Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Mərkəzi Asiyanın lider dövləti parlamentli respublikaya keçə bilər

© news.gazeta.kzQazaxıstan parlamenti
Qazaxıstan parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanda keçirilmiş seçkiləri müşahidə edən azərbaycanlı politoloq: "Bunun nə zaman və necə baş verəcəyi bilinmir amma istisna olunmur ki, müəyyən vaxtdan sonra bu keçid baş versin"

Mərkəzi Asiyanın lider dövləti parlamentli respublikaya keçə bilər
Martın 20-də Qazaxıstanda Milli Parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilər keçirilib. Hakim "Nur Otan" partiyasının sədri Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, tədricən islahatlar həyata keçirməklə, qanunlar qəbul etməklə demokratiya istiqamətində irəliləyirlər.

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, hakim "Nur Otan" partiyası 82, 15 faiz, "Ak jol" demokratik partiyasi 7,18 faiz, "Kommunist Xalq"partiyası isə 7, 14 faiz səs toplayıb.

Qazaxıstanda keçirilən parlament seçkiləri ilə bağlı Sputnik-in suallarını seçkilərdə müşahidəçi qismində iştirak edən politoloq İlqar Vəlizadə cavablandırıb.

- İlqar müəllim, Qazaxıstanda baş tutan seçkilər haqqında sizin bir müşahidəçi kimi fikrlərinizi bilmək istərdik…

— Qazaxıstan da Azərbaycan kimi öz regionunda lider ölkə sayıla bilər. Çünki, Qazaxıstan büdcəsi Mərkəzi Asiya regionunun ümumi büdcəsinin yarısından çoxunu təşkil edir. Bu ölkədə hər hansı siyasi hadisə baş verirsə, bu, ümumilikdə həmin regiona təsir edir. Qazaxıstanın Azərbaycanla oxşar cəhətlərindən biri də ondan ibarətdir ki, orada da aparıcı siyasi qüvvə olaraq "Nur Otan" partiyası çıxış edir. Eyni ilə "Yeni Azərbaycan" partiyası kimi, o partiyanın da sədri mövcud prezidentdir. 

Bu seçkilərdə parlamentdəki kürsülərin əksəriyyətini "Nur Otan" partiyası qazandı. Digər iki partiya "Ak jol" və "Kommunist Xalq" partiyası müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. Bunu da qeyd edim ki, orada parlament seçkiləri, bizdən fərqli olaraq proporsional qaydada keçirilir. Yəni Azərbaycandan fərqli olaraq, orada müstəqil deputatlar yoxdur. Bizdə parlament seçkiləri majoritar qaydada keçirildiyi üçün, parlamentdə yerlərin xeyli hissəsi müstəqil deputatlarındır. Onlarda elə deyil, seçkilər fərdlər yox, partiyalar arasında keçirilir. 

Центр Астаны, Казахстан - Sputnik Azərbaycan
SİYASƏT
Qazaxıstan parlamentində üç partiya olacaq

Seçki prosesi ərzində baş verən qanunsuzluqlar haqqında ölkə prokrorluğu dərhal tədbirlər görürdü. Mən müşahidəçi qismində Prezidentin səsverməsində iştirak edirdim. Səsvermədən sonra prezident Nazarbayev öz çıxışında belə bir maraqlı fikir bildirdi ki, "bu seçkilər Qazaxıstanın gələcəkdə parlamentli respublikaya keçidinə imkan yaradır". Yəni bununla bağlı Qazaxıstanın siyasi rəhbərliyi məsləhətləşmələr aparır. Bu nə zaman və necə olacaq, bilinmir, amma istisna olunmur ki, müəyyən vaxtdan sonra bu keçid baş versin.

- ATƏT və AŞPA müşahidəçiləri bildirirlər ki, Qazaxıstanda keçirilən seçkilər demokratik prinsiplərə cavab verməyib. Rəsmi Astana isə seçkilərin demokratik və şəffaf keçirildiyi qənaətindədir. Bəs, siz bu ziddiyyətli fikirlərlə bağlı nə deyə bilərsiz?

