Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Artıq kloun kimi məclislərə getməyə də dəymir, qiyməti çox ucuzlaşdırıblar"

© Sputnik / Murad OrujovCavanşir Məhərrəmov, Bakı Uşaq Teatrının aktyoru
Cavanşir Məhərrəmov, Bakı Uşaq Teatrının aktyoru - Sputnik Azərbaycan
Abunə olmaq
Cavanşir Məhərrəmov: "Teatrdan 174 manat maaş alıram, 190 manat da kirayə pulu verirəm. Pula görə məcbur olub şənliklərə gedirik, amma sadəcə uşaq məclislərinə. Səbrsiz olduğumdan, toylarda tamadalıq edə bilmirəm"

BAKI, 10 fev — Sputnik. O, bu günlərdə böyrəyini satışa çıxarması ilə gündəmə gəldi. Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovun bu qərarı cəmiyyətdə narahatlıqla qarşılandı. Sputnik olaraq aktyordan, sözügedən qərarı ilə bağlı açıqlama alıb, oxucuları məlumatlandırsaq da, məsələni daha geniş araşdırmaq, həmçinin aktyorun problemlərinə ətraflı vaqif olmaq məqsədilə, C. Məhərrəmovla təkrar həmsöhbət olduq. Müsahibəni təqdim edirik:

- Cavanşir bəy, böyrəyinizi satmaq qərarı haradan ağlınıza gəldi…?

Cavanşır Məhərrəmov, Bakı Uşaq Teatrının aktyoru - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı aktyor böyrəyini satışa çıxardı

— Bir jurnalist dostumla oturub dərdləşirdik və elə ona yarı zarafat-yarı gerçək böyrəyimi satmaq istədiyimi dedim. Beləcə mediaya yayıldı xəbər. 11 ildir kirayə qalıram. Kömək olmasa, məcbur olub böyrəyimi satacağam ki, heç olmasa evim olsun və rahat bir gün görüm. Dolanmaq çətindir. Evdə tək mən işləyirəm. Teatrdan 174 manat maaş alıram, 190 manat da kirayə pulu verirəm. Bəlkə də yaxşı insanlar olar, ya da adiyyatı orqanlar olar, mənə kömək edərlər. Məcburiyyət qarşısında olsam, qərarımı dəyişməyəcəm. Nəfəs alıramsa, buna da şükür edirəm.

- Böyrəyinizi satmaqla bütün problemlərdən qurtulacaqsınızmı? Böyrək nə qədər pul edəcək ki…?

— Tam olmasa da, problemlərimi qismən həll edə biləcəyimi düşünürəm. Ümid edirəm ki, heç olmasa bir addım qabağa gedərəm həyatda. Ən azından ev ala bilərəm, kirayə yaşamaqdan qurtularam. Qiymətinə gəlincə… Dəqiq bilmirəm. Deyilənə görə, 20-30 minə satmaq olur böyrəyi. Elə bu qiymətə sataram. Heç olmasa bir otaqlı ev və ya torpaq alaram.

- Aktyorlar tək çəkilişlərlə yox, həm də klounada sənəti ilə də məşğul olur, eyni zamanda toylara tamada kimi gedirlər. Belə bir fəaliyyətiniz yoxdur?

Qurban Məsimov, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Müstəntiq olmaq istəyirdim, aktyor oldum"

— Əvvəllər bəli, kloun kimi gedirdim, amma indi yox. Çünki, hər yerindən duran ucuz qiymətə kloun kimi gedir məclislərə və biz də özümüzü elə ucuz tutmuruq. Ona görə də, demək olar, az-az kloun kimi gedirəm məclislərə. O da pula görə məcbur olub gedirik. Amma uşaq məclisləri, tədbirlərinin aparıcısı olmuşam. O ki qaldı tamadalığa, çox səbrsiz biriyəm, məclis apara bilmərəm.

