Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Fəxri adlar ləğv edilməlidir"

Abunə olmaq
Milli Teatr Günündə teatr xadimlərimizin düşüncələri: hansı sənətkarlara fəxri adlar verilməlidir və ya kimlər bu statusu çoxdan haqq edib?

BAKI, 10 mart — Sputnik. Bu gün Milli Teatr Günüdür. Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. Əsası 1873-cü ilin mart ayında M.F.Axundovun "Lənkəran xanın vəziri" tamaşası ilə Azərbaycan teatrının əsası qoyulub.

Tərlan Rəsulov, Yuğ teatrının direktoru - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Yuğ" teatrının binası sökülə bilər

Bu gün də məhz 10 mart tarixini milli teatr günü kimi qeyd edirik. Təbii, teatrda əziyyəti olan sənətkarlar illərlə əziyyətinin bəhrəsi olaraq "əməkdar", "xalq" artisti fəxri adları ilə mükafatlandırılır. Təəssüflər olsun ki, elə sənətkarlar var ki, illər keçsə də, hələ də heç bir fəxri ada laiq görülməyiblər.

Sputnik-in əməkdaşı sənət adamlarıının özlərindən fəxri adlarla bağlı sorğu keçirib. "Bir sənət adamı olaraq siz hansı sənətkarlara fəxri ad verilməsini istərdiniz?" sualına sənətkarlar fərqli münasiət bildiriblər.

Tahir Tahiroviç — kinorejissor: "Ümumən mən bu adların ləğv olunmasını və ya dayandırılmasını istərdim. Bu adlar hansı kriteriyalar və ya hansı münasibətə görə verilir, bunu hamı bilir. Belə baxanda Elxan Qasımov ("şofer Əhməd") hələ də əməkdar artisdir. Amma xalq artisti fəxri adı olmasa da, onu bütün xalq tanıyır. Deməli bu adlar düzgün verilmir. Mədəniyyət sahəsində adsız adam qalmayıb. Maşallah, hamının adı var".

Mədinə Əliyeva, xalq artisti, baletmeyster - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Belaruslar həftənin 6 gününü teatrda keçirirlər"

Cavanşir Məhərrəmov — Uşaq Teatrının aktyoru: "Mən Qorxmaz Əliliyə fəxri ad verilməsini istərdim. Sənətkarın Azərbaycan mədəniyyətində xidmətləri böyükdür".

İslam Mehrəliyev — aktyor: "Valideyinlerinin qoyduğu ad məncə kifayətdir. Fəxri adlara ehtiyac yoxdur".

Ər-Toğrul Kamalov — aktyor: "Mən düşünürəm ki, əziyyət çəkən sənətkarlarımız çoxdur və bunu Mədəniyyət və Turizm Nazirliyi məndən daha yaxşı görür və məncə, bununla bağlı mənim hansısa bir rəy verməyim ən azından hörmətsizlik sayılır, çünki mən hələ bu peşədə yeniyəm".

Elcan Rəsulov — aktyor: "Mənim fikrimcə, estrada teatrında uzun müddət böyük xidmətləri olan Vüqar Əbilova fəxri ad verilməlidir. Vüqar bəy həm uğurları, həm fərqli işləri ilə sənətdə iz qoyub".

Xəbər lenti
0