CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Din xadimi qonşu ölkələrin müsəlmanlarına çağırış etdi

© Photo : Facebook / Hacı Şahin HəsənliHacı Şahin Həsənli - ilahiyyatçı
Hacı Şahin Həsənli - ilahiyyatçı - Sputnik Azərbaycan
Abunə olmaq
Hacı Şahin Həsənli: "Biz birlikdə bütün dünyaya tolerantlığın və qardaşlığın həqiqi nümunəsini göstərə bilərik"

BAKI, 18 yan-Sputnik. "Biz son dövrlərdə bütün dünyada məzhəb zəminində baş verən çoxsaylı münaqişələri müşahidə edirik. Dünyadakı ayrı-ayrı ölkələrdə dini siyasi münaqişələrin yaradılması üçün bir vasitəyə, alətə çeviriblər".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidinin imam-camaatı, Azərbaycanın tanınmış din xadimi Hacı Şahin Həsənli "Heydər məscidi"ndə ənənə halını almağa başlayan "Vəhdət namazı"nı Sputnik-ə şərh edərkən belə deyib.

Allahşükür Paşazadə Heydər məscidində xütbə oxuyarkən - Sputnik Azərbaycan
Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub

2016-cı ilin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan edildiyini vurğulayan Həsənlinin dediyinə görə, "Heydər məscidi"ndə qılınan, "Vəhdət namazı" da multikulturalizmə Azərbaycandakı, eləcə də bütün dünyadakı müxtəlif dinlərin, məzhəblərin daşıyıcıları arasında tolerantlıq mühitinin möhkəmləndirilməsinə xidmət edən bir addımdır: "İndiyə qədər sünni və şiə məzhəbindən olan müsəlmanlar ayrı-ayrılıqda namaz qılırdılar. İndi isə onlar bir arada namaz qılaraq vəhdət nümunəsi göstərməyə başlayıblar".

Hacı Şahin məzhəb savaşlarının insan faciəsinə səbəb olduğunu xatırladıb: "Bu gün də müxtəlif məzhəblər, eləcə də din adından çıxış edən radikal məzhəblərin nümayəndələri çox sayda insanın faciəsinə çevrilmiş müharibələrə sürüklənirlər. Məzhəblərarası münaqişələr vətəndaş qarşıdurmalarına və müharibələrinə səbəb olub. "Heydər məscidi"ndə Azərbaycandakı sünni və şiə məzhəblərinin təmsilçilərinin birlikdə vəhdət namazı qılması həm ölkə, həm də bütün dünya müsəlmanlarına birliyin, qardaşlığın mesajıdır".

Din xadimi bu gün Azərbaycanın tolerantlıq ənənələrinin dairəsini genişləndirməyin zəruri olduğunu bildirib: "Tolerantlıq dözümlülük deməkdir, amma Azərbaycanda başqa dinlərin, mədəniyyətlərin daşıyıcılarına münasibət tolerantlıqdan daha üstün olub, qardaşlıq səviyyəsində olub. Azərbaycanın qonşuluğunda — Rusiyada, İranda, Türkiyədə və digər ölkələrdə İslam dininin ayrı-ayrı təriqətlərinin daşıyıcıları yaşayır. Azərbaycanın bu vəhdət, qardaşlıq mesajları həm də onlara bir çağırışdır. Biz birlikdə bütün dünyaya tolerantlığın və qardaşlığın həqiqi nümunəsini göstərə bilərik".

Xəbər lenti
0