Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Müğənnidən dini ekspert kimi istifadə etmək olarmı?

© Photo : Ekrem HəsənovƏkrəm Həsənov, ilahiyyatçı-alim
Əkrəm Həsənov, ilahiyyatçı-alim - Sputnik Azərbaycan
Abunə olmaq
Müxtəlif ziyalı təbəqələr, islam dini sahəsində saçını, saqqalını ağardan din mütəxəssisləri, dinlə heç bir əlaqəsi olmayan ziyalı təbəqə bunu birmənalı şəkildə pisləyir. Mediada dini mütəxəssis olmayan insanların dindən danışmaları heç bir çərçivəyə sığmır.

İslam dininə görə özünü müsəlman hesab edən hər bir şəxs öz dinini elmi şəkildə öyrənib əməl etməlidir. Belə olduqda təkcə fərdi olaraq yox, cəmiyyət halında vətəndaşlarımız maariflənər və öz dinlərini yaşayıb, yaşadarlar.

Bu gün islam dini haqqında cəmiyyətimiz kifayət qədər maariflənməyə doğru gedir. Cəmiyyətimizin qarışıq məzhəblərdə və müxtəlif ölkələrin təzyiqləri sayəsində islamı elmi şəkildə öyrənib yaşaması və yaşatması çox normal haldır. Xüsusilə ayrı-ayrı sənət sahiblərinin islamı öyrənməsi, digər şəxslərə öyrətməsi qaçınılmazdır.

Hacı Şahin Həsənli - ilahiyyatçı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Din xadimi qonşu ölkələrin müsəlmanlarına çağırış etdi

Ancaq bu gün efirlərdə, kütləvi-informasiya vasitələrində müğənnilərin, aktyor və aktrisaların, hüquqşünasların islam dini üzrə mütəxəssis kimi müxtəlif mövzularda izah verməsi, dini ekspert kimi suallara cavab verməsi nə islam dininin qanunlarına görə, nə də dünyəvi qanunlarımıza görə icazəli deyil. Bunun niyəsini isbat etmək üçün müxtəlif misallar verməyi zəruri hesab etmirəm.

Ancaq birini qeyd edim ki, düşünün, bir ilahiyatçı, ilahiyat üzrə rəsmi danışmağa səlahiyəti olan şəxs, ya hüquqi məsələlərdən, ya riyazi məsələlərdən, ya ixtisasına uyğun olmayan başqa sahələrə aid danışsa, öz sahəsini tərk edib başqa bir sahə ilə əlaqədar müəyyən məsələlərdə rəy versə, fikir bildirsə, bu halda cəmiyyət tərəfindən normal qarşılanmaz.

Eyni ilə efirlərdə müğənnilərin dini ekspert kimi müxtəlif məsələlərdən danışması bütün qanun və qaydalara ziddir. Müxtəlif televiziya verlişlərində müğənnilər, ayrı-ayrı sənət sahibləri verliş aparıcıları tərəfindən dini ekspert kimi təqdim oluna bilməz. Belə hallara yol vermək həmin televiziya rəhbərliyinin, həmin verlişin aparıcılarının səriştəsizliyini göstərir. Belə hallara yol verən müxtəlif televiziya, radio rəhbərləri, o efirlərdə digər sahələrin mütəxəssislərini dini ekspert kimi qələmə verən şəxslər nə etdiklərinin fərqinə varmalıdırlar.

Müxtəlif ziyalı təbəqələr, islam dini sahəsində saçını, saqqalını ağardan din mütəxəssisləri, dinlə heç bir əlaqəsi olmayan ziyalı təbəqə bunu birmənalı şəkildə pisləyir. Mediada dini mütəxəssis olmayan insanların dindən danışmaları heç bir çərçivəyə sığmır.

Bir neçə ay bundan əvvəl adını qeyd etmək istəmədiyim televiziya kanalında cinlərlə bağlı mövzu açılmışdı. Həmin ərəfədə bəzi gənc ilahiyatçı dostlarım mənə mesajla yazıb bildirdilər ki, bəzi televiziya kanalları efirə dini savadı olmayan və dinlə əlaqəsi olmayan şəxsləri dini ekspert kimi dəvət edirlər. Mən bildirdim ki, bu məsələlər bizim səlahiyyətimizdə deyil. Bu işlərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğul olmalıdır. Akadmeik səviyyədə təhsili, dini elmi savadı olan ilahiyatçıları, ilahiyat sahəsində mütəxəssis olan elm adamlarını efirlərə dəvət edib dini ekspert kimi təqdim etməli, onlar da dinə aid müxtəlif məsələlərdən bildikləri qədər cəmiyyəti məlumatlandırmalıdırlar.

Bu məsələdə təkcə bir tərəf günahkar deyil, bütün tərəflər günahkardır. Çünki televiziya rəhbərləri bu məsələdə elm müəssisələrindən və dini cavabdehliyi olan dövlət qurumlarından dini ekspert tələb etməli, yaxud da elmi olan rəsmi ilahiyyat mütəxəssisləri özləri müxtəlif kanallara müraciət etməlidirlər. Bunlar heç biri olmadığı üçün müğənnilər efirlərdən cəmiyyətə din dərsi verirlər və heç də cəmiyyət bunu normal qəbul etmir. Əksinə belə hallar ictimai qınağa səbəb olur.

