlı müəyyən addımlar atılır, amma ümumi makroiqtisadi göstəricilərə mənfi təsir göstərməsi nəzərə alınmır".

Ekspert hesab edir ki, əslində xarici valyutaya tələbin azalması yaxşı hal deyil: "Çünki, xarici valyutaya tələb azalıbsa da, bu o deməkdir ki, xarici ticarət dövriyyəsi azalıb. Dövriyyə azalıbsa, iqtisadi aktivlik azalıb. Bunların hamısı iş yerlərinin itirilməsinə və gəlirlərin azalmasına gətirib çıxarır".

Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Dolların 1.50 həddindən aşağı düşməsi hökumətə sərf etmir"

İqtisadçı-ekspert Nicat Hacızadənin qənaətincə isə, hərracların sayının azalmasının müsbət cəhəti odur ki, manat möhkəmlənir. "Bu da qarşıdakı müddətdə manata inamın bir qədər də bərpası deməkdir", o, Sputnik-ə açıqlamasında deyib.

Digər tərəfdən, mütəxəssisin fikrincə, vətəndaşlar demək olar ki, əvvəlki zamanlardakı kimi dollar almağa meyil göstərmirlər: "Mərkəzi Bank da görür ki, kommersiya banklarına dolların satışı azalıb, xarici valyutaya tələb azalıb, ona görə də hərracların azalması başa düşüləndir".

"Bu da tənzimlənən məsələdir. Ola bilər, gələcəkdə hərracların sayı yenə artsın, mümkündür ki, yenə azalsın. Bu dəyişkənliyin də iqtisadiyyata hansısa mənfi təsir göstərəcəyini düşünmürəm", —deyə ekspert bildirib.

Xəbər lenti
0