- Artıq 10 ildən çoxdur, Uşaq Teatrında fəaliyyət göstərirsiniz. Başqa teatrlara keçməyin zamanı deyil?

— İstərdim ki, Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında işləyim. Elə o zaman Gənc Tamaşaçılar Teatrında işləyən rejissor Loğman Kərimovun köməyi ilə mən Uşaq Teatrına gəldim. Çünki o vaxt diplomum yox idi deyə, Gənc Tamaşaçılar Teatrında məni saxlaya bilmədilər. Və o gündən — bu günə burada işləyirəm. Əslində uşaqlarla işləmək çətindir. Böyükləri aldatmaq olur, amma uşaqlar çox diqqətlidirlər.

- Həmişə Uşaq Teatrında işləyəcəksiniz?

— Sizə bir sirr açım: Mən universitet oxumamışam, ali təhsilim yoxdur. Mən Yaşar Nuriyevin qohumuyam, amma heç vaxt sənətkarımızın adından istifadə etməmişəm. Universitetə neçə dəfə imtahan vermişəm, qabiliyyətdən keçmişəm, amma testdən bal yığa bilməmişəm. Elə düşünürdüm ki, təhsil almasam, mən teatrda işləyə bilmərəm. O vaxt teatra məbəd kimi baxırdıq. Amma sonralar anladım ki, istedad və istək varsa, deməli məqsədinə çata bilərsən.

- Hansı obrazı oynamaq arzusundasınız?

— İstərdim, bomj rolunu canlandırım… Ümumiyyətlə çətin xarakterli obrazları sevirəm. Bomj rolu ruhuma yaxın olduğu üçün, sevə-sevə oynayaram bu obrazı.

- Rollarını sevərək oynayırsınız, yoxsa pula görə məcbur olursunuz?

Mədinə Əliyeva, xalq artisti, baletmeyster - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Belaruslar həftənin 6 gününü teatrda keçirirlər"

— Mən həmişə obrazlarda oynayan zaman çalışıram fərqli obraz yaradım. Bir obrazımın digər oynadığım obrazıma bənzəməsinə oxşamasını istəmirəm. Bəli, olub belə hal. İşlədiyim qrupda peşəkar adam az olanda yola vermişəm. Demişəm ki, çəkilim gedim, canım qurtarsın. O film də güclü film olmadığından belə olub.

- Bakı Uşaq Teatrını niyə şəhərdən kənara köçürüblər?

— 2007-ci ildə Bulvarda əsaslı təmir zamanı Bakıda yeganə uşaq teatrı vardı, onu sökdülər, yerində karusel tikdilər. Və bizi başqa binaya köcürdülər. Halbuki, orada öz binamız olanda daha çox uşaq gəlirdi tamaşalara və maariflənirdi. İndi karuseli ediblər 2 dəqiqəsi 5 manata. Amma tamaşalarımızın qiyməti 3 manat idi. Sonra Sarabiski adına mədəniyyət evinə köçdük. Sonra oradan da bizi köçürdülər Qaraçuxurda bir binaya.

- Hazırda uşaqları maarifləndirmək üçün hansı mövzularda tamaşalarınız var?

— Bizdə tək uşaq deyil, həm də böyüklər üçün tamaşalar var. Böyüklər üçün insan alveri ilə bağlı, narkomaniya bağlı tamaşalarımız var. Eyni zamanda Vətən haqqında və bayrağımız haqqında tamaşalarımız var. "Xaş-xaşın göz yaşı" və ya "Həyatla oyun" iki adlı tamaşamız var. Arzu Soltan yazıb, çox maraqlı tamaşadır, gənclər çox maraqla baxırlar. Bu tamaşanı Türkiyə və digər ölkələrdə oynamışıq. O ki qaldı tamaşaların məqsədinə, biz çalışırıq ki, uşaqlar tamaşaya baxaraq maariflənsinlər. Hər tamaşada özlərinə uyğun nə isə götürsünlər.

Xəbər lenti
0