Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Böyük Kürdüstan təhlükəsi Türkiyə ilə İranı yaxınlaşdırır"

© Photo : STRZərdüşt Əlizadə - politoloq
Zərdüşt Əlizadə - politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Zərdüşt Əlizadə: "Ankara ilə Tehran arasında etibarlı əməkdaşlıq yaranarsa, Türkiyə bundan xeyli qazanc əldə edə bilər. Ankaranın geostrateji əhəmiyyəti də arta bilər"

BAKI, 3 mart — Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu martın 4-də İrana səfər edəcək. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirlikdən məlumat verilib.

Politoloq Zərdüşt Əlizadə Sputnik-ə açıqlamasında Türkiyə Baş nazirinin Tehrana səfərinin son dərəcə önəmli olduğunu deyib: "Türkiyə və İran rəsmiləri müzakirələr aparıb Yaxın Şərqdəki böhranın ümumi həllinə çalışmalıdır. İstər Suriya, İraq və kürd məsələsi olsun, istərsə də iqtisadi əlaqələrlə bağlı ciddi danışıqlar olacağını gözləyirəm".

Вице-премьер Грузии, министр энергетики Каха Каладзе - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İran qazı baha olduğundan, Gürcüstan yenə Azərbaycana üz tutdu

Tehrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra İranın dünya ilə əlaqələrində yeni mərhələ başladığını qeyd edən siyasi şərhçinin sözlərinə görə, Ankara ilə Tehran arasında etibarlı əməkdaşlıq yaranarsa, Türkiyə bundan xeyli qazanc əldə edə bilər: "Türkiyənin geostrateji əhəmiyyəti də arta bilər".

İranın Suriya və İraqda əsas oyunçulardan olduğunu xatırladan politoloqun sözlərinə görə, Qərb ölkələri Yaxın Şərq layihəsi çərçivəsində bölgədə böyük Kürdüstan dövləti yaratmaq istəyir: "Bu dövlət İsrailin tərəfdaşı kimi nəzərdə tutulub. Böyük Kürdüstan ərazisinin bir hissəsi də İran torpaqlarında planlaşdırılıb. Bu da Türkiyə və İranı yaxınlaşmağa, birgə maraqlarda birləşməyə məcbur edir".

Xəbər lenti
0