Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kürdlərin əsas hədəfi

© Sputnik / Fuad HasanovƏlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru
Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğanla Əsəd eyni masa arxasında oturmayanadək, Yaxın Şərq hələ uzun müddət kataklizmlər məngənəsində çalxalanaçaq. Hər halda hazırki mənzərə bu pessimist proqnozu verməyin əsasını təşkil edir.

Əlimusa İbrahimov,
Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru,
Politoloq

BAKI, 18 apr — Sputnik. Müxtəlif mənbələrin verdiyi məlumata görə bu gün Türkiyə, Suriya, İraq və İranda 25-30 milyon kürd yaşayır. Bu əhali çoxlu müxtəlif siyasi, hərbi və yarımhərbi birliklər arasında bölünüb (PKK, PYD, YPG, KDP, KNG, PUK və sair). Bu birlik və partiyaların bəziləri müstəqil Kürdüstan dövlətinin yaranması, digərləri isə mövcud sərhədlər daxilində geniş səlahiyyətlərə malik Kürd avtonomiyasını yaratmaq uğrunda mübarizə aparırlar. Onların bu mübarizələrinə son illər Yaxın Şərqi caynağına almış İŞİD güclərinə qarşı mübarizə də əlavə olunub.

Kürdüstan lideri Məsud Bərzani - Sputnik Azərbaycan
TƏHLİL
"İraq kürdləri Türkiyəni İrana dəyişməyəcəklər"

Bilindiyi kimi, kürd qüvvələri İŞİD-lə mübarizədə ön cəbhədə vuruşur. Səddam Hüseynlə müharibə dövründə beynəlxalq güclərin İraqda apardıqları kampaniyaya qoşulan İraq kürdləri verdikləri qurban və göstərdikləri cəsarət müqabilində İraq sərhədləri daxilində öz avtonom dövlətlərini yaratmaq imkanı ilə mükafatlandırıldılar (KRG). Bu hadisə digər ölkələrdə yaşayan kürdlər üçün presedent rolunu oynamağa başladı.

Suriyada yaşayan və ümumi əhalinin 10 faizini təşkil edən kürdlər baş verən qarışıqlıqdan istifadə edərək 2013-cü ilin noyabr ayında birtərəfli olaraq ölkənin şimal-şərqində avtonom zona yaratmaq haqqında qərar qəbul etdilər. Ərazi Cəzirə, Kobani və Afrin şəhərlərini əhatə edirdi və buranı kürdcə qərb mənasını verən Rojava da adlandırırdılar.

Suriya kürdlərinin bu təşəbbüsü dünya ictimaiyyəti tərəfindən istədikləri rezonansı doğura bilmədi. Çünki bu dövrdə aparıcı dövlətlər güclənməkdə və qırğınlarının şiddətini gündən-günə artırmaqda olan İŞİD-ə qarşı mübarizə, İraqda baş verən bölücülük tendesiyalarının güclənməsi və İran nüvə məsələsi ilə ciddi məşğul idilər.

2014-cü ilin sentyabrında baş verən Kobani hadisələri Rojava mövzusunu gündəmə qaytardı. Diqqət növbəti dəfə bu istiqamətə yönəldi və belə demək mümkünsə, Kobani hərəkata yeni impuls verdi. AKP hakimiyyətinin Kobanini azad etmək üçün azacıq tərəddüd etməsi qisa müddət sonra Türkiyədə baş verən parlament seçkilərində özünü göstərdi.

Federasiya haqqında söhbətlər yenidən fevrala ayında gündəmə gəldi. Bu zaman ABŞ-ın Dövlət Katibi Con Kerri "parçalanma Suriya üçün "B" planı ola bilər" ifadəsini işlətmişdi. Bu ideya elə həmin ay Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun dilindən daha da genişləndirilərək "federalizm Suriya üçün mümkün ola biləcək həll variantıdır" formasını aldı.