— Mən AŞPA-dan olan müşahidəçilərin keçirdiyi mətbuat konfransında da iştirak etmişəm və onların iradlarını dinləmişəm. Onlar deyirlər ki, azad seçki mühiti tam təmin olunmayıb. Çünki, partiyalara rəqabət aparmaq üçün eyni dərəcədə imkan yaradılmayıb. Sözsüz ki, burada həm obyektiv, həm də subyektiv səbəblər var. Obyektiv səbəblər ondan ibarətdir ki, dövlət başçısının sədrlik etdiyi partiya o biri partiyalardan güclü olar. Qazaxıstanda əldə olunan bütün nailiyyətləri Nazarbayevin adı ilə bağlayırlar. Bu isə insanların münasibətlərinə təsir göstərir. Biz insanlarla danışarkən onlar deyirdilər ki, "biz müəyyən olunmuş liderin arxası ilə daha sərbəst gedə bilərik, nəinki, qeyri-müəyyən hansısa lider, yaxud partiyanın arxasınca".

Central Downtown Astana, Kazakhstan - Sputnik Azərbaycan
Parlamenti buraxmağın Qazaxıstan yolu

Avropalı müşahidəçilər bir şeyi də irad tuturdular ki, partiyaların platformasında siyasi amillər azdır, daha çox onlar iqtisadi amillərdən istifadə edirdilər. Bu da daha çox ölkənin özünəməxsus xüsusiyyətidir. Bu ölkə aşağı düşən neft gəlirlərinə baxmayaraq, sosial-iqtisadi proqramları həyata keçirməyə çalışır. Belə vəziyyətdə isə təkcə hakim partiya yox, bütün partiyalar secicilərin diqqətini bu məsələlərə yönəltməyə çalışırlar. Bununla onların rəğbətini qazanmağa çalışırdılar. Yəni burada qeyri-adi bir şey yox idi. Qazaxıstanda insanlar siyasi məsələlərə sosial-iqtisadi prizmadan yanaşırlar. Qərb nümayəndələrinin Qazaxıstana baxışıları bir az fərqlidir. Çünki onlar öz aspektlərindən çıxış edirlər. Avropa demokratiyası baxımından Qazaxıstan seçkilərinə yanaşırdılar. Avropalılar üçün insanların seçkiyə ailə ilə gəlməsi çox maraqlı idi. Onlar üçün maraqlı idi ki, niyə seçkiyə ailə ilə gəlirlər. Bu o ölkənin yerli xüsusiyyətləri ilə bağlı ola bilər. Tutaq ki, oradan çıxıb qonaq gedə bilərdilər, Novruz bayramı idi. Yaxud da gəzintiyə çıxa bilərdilər. Biz bunu normal qəbul edirdik, çünki bizdə də təxminən eyni prosseslər gedir. Avropada isə səsvermə hqüuqu olmayan kimsənin seçkiyə gəlməsinə adət etməyiblər. Orada seçkiyə yalnız səsvermə hqüuqu olanlar gəlir.

- Qazaxıstan həyata keçirdiyi iqitsadi-siyasi islahatlar baxımından digər post-sovet ölkələri üçün nümunə ola bilərmi?

— Hesab etməzdim. Yenə də deyirəm, hər ölkənin özünün spesifik xüsusiyyətləri var. Onların öz seçki ənənələri var. Əgər söhbət seçki sistemindən gedirsə əlbəttə biz kor-koranə Qazaxıstan təcrübəsini götürüb istifadə edə biləmərik. Amma, eyni zamanda hansısa elementlər var ki, ona doğurdan da təcrübə olaraq istinad edə bilərik. Əsas məsələ bundadır ki, Qazaxısatan da Azərbaycan kimi neft hasil edən ölkədir və orada da əsas prioritet ondan ibarətdir ki, əldə olunmuş stabillik və sosial-iqtisadi dinamikanı bu və ya digər şəkildə qoruyub saxlasınlar. Siyasi prosseslər də buna kömək etməlidir. Bu ölkədə seçkilər bu və ya digər şəkildə insanların firavan yaşamasına kömək eləməlidir. Şərt o deyil ki, hansı prinsip tətbiq olunur. Əsas şərt odur ki, seçici bu sistemdən razı qalsın və maksimum yararlana bilsin.

Xəbər lenti
0