SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxıstan parlamentində üç partiya olacaq

© Flickr / Ken & NyettaЦентр Астаны, Казахстан
Центр Астаны, Казахстан - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən ali qanunvericilik orqanında üç siyasi partiya təmsil olunacaq.

BAKI, 21 mart Sputnik. Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən ali qanunvericilik orqanında üç siyasi partiya təmsil olunacaq.

Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, hakim "Nur Otan" partiyası 82, 15 faiz, "Ak jol" demokratik partiyasi 7,18 faiz, kommunist partiyası isə 7, 14 faiz səs toplayıb.
Seçkilərdə seçicilərin 75 faizdən çoxu iştirak edib.

Qazaxıstanda 9840 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.
Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparıb.

Xəbər lenti
0