Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Vaşinqton sammitini niyə boykot etdi?

© Sputnik / Aleksey Nikolskyi / Mediabanka keçidVladimir Putin və Barak Obama
Vladimir Putin və Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi: "Moskva nüvə təhlükəsizliyi ilə bağlı məsələlərin öyrənilməsinin ümumi və birgə səylər, eləcə də qarşılıqlı maraqların və mövqelərin nəzərə alınmasını tələb etdiyini düşünür"

BAKI, 30 mart — Sputnik. "Rusiya tərəfdaşlarıyla qarşılıqlı əlaqələrin azlığına görə Nüvə Təhlükəsizliyi Sammitində iştirakdan imtina edib". Sputnik Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Zərdüşt Əlizadə - politoloq - Sputnik Azərbaycan
TƏHLİL
"Vaşinqton sammitindən heç bir ciddi qərar gözləmirəm"

"Nüvə təhlükəsizliyi məsələsi çox aktualdır. Bununla belə, rəsmi Moskva nüvə təhlükəsizliyi ilə bağlı məsələlərin öyrənilməsinin ümumi və birgə səylər, eləcə də qarşılıqlı maraqların və mövqelərin nəzərə alınmasını tələb etdiyini düşünür", — deyə Peskov bildirib.

IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart — 1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək. Daha əvvəl sammitlər Vaşinqton, Seul və Haaqada keçirilib. Sammitdə iştirak etmək üçün dəvət alanlar sırasında Azərbaycan Prezidenti İlham Əliyev də var.

Xəbər lenti
0