ABŞ əhalisi Avropanın İŞİD-ə qarşı mübarizəsini tanımır

© oko-planet.suİŞİD
İŞİD - Sputnik Azərbaycan
Abunə olmaq
Keçirilən rəy sorğusunda terror təşkilatına qarşı ən sistemli mübarizə aparan ölkələr kimi ABŞ və Rusiyanın adı qeyd olunub

BAKI, 3 mart — Sputnik. "Sputnik.Rəy" sorğusunun nəticələrinə görə, amerikalıların 80%-i hesab edir ki, Suriyada İŞİD-lə mübarizədə ABŞ əsas qüvvədir. Avropanın rolunu qeyd edənlərdən cəmi 8% Almaniya, 25% Rusiya, 29% Böyük Britaniya və 36% Fransanın adını çəkiblər. ABŞ-da sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə "Populus" şirkəti tərəfindən keçirilib.

In this file photo taken Monday, June 23, 2014, fighters from the Islamic State group parade in a commandeered Iraqi security forces armored vehicle down a main road at the northern city of Mosul, Iraq. - Sputnik Azərbaycan
TƏHLİL
İŞİD-i məhv etməyin mümkün yolu

Almaniyada "Suriyada İŞİD, Əl-Nusra Cəbhəsi kimi terror qruplaşmalarına qarşı mübarizədə aparıcı rolu kim oynayır?" sualına cavabda 36% sorğu iştirakçısı Rusiyanı, 38% isə ABŞ-ı göstərib. Üçüncü yerdə 25%-lə Fransa qərarlaşıb. Rəyi soruşulanların, təxminən 24%-i terrorla mübarizə aparan qüvvələr sırasında Bəşər Əsəd ordusunu və kürdləri qeyd edib.

Fransızlar aparıcı qüvvələr kimi ABŞ (32%), Fransa (29%) və Rusiyanı (23%) qeyd ediblər. Fransalıların cəmi 2%-i Suriyada terrorla mücadilədə Türkiyənin adını çəkib. Böyük Britaniya suala cavabda ABŞ-ın (59%), Böyük Britaniyanın (52%), Fransanın (39%) və Rusiyanın (37%) adlarını çəkib.

ABŞ və Böyük Britaniyada sorğu "Populus" araşdırma şirkəti tərəfindən 3-4 fevral tarixlərində keçirilib. Almaniyada "Forsa" şirkəti 4-8 fevral tarixlərində, Fransada isə sorğunu bu sahədə ən qocaman şirkətlərdən olan "iFop" 3-5 fevral tarixlərində keçirib. Sorğuda Böyük Britaniyada 1047 respondent, ABŞ-da 1004 respondent, Almaniyada 1002 nəfər, Fransada 1499 nəfər iştirak edib.

Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Ərdoğan: Qərb PYD və YPG-ni terror təşkilatı elan etməlidir

ABŞ, Fransa, Böyük Britaniya və Rusiya Müdafiə nazirliklərinin məlumatlarına görə, 2016-cı ilin fevralında İŞİD-ə Rusiya 7725, ABŞ 3267, Böyük Britaniya 33, Fransa 5 zərbə endirib.

"Sputnik.Rəy" layihəsi haqda:

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai soğu keçirən qocaman şirkətlərdən biri "iFop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

© SputnikİŞİD-ə qarşı mübarizə: İctimai rəy və faktlar
İŞİD-ə qarşı mübarizə: İctimai rəy və faktlar - Sputnik Azərbaycan
İŞİD-ə qarşı mübarizə: İctimai rəy və faktlar
Xəbər lenti
0