BAKI, 9 fev — Sputnik. Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov böyrəyini satmaq qərarına gəlib. Bu barədə Sputnik-ə açıqlama verən aktyor, qərarını maddi imkansızlıqla əlaqələndirib.
"Böyrəyimi satışa çıxarmışam. Evim yox, kirayə qalıram, maaş azdır. Heç nəyə pul çatdıra bilmirəm. Bezmişəm kirayə yaşamaqdan", —deyə akyor bildirib.
O, hesab edir ki, böyrəyini satmaqla, problemlərini az da olsa, həll edə bilər: "Ümid edirəm ki, heç olmasa bir addım qabağa gedərəm həyatda. Ən azından ev ala bilərəm, kirayə yaşamaqdan qurtularam".
Aktyor böyrəyinin qiymətini isə hələ tam dəqiqləşdirməyib: "Dəqiq bilmirəm. Deyilənə görə 20-30 minə satmaq olur böyrəyi. Elə bu qiymətə sataram. Heç olmasa bir otaqlı ev və ya torpaq alaram".