Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bundan sonra Türkiyənin təhlükəsizliyinə xüsusi diqqət yetirməlidir"

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Mustafa: "Türkiyədə baş verən son terror hadisəsi gözlənilən idi. Rusiya ilə Suriya üzərindən isti toqquşma risqi artdıqca, bütün terror qrupları hərəkətə gətiriləcəkdi"

BAKI, 18 fev — Sputnik. "Bu terror hadisəsi Türkiyəni ciddi hədəflərindən yayındırmaq məqsədi daşıyır". Bu sözləri, dünən Ankarada baş verən irimiqyaslı terror hadisəsini Sputnik-ə şərh edən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O, qeyd edib ki, Türkiyədə baş verən son terror hadisəsi gözlənilən idi: "Rusiya ilə Suriya üzərindən isti toqquşma risqi artdıqca, bütün terror qrupları hərəkətə gətiriləcəkdi".

Millət vəkilinin sözlərinə görə, qəsdən ölkənin paytaxtında bu işin görülməsi təsadüfi sayılmaz: "Artıq bu, Ankarada ikinci böyük terror hadisəsidir. Allah terror nəticəsində həyatını itirən qardaş-bacılarımıza rəhmət eləsin, qalanlarımıza şəfa versin. Bundan sonra ölkənin təhlükəsizliyinə daha çox diqqət yetirilməlidir ki, ölkəni ciddi hədəflərindən yayındırmaq mümkün olmasın".

Firefighters try to extinguish flames following an explosion after an attack targeted a convoy of military service vehicles in Ankara - Sputnik Azərbaycan
VİDEO
Ankarada dəhşətli terror
Ankarada baş vermiş terror aktı nəticəsində 29 nəfərin öldüyü, 61 nəfərinsə yaralandığı qeydə alınıb. Türkiyə paytaxtının mərkəzində, hərbi qurumların və idarələrin yerləşdiyi Dövlət Məhəlləsindəki terror hücumu saat 18.30-da bomba ilə yüklənmiş maşınla həyata keçirilib.

Terrorçular İnönü Bulvarını Dikmən prospektinə bağlayan Mərasim küçəsində hərbi xidmət maşınlarının yanında bomba yüklü maşını hərəkətə gətirib. Ankaranın bir çox yerində eşidilən partlayışdan sonra iki hərbi xidmət maşını alov topuna dönüb.

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana planlaşdırılan səfərini təxirə salıb. O, Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak edəcəkdi.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov - Sputnik Azərbaycan
SİYASƏT
"Terror aktlarının bu gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur"

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək bu barədə məlumat verib. Nəticədə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.

Azərbaycan prezidenti İlham Əliyev, Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verdiyini, yaralılara şəfa dilədiyini qeyd edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu da Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

Xəbər lenti
0