Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1-in akkreditasiya qaydaları açıqlandı

© Photo : Baku City Circuit Operations Company Nigar Arpadari, Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat katibi
Nigar Arpadari, Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat katibi - Sputnik Azərbaycan
Abunə olmaq
Nigar Arpadari: "Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula 1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdir"

BAKI, 11 fev — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu gün Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün 2016-cı il Formula 1 Avropa Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib. Sputnik xəbər verir ki, tədbirə 70-dən çox media nümayəndəsi dəvət alıb.

Formula 1 yarışları. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."

BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat katibi Nigar Arpadari yarışa hazırlıqla bağlı görülən son işlərdən danışdı: "Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula 1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram".

BŞH-nın KİV Əməliyyatları üzrə meneceri Ayan Ağayeva jurnalistləri akkreditasiya qaydaları ilə tanış etdi. Seminar Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam etdi. Formula 1 şərhçisi R.Əliyev tədbir iştirakçılarına Qran Pri yarışlarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verdi və həmçinin bu sahədə olan təcrübəsini yerli media nümayəndələri ilə bölüşdü.

Xəbər lenti
0