Əkrəm Həsənov-İlahiyyatçı-alim - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müğənniyə "şəhid" demək Allahın şəhidlərinə qarşı haqsızlıq, İslama görə günahdır
Müxtəlif ticarət və iaşə yerlərində fəaliyyət göstərən müsəlman mağazalarında disklər, faydalı söhbətlər və dərslər yığışdırırlır. Heç bir televizor ekranında dinimizi öyrənməyimiz üçün ən azı 20 dəqiqəlik bir veriliş getmir. Müxtəlif mövzular açılır, efirlərə müğənnilər dəvət olunub onlardan dini ekspert kimi istifadə olunur. Bu, sadəcə biabırçılıqdır. Dəyərli televizor avadanlıqları və alətləri, bütün güclü texniki cihazlar və radio dalğaları yalnız və yalnız müğənniləri reklam edir. İnsanları Allahın yolundan yayındırmaq üçün müxtəlif boş-boş verilişlər yayımlayır. Bu cəmiyyət də bu uçurumun tam astanasında onları müzakirə edir, onlardan danışır və onlara baxırlar.

Mediadan bunu soruşanda bəzi mediada çalışan gənc dostlarımız bizə bildirirlər ki, tələbat nəyədirsə, istehsal da odur. Tələbat müğənnilər olduğu üçün, qeyd edirlər ki, "biz də daha çox müğənniləri efirlərə dəvət edirik". Bizi səhv anlamayın. Mən demirəm müğənnilər efirlərə dəvət olunmasın. Dəvət olunsun, çünki onsuz da onlara baxan az da olsa, vaxtının qədrini bilməyən şəxslər var. Mən demirəm, onların disklərini almasınlar, Allah təalanın "Qurani-Kərim"də bildirdiyi kimi, boş-boş sözləri satın alanlar çoxdur, müğənnilərin diskləri kifayət qədər satılır, satılsın, ancaq efirlərdə müğənnilər dini eskpert kimi cəmiyyətə dindən dərs verməsinlər. Müğənni dinə aid müxtəlif mövzulardan dini ekspert kimi danışmasın. Çünki bir çox gənclərimiz qurşandıqları və tərk etmək istəyib, tərk edə bilmədikləri vərdişləri elmli dini ekspertlərin çıxışları ilə faydalanıb tərk edə bilərlər.

Hər birimiz sabah fərdi olaraq Rəbbimizin hüzurunda dayanacağıq. Hər birimizin bu işdə böyük məsuliyyətimiz var. Allah təala hər birimizdən bunu soruşacaq. Bütün kütləvi informasiya vasitələrinə müraciət edirəm: Gəlin hər gün bir neçə dəqiqə bizi yaradıb, bizə ruzi verən, bizi yaşadan və bizi öldürən, sonra Qiyamət günü bizi dirildən Rəbbimizə, Onun dininə tərəf dönək. Gəlin heç olmasa həftədə bir dəfə belə mövzularda verlişlər hazırlayaq. Belə verlişlər hazırlamaq mümkün deyilsə belə, dini ekspert kimi ilahiyat üzrə kifayət qədər elmi müəssisələrdə çalışan elm xadimlərimizi müxtəlif verlişlərə dini ekspert kimi dəvət edək. Saatlarla müğənnilərə ayrlılan bu qədər maddi və mənəvi vaxtlarımızı az da olsa elmə, elm əhlinə də ayıra bilək.

Hər bir ölkədə camaatı günaha, deyib-gülməyə, yeyib-içməyə çağıran adamlar olduğu kimi, camaatı Allahdan qorxmağa, günahdan çəkinməyə, yaxşılıq etməyə çağıran şəxslər də vardır. Gəlin, birlikdə həmin şəxslərə televizor və radiolarda yer verək. Dərk edək ki, dönüşümüz Allahadır. Dövlət başçısı səviyyəsində bu gün gənc alimlərin, orta və yaşlı elm xadimlərinin müxtəlif sahələrdə aktiv olmaları tələb olunur.

İslam dini də böyük bir elm sahəsidir. Bu sahənin özünə xas gənc, orta və yaşlı mütəxəssisləri, ilahiyat üzrə fəlsəfə doktoru, müxtəlif elmi səviyyədə olan mütəxəssisləri var. Bu gün bəzi kanalların dini ekspert kimi müğənnilərdən istifadə etməsi qeyri-qanunidir, həmçinin dövlət başçısının tapşırıqlarına əməl edilməməsidir. Bununla bağlı lazimi tədbirlərin görülməsi olduqca zəruridir.

Ümid edirik ki, ölkə başçısının elmə verdiyi dəyəri media vasitələri də diqqətə alar, bununla da hər mövzuya aid danışmaq üçün həmin sahənin mütəxəssisinə söz verərlər. Xüsusilə dini məsələ çox həssas olduğu üçün bu məsələyə daha diqqətli olmaq zərurəti ortaya çıxır. Bütün media vasitələrindən xahişimiz budur ki, dini məsələlərdə elmi səviyyəli mütəxəssisləri dini ekspert kimi dəvət etsinlər. Müğənnilərdən dini ekspert kimi istifadə etmək heç bir qaydalara və çərçivələrə sığmır.

Xəbər lenti
0