Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Vaşinqton sammitindən heç bir ciddi qərar gözləmirəm"

© Photo : STRZərdüşt Əlizadə - politoloq
Zərdüşt Əlizadə - politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Zərdüşt Əlizadə: "Bu yığıncaq qərarverici formatda deyil. Nə BMT-dir, nə NATO, nə də Avropa Birliyi. Bu, müxtəlif çəkili siyasi xadimlərinin fikir mübadiləsi aparacağı toplantıdır"

BAKI, 29 mart — Sputnik. "Vaşinqton sammitində ciddi qərarların çıxması mümkün deyil". Bunu Sputnikə açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq Sammitdən gözləntiləri şərh edən Z. Əlizadə, yığıncağın qərarverici formatda olmadığını söyləyib: Onun sözlərinə görə, nə Suriya məsələsində, nə İraq və Ukrayna, nə də Qarabağla bağlı heç bir məsələdə yenilik gözlənilmir.

"Bütün məsələlərin, kökü, tərkibi, qüvvələr nisbəti, iştirakçıların mövqeləri, hər şey bəllidir. Heç bir sahədə yenilik gözləmirəm", —deyib politoloq.

O, əlavə edib ki, burada yalnız nüvə təhlükəsizliyi sahəsində ümumi fikirlər səslənəcək: "Amma heç bir qərar qəbul edilməyəcək. Çünki bu yığıncaq qərar verilən formatda deyil. Nə BMT-dir, nə NATO-dur, nə də Avropa Birliyidir. Bu, müxtəlif çəkili siyasi xadimlərinin fikir mübadiləsi aparacağı toplantıdır".

Politoloq hər hansı ciddi qərarların çıxması üçün dövlətlərin vahid mövqedə olmasının önəminə diqqət çəkib: "Dünya siyasətində yenilik ancaq o zaman gözləmək olar ki, vahid mövqedə birləşən ölkələr bir araya gəlsin. Məsələn NATO. Çox mühüm məsələlər üzrə vahid mövqeyə malik dövlətlərin yığıncağında hansısa bir yenilik, yeni mövqe ilə bağlı qərar verilə bilər. Amma bu qədər müxtəlif növ dövlətlərin başçılarının görüşündə hər hansı ciddi qərarların verilməsi, hansısa bir dönüş gözlənilən deyil".

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
TƏHLİL
Okeanın o tayında Azərbaycan üçün hansı mesajlar hazırlanıb?

Nüvə təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq Sammitə Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub. Əliyevi amerikalı həmkarı Barak Obama şəxsən dəvət edib.

Sammitdə nüvə təhlükəsizliyi ilə yanaşı, İŞİD-lə mübarizə də əsas gündəlikdə olacaq. Barak Obama bildirib ki, dünya liderlərinin Vaşinqtonda bir araya gəlməsindən istifadə edib, İŞİD-ə qarşı mübarizədə səylərin birləşdirilməsinə nail olmaq niyyətindədir.

Nüvə təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq Sammitdə Avropa İttifaqı ölkələri, Çin, Türkiyə, Azərbaycan, Ukrayna, Ermənistan və digər dövlətlərin liderləri iştirak edəcək.

Xəbər lenti
0