Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ siyasi elitası Türkiyə və Azərbaycana mənfi münasibət bəsləyir

Vaşinqton
Vaşinqton - Sputnik Azərbaycan
Abunə olmaq
İqor Pankratenko: İlham Əliyevin Vaşinqton sammitinə çağırılması, Azərbaycanın regionda nüvə təhlükəsizliyi ilə bağlı rolunun tanınması deməkdir.

BAKI, 30 mar — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona gedib. Sputnik bu səfəri qiymətləndirmək, Azərbaycanın bu tədbirdə iştirakının onun regionun nüvə təhlükəsizliyində rolu ilə bağlı olub-olmadığını aydınlaşdırmaq üçün xarici siyasət üzrə aparıcı ekspertlərə müraciət edib.

"Öz-özlüyündə nüvə dövləti olmayan ölkənin prezidentinin bu tədbirə çağırılması Azərbaycanın regionda bu rolu oynamasının tanınması deməkdir" — deyə şərqşünas İqor Pankratenko əminliklə bildirib.

Onun fikrincə, baxmayaraq ki, Amerika isteblişmenti Türkiyə və Azərbaycana həmişə neqativ münasibət bəsləyir, onlar bu gün artıq qəbul edirlər ki, Ankara olmadan Yaxın Şərq və Mərkəzi Asiyanın, Azərbaycan da olmadan Qafqaz və Xəzəryanının regional siyasəti yoxdur.

Buna görə də, ekspert hesab edir ki, burada söhbət təkcə nüvə təhlükəsizliyindən getmir, həm də regional və subregional təhlükəsizlikdən gedir.

"Mən hesab edirəm ki, Azərbaycan prezidenti Türkiyə tərəfinin və digər müttəfiqlərinin dəstəyi ilə bu tədbiri bütövlükdə regionu təhdid edən Metsamor AES-lə bağlı məsələni qaldırmaq üçün meydan hesab edir", — deyə o, bildirib.

Vladimir Putin və Barak Obama - Sputnik Azərbaycan
RUSİYA
Putin Vaşinqton sammitini niyə boykot etdi?

Öz növbəsində politoloq, Qloballaşma və Sosial Hərəkat İnstitutu Beynəlxalq Siyasətin Təhlili Mərkəzinin rəhbəri Mixail Neyjmakov qeyd edib ki, yaxın vaxtlara qədər atom sahəsində Azərbaycanı və onun yaxın qonşularını narahat edən əsas məsələ İranın nüvə proqramı idi.

Ekspertin fikrincə, İİR-ə qarşı beynəlxalq təzyiqlərin yumşalması o demək deyil ki, Vaşinqton bu məsələni heç vaxt xatırlatmayacaq.

"Görünür, Tehran sammitə atom təhlükəsizliyi ilə bağlı dəvət olunmayıb. Hər halda son aylarda İrana nüvə proqramı ilə bağlı deyil, raket proqramı ilə bağlı iradlar bildirilmişdi. Hər halda sammitdə Tehranla haqqında bu kontekstdə daha çox danışılacaq", — deyə o, bildirib.

Sputnik-in həmsöhbəti bununla belə qeyd edib ki, Azərbaycan postsovet məkanına daxildir. Və artıq bu gün bir sıra Ukrayna mənbələri qeyd edirlər ki, Pyotr Poroşenko sammitin gedişində Rusiyanı Krımda atom silahı yerləşdirmək planlarına görə ittiham edəcək.

Neyjmakovun sözlərinə görə, sammitə ev sahibliyi edən ABŞ iştirakçı-ölkələrin mövzudan kənara çıxmasını qətiyyən istəməyəcək.

Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının baş direktoru Lora Holqeyt bu sammiti məhz "məsuliyyətli diskussiyalar üçün meydan" adlandırıb.

Politoloqun fikrincə, sammitdə ilk öncə KXDR mövzusu, həmçinin, atom obyektlərinin, texnologiyalarının və materiallarının İslam terrorçularından qorunması məsələsi müzakirə olunacaq.

"Doğrudur, bu kontekstdə Cənubi Qafqazı da xatırlamaq olar. Regionda atom obyekti — Ermənistan (Metsamor) AES var. Amma yenə də sammitin ev sahibini xatırlayaq — o, istəməyəcək ki, diskussiyalar daha çox lokal məsələlərə həsr olunsun", — deyə o bildirib.

Zərdüşt Əlizadə - politoloq - Sputnik Azərbaycan
TƏHLİL
"Vaşinqton sammitindən heç bir ciddi qərar gözləmirəm"
Neyjmakov onu da qeyd edib ki, atom təhlükəsizliyinə dair sammitlər heç də həmişə təkcə öz rəsmi mövzusuna həsr olunmur. Misal üçün, 2014-cü ildəki analoji tədbirdə Ukrayna ətrafındakı situasiya müzakirə olunmuşdu. Bu yaxınlarda Barak Obama birbaşa bəyan etdi ki, bu tədbirdə "İslam dövləti"nə qarşı "qüvvələri birləşdirməyi" müzakirə edəcəklər.

Ekspert həmçinin hesab edir ki, ABŞ prezidenti özünün İslam dünyasından olan köhnə tərəfdaşları ilə münasibətlərdə soyuqluq nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda The Atlantic-ə verdiyi müsahibədə Amerika lideri İslam fundamentalistlərinin Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilməsinə toxunub. Əgər ABŞ köhnə müttəfiqləri ilə məsafə saxlayırsa, onda müvəqqəti olsa da yaranmış "tərəfdaşlıq vakkumu"nu doldurmaq lazımdır.

Sputnik-in həmsöhbəti hesab edir ki, Vaşinqton Böyük Yaxın Şərqin digər ölkələrinə fəal şəkildə nəzər yetirə bilər. Eyni zamanda Azərbaycana da. Ola bilsin, Vaşinqton bu istiqamətdə sınaq addımlarını elə sözügedən sammitdə atacaq.

Xəbər lenti
0