Hadisələrin bu istiqamətdə inkişafı ərəb dünyasının ciddi etirazına səbəb oldu. Suriya müxalifət qüvvələrinin nümayəndəsi Riad Hijab Ərəb dövlətlərinin bu hadisəyə münasibətini ifadə edərək dedi ki, "bu ümumiyyətlə qəbuledilməzdir".

Burada regionun aparıcı dövlətləri olan Türkiyə və İranın münasibətini xüsusilə qeyd etmək lazımdır. Təbii ki, bu dövlətlər heç zaman belə bir ideyanın reallaşmasına razılıq verməyəcək və sona qədər Suriyanın bütövlüyünun tərəfdarı olaraq qalacaqlar. Bu dövlətlər Suriyanın parçalanması və yeni bir kürd dövlətinin yaradılmasını haqlı olaraq özləri və bütünlüklə region üçün ciddi təhlükə hesab edirlər.

Bütün bunlara baxmayaraq, Suriya kürdləri görünür, öz müstəqillik ideyalarından əl çəkmək fikrində deyillər. Rusiya qoşunlarının bir hissəsini Suriyadan çıxarmaq haqqında qərar qəbul etdikdən sonra Suriya kürdləri yenidən mövzuya qayıdaraq elan etdilər ki, Rojava bölgəsi federal sistem elan etməyə hazırlaşır.

Növbəti dəfə Suriyanın federallaşmasının əleyhinə olanlar buna tərəfdar olanlara qarşı arqumentləri irəli sürməyə başladılar. Suriya İnqilab Gücləri Milli koalisiyasının başçısı Anas al-Abda Londonda nəşr olunan Al-Hayat qəzetinə müsahibəsində demişdi: "Suriya inqilabının əsas məqsədlərindən biri Suriya torpağı və millətinin birliyinin qorunmasıdır. Bunu təhlükəyə sala biləcək istənilən addım qəbuledilməzdir". O, həmçinin federalizmin elan edilməsinin bu vaxta təsadüf etməsini Cenevrədə aparılan danışıqlar prosesinə sobataj kimi qiymətləndirmişdir.

Zərdüşt Əlizadə - politoloq - Sputnik Azərbaycan
TƏHLİL
"Böyük Kürdüstan təhlükəsi Türkiyə ilə İranı yaxınlaşdırır"

Suriyanın federallaşmasının tərəfdarlarından biri də uzun müddət Türkiyədə eyni məqsəd uğrunda mübarizə aparan və bütün dünya dövlətləri tərəfindən terror təşkilatı kimi qəbul edilən PKK-dır. PKK və onunla sıx əməkdaşlıq edən PYD məhz Suriya daxilində Kürd dövlətinin özləri üçün məqbul variant olduğunu ifadə edirlər. Başda ABŞ olmaqla digər aparıcı dövlətlərin də indiki halda yeni bir Kürd dövləti, yaxud Suriyanın federallaşması istiqamətində təşəbbüslərə münasibəti birmənalı olaraq mənfidir. Hamı bu ideyaya yeni gərginlik ocağı kimi baxır.

Bütün bunlara baxmayaraq, fakt faktlığında qalır — Surya kürdləri yaranmış situasiyadan istifadə edərək nə vaxtsa bütöv olan Suriya torpalarının bir hissəsini nəzarət altına alaraq, öz dövlətlərini elan etmək. Onlar bu istiqamətdə irəliləyir və ərazilərini genişləndirirlər. Kürd məsələləri üzrə tanınmış mütəxəssis Şvan Zulal bildirir ki, bu gün PYD və YPG-ni əldə etdikləri torpaqlardan çıxarmaq çox çətin olacaq. Əsəd və Ərdoğan onlara qarşı birləşməsə, bu, mümkün deyil.

Göründüyü kimi, Əsəd və Ərdoğanın bir masa arxasında oturacağı da real deyil. Deməli Yaxın Şərq hələ uzun müddət kataklizmlər məngənəsində çalxalanaçaq. Hər halda bu günkü mənzərə bu pessimist proqnozu verməyin əsasını təşkil edir.

Xəbər lenti
0