"Bu hadisədən çox hiddətləndik"

© mod.gov.azAzərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar
Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın müdafiə naziri: "Xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi"

BAKI, 18 fev — Sputnik. "Qardaş Türkiyə Respublikasının Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi".

Fazil Mustafa - Sputnik Azərbaycan
TƏHLİL
"Bundan sonra Türkiyənin təhlükəsizliyinə xüsusi diqqət yetirməlidir"

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaza və Baş Qərargah rəisi, ordu generalı Hulusi Akara göndərdiyi başsağlığı məktublarında yer alır.

"Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Tanrıdan şəfa diləyirəm", —deyə Z. Həsənov vurğulayıb.

Xatırladaq ki, Türkiyənin paytaxtı Ankaranın mərkəzində, hərbi qurumların və idarələrin yerləşdiyi Dövlət Məhəlləsində dünən axşam saatların dəhşətli terror aktı törədilib. Hadisə yerli vaxtla saat 18.30-da bomba ilə yüklənmiş maşınla həyata keçirilib.

Firefighters try to extinguish flames following an explosion after an attack targeted a convoy of military service vehicles in Ankara - Sputnik Azərbaycan
VİDEO
Ankarada dəhşətli terror

Terrorçular İnönü Bulvarını Dikmən prospektinə bağlayan Mərasim küçəsində hərbi xidmət maşınlarının yanında bomba yüklü maşını hərəkətə gətirib. Ankaranın bir çox yerində eşidilən partlayışdan sonra iki hərbi xidmət maşını alov topuna dönüb. Hadisə nəticəsində 29 nəfərin həyatını itirdiyi, xeyli sayda insanın yaralandığı deyilir.

Azərbaycan Prezidenti də türkiyəli həmkarına zəng vuraraq, hadisədən sarsıldığını bildirib və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Xəbər lenti
0