SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Terror aktlarının bu gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur"

© Photo : APAAzərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz Məmmədov: "Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur. Dövlətlərarası gərginlik azalarsa, terror aktlarının azalması da müşahidə olunar"

BAKI, 18 fev — Sputnik. "Düşünürəm ki, dövlətlərarası gərginlik azalarsa, terror aktlarının azalması da müşahidə olunar". Sputnik xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində yazıb.

Firefighters try to extinguish flames following an explosion after an attack targeted a convoy of military service vehicles in Ankara - Sputnik Azərbaycan
VİDEO
Ankarada dəhşətli terror

"Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur. Ankarada terror hadisəsi nəticəsində həyatını itirən insanlara Allah rəhmət eləsin, yaxınlarına səbir, dözüm versin!", —deyə N. Məmmədov yazıb.Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur.

​Xatırladaq ki, Türkiyənin paytaxtı Ankaranın mərkəzində, hərbi qurumların və idarələrin yerləşdiyi Dövlət Məhəlləsində dünən axşam saatların dəhşətli terror aktı törədilib. Hadisə yerli vaxtla saat 18.30-da bomba ilə yüklənmiş maşınla həyata keçirilib.

Terrorçular İnönü Bulvarını Dikmən prospektinə bağlayan Mərasim küçəsində hərbi xidmət maşınlarının yanında bomba yüklü maşını hərəkətə gətirib. Ankaranın bir çox yerində eşidilən partlayışdan sonra iki hərbi xidmət maşını alov topuna dönüb. Hadisə nəticəsində 29 nəfərin həyatını itirdiyi, xeyli sayda insanın yaralandığı deyilir.

Xəbər lenti
0