Ərdoğan: Qərb PYD və YPG-ni terror təşkilatı elan etməlidir

© REUTERS / Murat CetinmuhurdarПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: Bizim cənubumuzda bir dəhliz yaratmaq istəyirlər. Buna icazə verməyəcəyik.

BAKI, 19 fev — Sputnik. Qərb bizim yanımızda olduğunu söyləyir, amma nə üçün PKK-nı terror təşkilatı elan edərkən PYD və YPG-ni terror təşkilatı elan etmir?

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Türkiyə prezidenti  bildirib ki, bu gün Obama ilə görüşəcək. 

“ABŞ-ın verdiyi silahlar orada vətəndaşları öldürdü. İndi isə orada başqaları qatil rejim və PYD ilə birgə hərəkət edirlər. Bizim cənubumuzda bir dəhliz yaratmaq istəyirlər. Buna icazə verməyəcəyik. Artilleriya zərbələrimiz davam edəcək. Tamaşaçısı olmayacağıq”, deyə prezident bəyan edib.

Xəbər lenti
0